Dağıstan rusları — 2002-ci il siyahıyaalmasına görə ruslar respublikanın beşinciDağıstan rusları BBC 2010 və ya altıncı ən böyük əhali qrupudur. 2010-cu il siyahıyaalınmasına görə isə səkkizinci etnik qrupdur. Dağıstanda aparılan siyahıya alınmaya əsasən rusların sayı 104.020 nəfər və ya əhalinin 3.57% olaraq qeydə alınmışdır. Dağıstanın ümumi şəhər əhalisinin 50%-dən az olmasına baxmayaraq rusların 80% -dən çoxu şəhərlərdə yaşayırlar. Tarixi Çağdaş Dağıstan Respublikası ərazisindəki ilk rus məskəni 1588-1589-cu illərdə Terek çayının mənsəbində qurulmuş Terski qalası (Tersk şəhəri) idi. 1813-cü ildə bütün bölgənin Rusiya İmperiyasına daxil edilməsindən sonra ruslar Terekdən cənubda da yayılmağa başladılar. O dövrdən etibarən rus dili millətlərarası ünsiyyət dili olaraq bütün Dağıstan və Cənubi Qafqazda yayılmağa başladı. Kəndli rus əhalisi uzun müddət respublikanın bir hissəsi olmayan Terek deltasında cəmləşməyə davam dirdi. Sovet hakimiyyətinin ilk onilliklərində Rusiya Sovet Federativ Sosialist Respublikasının digər bölgələrindən çox sayda rus mütəxəssisi Terekin cənubundakı şəhərlərə köç edir. Respublikadfakı rusların maksimum payı 1950-ci ildə, Dağıstan əhalisinin 20,1% -ni (213,8 min nəfər) ruslar təşkil etdiyi zaman qeydə alınır. Bu zaman Mahaçqalada rusların payı 60% -ə, Kaspiyskdə 65,5% -ə çatır. Bununla birlikdə, işçi və təhsil bazarlarında rəqabətin güclənməsinə paralel olaraq aşağı təbii artım, eləcə də dağ xalqlarının artan şəhərləşməsi, 1960-cı illərin sonlarından etibarən rus əhalisinin miqrasiya axınının artmasına və həm payının, həm də sayının sürətlə azalmasına səbəb olur. 21-ci əsrin əvvəllərində (2002-ci il siyahıyaalmasına görə) yalnız Qızılyar şəhərində (% 54) və ona tabe olan Komsomolski qəsəbəsində (81 %) ruslar əhalinin yarısından çoxunu təşkil etməyə davam edirlər. Mahaçqala və Kaspiysk şəhərlərində onların payı 17-18%-ə düşür. Dubki (% 16) və Sulak (% 12) kəndlərində onların sayları nəzərə çarpan qədər idi. Lakin sonradan saylarında tədricən azalma baş verdi. Rus və Terek kazaklarının Kizlyar şəhərindəki payı 1959-cu ildəki 83.0 %-dən (37 786 vətəndaşdan 31 350 nəfəir) 2010-cu ildə 40.49 %-ə (48 984 vətəndaşdan 19 835 nəfəri) qədər azalır. 2010-cu il əhalinin siyahıya alınmasına görə təkcə Komsomolskidə ruslar əhalinin yarısından çoxunu (50.9%) təşkil edirdi. Sayı və yaılması Rayonlara görə Əhalinin siyahıya alınmasına görə 2010-cu il üçün rusların rayonlara görə payı: Rayon adları % ruslar Qızılyar41,0 %Tarumovka rayonu19,5 %Qızılyar rayonu12,3 %Kaspiysk9,0 %Buynaksk7,0 %Mahaçqala5,4 %Yujno-Suxokumsk4,1 %İzberbaş3,7 %Dərbənd3,7 %Botlix rayonu3,1 %Qızılyurd3,5 %Xasavyurd 2,2 %Dagestanskiye Oqni1,0 %Noqay rayonu1,0 %

İllərə görə Qiymətləndirmə ili (siyahıya alınma)rus əhalisi (nəf.) Dağıstan əhalisinə olan nisbəti18865 4210,9 %189713 1112,3 %192687 17611,3 %1939195 32119,1 %1959213 75420,1 %1970209 57014,7 %1979189 47411,6 %1989165 9409,2 %2002120 8754,8 %2010104 0203,6 %

İstinadlar

Kateqoriya:Ruslar Kateqoriya:Dağıstanda yaşayan etnik qruplar