thumb|Qədim Çin sülaləri
RXuanxe və Yansızı çayları vadisində təşəkkül tapan IV qüdrətli Qədim Şərq sivilizasiyası olan Qədim Çində e.ə. III–II minilliklər hərbi-siyasi hadisələr ilə zəngin olsa da, digər Qədim Şərq ölkələrindən fərqlənmirdi. Məhz e.ə. I minillikdə Qədim Çin dünya hərb elminə və döyüş sənətinə ilk nəzəri əsərləri bəxş etmiş oldu. Çində hərb fəlsəfəsinin yaranmasına bilavasitə klassik fəlsəfi məktəblərin və təlimlərin – Moizm, Leqizm, Daosizm və Konfusiçiliyin təşəkkülü müstəsna təsir göstərmişdir. Eyni zamanda mistik-dini mühitin üstünlüyünə baxmayaraq ilk rasional elmi baxış məhz bu dövrdə Çində meydana çıxmışdı. Belə bir şəraitdə artıq e.ə. I minilliyin I yarısında Çində "Vuruşan çarlıqlar" adlı tarixi mərhələdə bir-birinin ardınca iki hərbi traktat meydana çıxdı. Bunlardan biri e.ə. VI–V yüzilliklərə aid edilən Sun Szinın "Müharibə sənəti" əsəri, digəri isə e.ə. V–IV yüzilliklərə aid olan U-Szinin "Müharibə sənəti" əsəridir . Düzdür bu əsərlərin hər ikisi əyani tələblərə uyğun və poetik tərzdə tərtib olunub və bunlarda müharibənin mənşəyi məsələsinə bilavasitə toxunulmur amma, bu hərbi nəzəriyyə və fəlsəfə baxımından çox vacib əsərdir.Orxan Zamanov -müharibə və onun mənşəyiÇin ordusunun tarixi təxminən eramızdan əvvəl 2200-cü ilə təsadüf edir.Li and Zheng (2001), 2 İnkişafına köçəri tayfalar böyük təsir göstərmişdir.H. G. Creel: "The Role of the Horse in Chinese History", The American Historical Review, Vol. 70, No. 3 (1965), pp. 647–672 (649f.) Erkən Çin milisləri arabalardan və bürünc silahlardan istifadə edirdilər. Sayı baxımından əhəmiyyətsiz idilər və zəif döyüş effektivliyi ilə fərqlənirdilər.Griffith (2006), 21–27 Çin orduları, Sun Tzunun M. Ö. 6-cı əsrdə yazdığı "Müharibə sənəti" ndən başlayaraq hərbi nəzəriyyədə zəngin bir ənənənin yanında hərbi yeniliklərdən və diqqətlə təşkil edilmiş logistikadan faydalanırdılar. Müharibə ilə bağlı ağlımıza gələn ilk sənət əsəri, Sun Tzu tərəfindən e.ə V-də təqdim olunan Döyüş Sənəti adlı kitabdır. Bu kitab Çində müharibə strategiyası və taktikasının əsasını yaratdı. Döyüş Çin Krallığı arasında nəcib bir hərəkətə çevrildi. Bu ənənədən istifadə edərək, Şi Huang orduları qərbdən şərq sahillərinə qədər Çinə hücum etdilər və eramızdan əvvəl 221-ci ildə digər sülalələri birləşdirdilər və özünü Çinin ilk İmperatoru adlandırdılar. Onun rəhbərliyi altında infrastruktur və ticarət inkişaf etdi və dil standartlaşdırıldı. Bundan əlavə, Böyük Çin səddinin inşasına başlandı.https://www.academia.edu/42697313/Mystery_of_the_Ancient_Army_Terracotta
Erkən padşahlıqlar dövrü (e.ə. 2100–479) Erkən Tunc dövrünə aid Çin şəhərləri nəhəng müdafiə divarları ilə xarakterizə olunurdu. Çin orduları, xüsusən Döyüşən Dövlətlər dövründən sonra inkişaf etmiş və güclü idilər . İlk Çin orduları sadə yay, nizələr və daş dəyənəklərlə silahlanmış kəndlilərdən ibarət idi. Nəhayət, tək bir ailə Sarı çay vadisinin bir hissəsinə hakim ola bildi. Bu sülalələrdən birincisi olan Xia-nın (e.ə. 2200-e.ə. 1600) tarixi böyük ölçüdə məlum deyil və mifologiyaya bürünmüşdür. Hərbi cəhətdən Uzaq Şərqdə ilk dəfə arabalarından və mis silahlarından, çöl köçərilərinin Yaxın Şərqdən və Avrasiya çöllərindən gətirdiyi fikirlərdən istifadə etdilər. Xia, Şanq və Çjou sülalələri müasir Çində bir dövlətin böyüklüyünə bərabər olan daha kiçik ərazilərə hakim idilər. Bu sülalələrin yaratdığı ordular nisbətən kiçik və qeyri-peşəkar idi. Döyüşçü elitaların bir nüvəsi, döyüş arabalarında döyüşlərdə üstünlük təşkil edirdi; lakin, erkən Çin sülaləsi orduları zəif təchiz edilmiş və uzun müddət davam edən kampaniyaları idarə edə bilməmişlər.
Döyüşən padşahlıqlar dövrü(e.ə. 479-e.ə. 221) Döyüşən dövlətlər dövründəki ordular, piyadalar,, oxatanlar və süvarilərin hamısı birlikdə çalışdığı birləşmiş silah taktikasından taktikasından istifadə edirdilər. Bu dövrdə dəmiryayılmışdı və artıq silahlar və zirehlər tuncun yerin alan demirdən istifadə edirdilər. İlk rəsmi yerli Çin süvari birliyi, e.ə 307-ci ildə Zhao kralı Vulinq tərəfindən qurulmuşdu. Bu dövrün ən məşhur silahlarından biri də xəncər-balta idi. Qılınclar hələ də tuncdan hazırlanırdı . Döyüşən padşahlıqlar dövründə feodalizmi ləğv edən və güclü, mərkəzləşmiş dövlətlər yaradan islahatlar verilməyə başladı. Çinin parçalandığı kiçik dövlətlər birləşdi, bir neçə böyük mərkəzləşmiş dövlət meydana gətirdi. Aristokratiyanın təsiri azaldı və qoşun komandirləri mənşəyindən çox ləyaqətinə görə təyin edildi. Çoxsaylı peşəkar daimi orduların yaradılmasına və onların tədarükünün təşkilinə səbəb oldu. Nəticə, ordulara krala cavabdeh olan peşəkar generallar tərəfindən əmr verildiyi mərkəzləşdirilmiş bir hərbi sistem idi.Griffith (2006), 55 Bu dövrdə Çində yeni bir qoşun qolu — süvarilər meydana çıxdı. Çin orduları, xüsusən Döyüşən padşahlıqları dövründən sonra da inkişaf etmiş və güclü idilərGraff (2002), 22.
Şan sülaləsi(e.ə 1600 -e.ə 1046) left|thumb|248x248px|Şan sülaləsinə aid tunc nizə ucu Tunc dövrünə aid Çin şəhərləri nəhəng müdafiə divarları ilə xarakterizə olunurdu.John S. Major, Constance A. Cook (2016). Ancient China: A History. Taylor and Francis. pp. 71–72. ISBN 978–1317503668. Şan sülaləsində hərbi işlər yüksək prioritet daşıyırdı . Şan elitası qrup əsaslı başçıların rəhbərlik etdiyi bir döyüşçü sinfi idi. Şan sülaləsi Xia-nı devirmək üçün min döyüş arabası yığdığı deyilir, bu, şübhəsiz ki, çox şişirdilmiş bir rəqəmdir. Bununla birlikdə, Çin cəmiyyəti təbəqələşməyə başladı və arabalar nüvəsini təşkil edən döyüşçü elitalar bir aristokratiyaya çevrildi. Döyüş arabaların da üç nəfər olurdu- Oxatan, döyüşcü və sürücü. Ordunun əsasın kənd təsərüfatından olan sakinlər təşkil ediirdi. Şan piyadaları nizələr, dirək oxları, uzun saplı xəncər oxları və sadə yay da daxil olmaqla bir sıra daş və ya tunc silahlarla silahlanmışdı. Müdafiə üçün qalxan və bəzən tunc və ya dəri dəbilqələrdən istifadə etdilər. Başqa yerdə olduğu kimi döyüşçü siniflərə, torpaq da hərbi uğura görə mükafat olaraq hökmdar tərəfindən verilirdi və uğursuz olanda geri alınırdı. Tənəzzülə uğrayan son Şan imperatoru Xin də böyük fiziki döyüş qabiliyyəti ilə məşhur idi. Arxeoloji tapıntalar zamanı tapılmış Qəbirlərdə çoxsaylı arabaların, eyni zamanda tamamilə atlardan və döyüş arabalarından ibarət türbələrin tapılması, arabanın döyüşlərdə istifadə edildiyini və yalnız prestij nəqliyyatında olmadığını göstərir.Ralph D. Sawyer (2011). "Chapter 12". Ancient Chinese Warfare. Basic Books. ISBN 978–0465023349.Ralph D. Sawyer (2011). "Chapter 9". Ancient Chinese Warfare. Basic Books. ISBN 978–0465023349. Aristokratlar və digər dövlət rəhbərləri yerli qarnizonlarını bütün lazımi avadanlıq, zireh və silahlarla təmin etmək məcburiyyətində qalırdılar.Sawyer, Ralph D.; Sawyer, Mei-chün Lee (1994), Sun Tzu's The Art of War, New York: Barnes and Noble, pp. 33–34, ISBN 978-1-56619-297-2 Wu Dingin dövründən etibarən daimi döyüşçülərin sayı artdı. Bu dövrdə döyüşçü qrupları hələ də ordunun özəyi idi. Oxatama daha keyfiyyətli idi. Buna görə də oxçulara əsgər hazırlamaq vəzifəsi verilirdi.Ralph D. Sawyer (2011). "13". Ancient Chinese Warfare. Basic Books. ISBN 978–0465023349. Aristokratlar və yaxud adi əsgərlər balta, nizə, yay, xəncər ilə vuruşurdular.Lorge, Peter (2012). Chinese Martial Arts: From Antiquity to the Twenty-First Century. Cambridge University Press. pp. 14–15. ISBN 978–0521878814. . Şanın dövründə döyüş arabaları son dərəcə bəzəkli idi, yüksək səviyəli elitalar tərəfindən komanda və oxatan platformaları kimi istifadə olunurdu.Lee, Watne E. (2016). Waging War: Conflict, Culture, and Innovation in World History. Oxford University Press. pp. 71–73. ISBN 978–0199797455.
Qərbi Zhou(Çjou) və Bahar, Payız dövrü (e.ə. 1045-e.ə. 256) Çjou Xanedanlığı Şan xanedanlığını məğlub edir və öz hakimliyini qurur. Çjou sülaləsi Çinin ən uzun sürən sülaləsidir. Hərbi cəhətdən Çjou ordusu iki böyük səhra ordusuna bölünürdü: "Qərbin altı ordusu" və "Chengzhou'nun səkkiz ordusu". Dövlətlər Çjoudan ayrılaraq güclərini möhkəmləndirdikcə Çində müharibələr Bahar və Payız Dövründə (M. Ö 722 — MÖ 481) endemik hala gəlmişdi. Zho Zhuan bu feodallar arasaında olan müharibələri və döyüşləri təsvir etmişdir. Qərbi Zhou dövründə döyüş arabalarından daha çox istifadə olunurdu.Shaughnessy, Edward L. (1988), "Historical Perspectives on The Introduction of The Chariot Into China", Harvard Journal of Asiatic Studies, 48 (1): 189–237, doi:10.2307/2719276, JSTOR 2719276 Lakin Çjou arabaları daha sadə və daha yaygın idi. Şandan fərqli olaraq, Zhoular özlərinə tabe olan xalqlar üzərində idarəetmələrini təmin etməkdə qərarlı idilər. Bahar və Payız dövrünün sonunda süvari dəstələr yaranmağa başladı və döyüş arabaları sonrakı dövrdə yəni Döyüşən padşahlıqlar dövründə tədricən bir komanda platformasına çevrildi.
Sin və Han sülalələri (e.ə. 221 — e.ə 184) thumb|Tunc balta, Şan sülaləsi left|thumb|Döyüşən padşahlıqlar dövründən Han sülaləsinə qədər əhatə edən tunc yaylı mexanizm E.ə. IV əsr əmtəə-pul münasibətlərinin inkişafı ayrı-ayrı Çin dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə şərait yaratdı."Döyüşən padşahlıqlann" müstəqil hakimiyyətinə son qoymaq və qədim Çin dövlətini mərkəzləşdirmək üçün bəzi padşahlıqlar səy göstərməyə başladılar. Bu dövrdə Sin padşahlığının hökmdarı in Çjen idi. O qonşu dövlətlər hesabına öz ərazilərini genişləndirdi. e.ə 230-cu ildə Han padşahlığını tərkibinə qatdı. Vahid və mərkəzləşdirilmiş Çin dövləti yaradıldı. Miladdan əvvəl 221-ci ildə Çin ərazisində yeganə hökmranlıq edən yeganə dövlətə çevrildi .Yusif Yusifov Qədim şərq tarixi səhifə 485 Bu dövrdə süvarilər getdikcə daha çox əhəmiyyət qazanır və bu da köçərilərin təsiri ilə əlaqələndirilir.Li and Zheng (2001), 247–249.e.ə. 202-ci ildə Lyu Ban Xan sülaləsinin əsasını qoydu. U-dinin dövründə isə U-di konfitsi təlimini bərpa etdi. O ilk növbədə ordunu təşkil edir. Ağırsilahlı süvari dəstələri yaradılır. Süvarilər nizə, qılınc və ox-yaylasilahlanırlar. Yüngül süvari dəstələri təşkil olunur. Piyadaordu tullama alətləri ilə təchiz edilir. Tullama alətləri daşlan yanm kilometrə qədər ata bilirdi.Yusif Yusifov Qədim şərq tarixi 487–493. Sin daga güclü dəmir silah istehsal etməyə başladı. Sin və Han hərbçiləri dövrün ən inkişaf etmiş silahlarından istifadə edirdilər. Köçəri işğalçılardan qorunmaq üçün Böyük çin səddidə işa olunmuşdu. İmperator U da İpək yolunu rəsmi olaraq açılışını vermişdi. Bununlada çin sülaləri bu yoldan qazanc əldə edirdilər. Şərqi Xanda ordunun əhəmiyyətli bir hissəsi könüllülərdən ibarət idi və müəyyən bir ödəniş qarşılığında xidmətdən yayınmaq olardıde Crespigny (2007), 564–565 & 1234; Hucker (1975), 166 Hökumətə mal verənlər, atlar və ya kölələr də xidmətdən azad edilirdi.Bielenstein (1980), 114
Vey və Jin sülalələri (e.ə184–304) Han dövrünün sonunda yerli hökmdarlar tərəfindən yatırılan kütləvi kəndli qiyamları baş verirdi. Bundan istifadə edərək öz ordularını yaratdılar. Nəticədə, mərkəzləşmiş ordu, Cao Cao'nun komandanlığı altında, Vey krallığını quran Cao Caonun tərəfindən Şimali Çinin əsas hissəsi birləşdirilənə qədər bir-biri ilə güc uğrunda mübarizə aparan yerli komandirlərin rəhbərlik etdiyi bir neçə dəstəyə bölünmüşdü. Cənubi Çin iki krallığa birləşdi — Shu və Wu . Buna görə bu dövrə Üç Krallıq deyilir.Ebrey (1999), 61 Han dövrü ilə müqayisədə Vey krallığının hərbi qüvvələrində ciddi dəyişikliklər baş verirdi. Hərbi peşə irsi bir borc halına gəldi. Bir əsgər və ya komandir öldükdən sonra vəzifə qohumuna miras qalırdı. Əyalət orduları qoşunların əsas orqanı olurdu. Bununlada Mərkəzi ehtiyat rolunu oynayırdı. Bu hərbi sistem, Çinin birləşməsi ilə əlamətdar olan Jin dövründə də davam etdi. Bu dövrlərdə bəzi yeniliklər tətbiq edildi — məsələn, üzəngin görünüşü süvarilərin səmərəliliyini artırırdı.
Ayrılma dövrü (304–589)