Kərkük ( ) — İraqın ən böyük 4-cü şəhəri, Kərkük mühafazasının inzibati mərkəzi.

Tarix Kərkük şəhəri təxminən 3000 il əvvəl şumerlər tərəfindən inşa edilmişdir. Yaqut əl-Həməvinin "Müsəmül-Buldən" əsərində Kərkük şəhərinin adı "Kerhini" olaraq verilmişdi.Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi: Doç. Dr. Ekrem Pamukçu :Kerkük tarihi

Əhali Şəhərdə 1947-ci il sayımı zamanı 68.308 nəfər, 1957-ci il sayımı zamanı 120.402 nəfər, 1965-ci il sayımı zamanı 175.303 nəfər, 1987-ci il sayımı zamanı isə 418.624 nəfər qeydə alınmışdır.

Milli tərkib və dillər İngilis zabiti Edmonds Kərkükün 20-ci əsrin ilk rübündəki əhalisi barədə danışarkən, yazır ki, əhalinin əsas hissəsi "türkmanlardır".Edmonds C.J.Kurds, Turks and Arabs. Politics, Travel and Research in North Eastern Iraq. 1919–1925. L., 1957 səh. 265

Kərkük şəhəri İraq türkmanlarının mədəni mərkəzidir. Qeyri-rəsmi məlumatlara əsasən 2003-cü ilədək şəhərdə əhalinin təxminən 60%-ni İraq türkmanları, 40%-ni isə kürdlər, ərəblər, assuriyalılar, ermənilər, yəhudilər və sairə xalqların nümayəndələri təşkil edirdi.Türkmeneli İşbirliği ve Kültür Vakfı :Türkmenlerin yerleşim durumu :…1960 yılına kadar Kerkük nüfusunun %95'ini Türklerin oluşturduğu bilinen bir gerçektir. Şimdi ise Kerkük'ün yaklaşık olarak %60'tan fazlası yine Türk'tür geriye kalan %40'tan az bir nüfus Hıristiyan, Arap ve Kürtlerden oluşmaktadır. Kərkük şəhəri 26 məhəllədən ibarət idi. Onun 21-də türkmanlar, 5-də isə kürdlər çoxluqda idilər.

Kərkük şəhərinin məhəllələri thumb|300px|Kərkükdən bir görünüş Xasasu çayının qərbində yerləşən Türkman məhəllələri: Qorya (türkman) Əhməd Ağa (türkman) Şatırlı (4/5-i türkman, 1/5-i assur və erməni) Sarı Kahya (4/5-i türkman, 1/5-i assur) Mahatta (türkman) Almaz (1/3-i türkman, 1/3-i kürd və 1/3-i assur) Bəylər (türkman) Ərəfə (1/2-i türkman, 1/2-i assur) Bağdad Yolu (türkman) Tisin (türkman) Yengi Tisin (türkman) Həmzəlilər (türkman) Gavur Bağı (Qarışıq: bütün millətlər)

Xasasu çayının şərqində yerləşən türkman məhəllələri: Qala (türkman) Müsəlla (4/5-i türkman, 1/5-i ərəb) Çay (türkman) Piryadi (türkman) Ovçu (türkman) Bulaq (4/5-i türkman, 1/5-i kürd) Çuxur (türkman) Axır Hüseyn (4/5-i türkman, 1/5-i kürd) Qəssabxana (türkman)

Xasasu çayının qərbində yerləşən kürd məhəllələri: Rəhim ova (3/4-ü türkman, 1/4-i kürd, assur və erməni)

Xasasu çayının şərqində yerləşən kürd məhəllələri: İmam Qasım (2/3-i kürd, 1/3-i türkman) Şorca (2/3-i kürd , 1/3-i türkman) İskan (1960-cı ildə İraq Ordu Generalı Əbdül Kərim Qasım tərəfindən inşa etdirilib) (3/4-ü kürd , 1/4-i türkman) Azadi (1970-ci ildə inşa edilib) (kürd)

Memarlıq thumb|250px|Kərkük cümə məscidi

Hamamlar Kərkük şəhərində yerləşən ən məşhur tarixi hamamlar: Piryadı hamamı Dədəhəmdi hamamı Bulaq hamamı Cövdət hamamı Şor hamamı Xaç Baki hamamı Qala hamamı Nidələr hamamı Toqad hamamı Gavurbağı hamamı İbrahim Bəy hamamı Əli Bəy hamamı Qorya hamamı Saray hamamı Hacı Həsən hamamı

Xarici keçidlər YouTube-da bax : Az.TV-də Kərkük haqqında veriliş YouTube-da bax : TRT1-də "Sınırlar arasında" verilişində -Kərkük İrak Türkmen Cebhesi Haber Portalı Kerkuk City Website Global Recordings Network Unrepresented Nations and Peoples Organization : Iraqi Turkoman

İstinadlar

Mənbə Turkmens, Turkmeneli and the Musul Region

Həmçinin bax Mosul

Kateqoriya:İraq şəhərləri