Metyu Lenqford Perri (; ) — amerikalı-kanadalı aktyor, komik, icraçı prodüser, ssenarist və dramaturq. 1994–2004-cü illlərdə yayımlanan NBC televiziya sitkomu Dostlar serialında canlandırdığı Çendler Binq roluna görə bütün dünyada şöhrət qazanmışdır.https://web.archive.org/web/20091108123636/http://movies.msn.com/celebrities/celebrity-biography/matthew-perry.1/ Movies.msn.com.https://web.archive.org/web/20120803153218/http://www.hollywood.com/celebrity/191213/Matthew_Perry_Credits Hollywood.com.

Həyatı Perri 19 avqust 1969-cu ildə Massaçusets ştatının Uilyamstoun şəhərində anadan olub.https://www.tvguide.com/celebrities/matthew-perry/bio/165367 TV Guide Anası Suzen Morrison kanadalı jurnalistdir. Atası Con Bennet Perri amerikalı aktyor və keçmiş modeldir.http://www.filmreference.com/film/19/Matthew-Perry.html Filmreference.com.https://news.google.com/newspapers?nid=2194&dat=19680923&id=lboyAAAAIBAJ&sjid=5ewFAAAAIBAJ&pg=4626,2377310 Ottawa Citizen. Valideynləri onun bir yaşında ayrılıblar və anası onu Ottava şəhərində böyüdüb. Məktəb illərində tennisə maraq göstərdi və üst səviyyəli oyunçu oldu.http://articles.orlandosentinel.com/1995-10-15/entertainment/9510090598_1_matthew-perry-noah-wyle-sliders Orlando Sentinel. 15 oktyabr, 1995

Perrinin həm Kanada, həm də Amerika vətəndaşlığı var.

Ulduz olmasına baxmayaraq, Metyu çoxlarının həsəd aparmayacağı bir həyat yaşayıb. Reaktiv xizək sürərkən keçirdiyi qəzadan sonra Perri həblərə aludə oldu.https://www.biography.com/news/matthew-perry-addiction-friends#:~:text=In%20May%202000%2C%20he%20was,as%20a%20wake%2Dup%20call . Çəkisi qarşıdan gələn bir neçə il ərzində şiddətli dərəcədə artıb-azaldı. 2000-ci ildə serialın 7-ci mövsümünün ilk bölümündə, 20 kilo çəki itirdiyinə görə xarici görkəminin dəyişməsi tamaşaçılarda xeyli təəccüb yaratdı. İzləyicilər üçün bu qədər gülüş mənbəyi olmasına baxmayaraq, Perrinin şəxsi həyatı heç də gülüş doğurmurdu. "Qıraqdan baxıldığında hər şeyə sahib olduğumu düşünürlər, amma alkoqolizmdən əziyyət çəkdiyim üçün, çox tənha zamanlar keçirdim" – deyə qeyd etmişdi.https://www.biography.com/news/matthew-perry-addiction-friends#:~:text=In%20May%202000%2C%20he%20was,as%20a%20wake%2Dup%20call . Perri daha sonralar BBC kanalına müsahibəsi zamanı, Dostlar serialında oynadığı üç ilini (üçüncü və altıncı sezonlar arasını) həmin vaxtlarda aludəçilik problemləri olması səbəbiylə xatırlamadığı dedi.

28 oktyabr 2023-cü ildə Los-Ancelesdə evinin hamam otağında meyidi tapılıb.

Karyerası 15 yaşında olarkən Perri aktyorluq etmək üçün Ottavadan Los-Ancelesə köçür.http://www.eonline.com/news/58519/my-reunion-with-matthew-perry E! Online. 21 may, 2007 Bir neçə seriallarda kiçik rollarda və qonaq aktyor kimi oynayır. Daha sonra, 1994-cü ildə ABŞ sitkomu Dostlar serialında oynamağa başladı. Serial olduqca uğurlu alındı və aktyorların hər birinin şöhrətini artırdı. Metyu aktyor Mett LeBlenk ilə birlikdə "Komediya serialında ən yaxşı baş rol" nominasiyası üçün Emmi namizədliyi qazandı.http://www.emmys.com/celebrities/matthew-perry Television Academy. İlk mövsümdə, baş rol ifaçıları bir seriya üçün 22.5 min dollar, üçüncü mövsümdə 75 min dollar qazandılar, 9 və 10-cu mövsümlərdə hər bölüm üçün gəlirləri 1 milyon dollara qədər yüksəldi.https://www.businessinsider.com/cast-of-friends-ranked-by-net-worth-2018-9 Business Insider.

Perri 2011-ci il fevral ayından aprel ayına qədən yayımlanan ABC sitkomu "Cənab Sanşayn" serialının həmmüəllifi, icraçı produseri və aktyoru idi.https://web.archive.org/web/20101208220459/http://tvbythenumbers.zap2it.com/2010/12/06/abcs-mr-sunshine-will-bump-cougar-town-temporarily-plus-premiere-dates-for-happy-endings-off-the-map/74516 TV by the Numbers. 6 dekabr, 2010

Aktyor bir neçə ekran işində atası ilə birlikdə işləmişdir. Atası Con Perri Axmaqlar tələsir (1997) filmindəhttps://web.archive.org/web/20120118125023/http://movies.yahoo.com/movie/contributor/1800018621/bio Yahoo! Movies.https://web.archive.org/web/20120118125023/http://movies.yahoo.com/movie/contributor/1800018621/bio və Ağ xalatlılar serialının 4-cü mövsümünün "Mənim təkbuynuzum" adlı 11-ci bölümündə (2004) onun atası xarakterini canlandırmışdı. Həmçinin, Dostlar serialında 4-cü mövsümün "Reyçelin yeni geyimi" adlı 18-ci bölümündə qonaq aktyor rolu ifa etmişdir.https://www.digitalspy.com/tv/ustv/a28196577/friends-matthew-perry-real-life-dad-starred-show/ 26 iyun, 2019

2018-ci ildə Business Insider Perrinin sərvətinin təxminən 80 milyon olduğunu bildirdi.https://www.businessinsider.com/cast-of-friends-ranked-by-net-worth-2018-9 Business Insider.

İstinadlar

Həmçinin bax Cennifer Eniston

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:Uşaq aktyorlar