Əhməd Məhəmməd Aq Amani (; ) — Mali dövlət xadimi və siyasətçisi. O, 2002–2004-cü illərdə Malinin baş naziri vəzifəsində çalışmışdır."" Énormément de choses ont changé depuis la présidentielle "" , Jeune Afrique, may 11, 2003

Həyatı Əhməd Məhəmməd Aq Amani 1942-ci ildə, Malinin Qundam kommunasında bir tuareq ailəsində anadan olmuşdur. O, 1975-ci ildə Malinin planlaşdırma nazirinin texniki məsləhətçisi olur, 7 yanvar 1978-ci il tarixində isə şirkətlərə və dövlət müəssisələrinə nəzarət naziri olaraq hökumətə qoşulur. Əhməd Məhəmməd daha sonra, 28 iyun 1979-cu il tarixində Mali hökumətində informasiya və telekommunikasiya naziri kimi çalışır. O, 2 avqust 1980-ci il tarixində isə planlaşdırma naziri təyin edilir,"Nomination du nouveau chef du gouvernement et du nouveau Secrétaire général de la présidence: La garde rapprochée se met en place" , L'Essor, June 11, 2002"Aug 1979 — Election of National Assembly — Government Reorganization — Annulment of Sentences for Corruption", Keesing's Record of World Events, volume 25, August 1979, Mali, page 29,789."Nov 1980 — Government Reorganization — Student Unrest — Sentences in Corruption Trial", Keesing's Record of World Events, volume 26, November 1980, Mali, page 30,556. prezident və müdafiə naziri olan Musa Traoredən sonra Mali hökumətindəki ikinci ən əhəmiyyətli şəxsə çevrilir. Əhməd Məhəmməd 31 dekabr 1984-cü il tarixində idman, incəsənət və mədəniyyət naziri, daha sonra, 6 iyun 1986-cı il tarixində isə nəqliyyat və ictimai işlər naziri olur. O, 20 yanvar 1987-ci il tarixində Mali hökumətindən ayrılır və Seneqal Çay İnkişaf Təşkilatının ali komissarı olur ki, o, 1992-ci ilə qədər orada çalışır. Əhməd Məhəmməd 1993-cü ildə Mali Prezidenti Alfa Ömər Konare tərəfindən Mərakeş səfiri təyin edilir. O, daha sonra Belçika, Niderland, Birləşmiş Krallıq, Lüksemburq və Avropa İttifaqına səfir vəzifəsini icra edir.

Əhməd Məhəmməd Aq Amani 9 iyun 2002-ci il tarixində Malinin baş naziri təyin edilir. Bu, seçkilərdə qalib gələn Amadu Tumani Ture prezident vəzifəsinə başladıqdan sonra baş verir."Démission du gouvernement: la voie ouverte au remaniement" , L'Essor, April 29, 2004 Bu təyinat əvvəlcə 2002-ci ilin iyul ayında keçirilmiş parlament seçkilərinə qədər müvəqqəti hesab edilirdi, lakin o, parlament seçkilərindən sonra, yəni 12 oktyabr 2002-ci il tarixində yenidən baş nazir vəzifəsinə gətirilir. O, Amadu Tumani Turenin tələbi ilə 28 aprel 2004-cü il tarixində hökumətə istefa məktubu verir. Bundan sonra, 29 aprel tarixində Osman İssufi Maiqa baş nazir təyin edilir."Le nouveau gouvernement du Mali" , L'Essor, October 17, 2002"Ousmane Issoufi Maïga nommé Premier ministre : style direct, expérience éprouvée" , L'Essor, number 15,196, April 30, 2002

İstinadlar

Kateqoriya:Mali baş nazirləri