Kadıköy — İstanbul ilinin ilçəsi. Kocaeli yarımadasının cənub-qərb hissəsində yerləşən Kadıköy, qərbdə və cənubda Mərmərə dənizi, şimal-qərbdə Üsküdar, şimal-şərqdə Ataşəhər və şərqdə Maltəpə ilə əhatə olunmuşdur. Mərmərə sahilləri boyunca Heydərpaşadan Bostancıya qədər 21 kilometrlik bir sahil xəttinə sahib olan ilçənin şimal sərhədini isə D-100 avtomobil yolu təşkil edir.
Kadıköy daimi yaşayış məskəninə İstanbul şəhəri ilə inteqrasiya olunduqdan sonra çevrildiyi üçün şəhərin digər tarixi bölgələrinə nisbətən olduqca gənc bir yaşayış yeri olaraq qəbul edilə bilər. Bununla birlikdə, Anadolu hissəsinin ən qədim yaşayış yerlərindən biri olan Kadıköy, bu gün də sahilin ən işlək nöqtəsidir. Kadıköydə Osmanlı dövrünə aid bir çox abidələrə rast gəlmək mümkündür.
Kadıköy ilçəsi şəhər nəqliyyatı baxımından əhəmiyyətli bir mövqeyə sahibdir. İstanbulun müxtəlif bölgələrini birləşdirən əsas nəqliyyat yollarından bir çoxu Kadıköydən keçir. 2015-ci ildə həyata keçirilən "İstanbul Həyat Keyfiyyəti" araşdırmasında bütün ilçələr arasında 2-ci yeri tutmuşdur. Etimologiya
Rayonun Antik dövrdəki adı olan Kalkedon yunanca “mis” mənasını verən Halkis (Χαλκίς) sözü ilə əlaqələndirilir. Özhan Öztürkün fikrincə, həmin dövrdə Yunanıstanın Evbeya (Eğriboz) adasında mis mədənlərinin yaxınlığında yerləşən Halkis, Etoliyada Halkia (Χάλκεια) və Epirdə Haliki kimi oxşar adlı şəhərlərin də mövcud olduğu irəli sürülür.Özhan Öztürk. Pontus: Antik Çağ’dan Günümüze Karadeniz’in Etnik ve Siyasi Tarihi]. Nika Yayınları. Ankara, 2016. 3. Baskı s. 204 Yunan tarixçisi Herodot, Megabazos adlı fars generalının şəhəri quranların kor olmalı olduğunu söylədiyini nəql etmişdir. Zaman keçdikcə bu ifadə folklorik bir rəvayətə çevrilmişdir.Herodot 4.144; Öztürk. Age. s. 204 Köç edən bir tayfa yeni məskəninə necə çatacağını öyrənmək üçün bir kahinə müraciət edir. Kahin tayfa üzvlərinə korlar ölkəsinin qarşısında məskunlaşmalarını söyləyir. Bugünkü İstanbula çatan tayfa öz tərəflərinin boş olduğunu, qarşı sahildə isə bir yaşayış məskəninin yerləşdiyini görür. Yaşadıqları ərazinin üstünlüklərini və gözəlliklərini görə bilməyən qarşı sahildəki insanların yalnız kor ola biləcəyini düşünərək İstanbula yerləşirlər. Beləliklə, bugünkü Kadıköy ərazisindəki yaşayış məskəni “korlar ölkəsi” mənasını verən Kalkedon adını alır. İstanbulun fəthindən sonra Kalkedonun idarəçiliyi II Mehmed tərəfindən İstanbul qazısı Hızır bəyə verildiyi üçün yaşayış məntəqəsinin “Kadıköyü” adını aldığı güman edilir.
Tarixi Həmçinin bax: İstanbul tarixi Fəthdən əvvəlki dövr thumb|upright=1.14|E.ə.5000-ci illərə aid edilən Kadıköy ərazisindəki (Fikirtepe və Kalamış) yaşayış məskəninə dair arxeoloji qalıqlar İstanbul Arxeologiya Muzeyində sərgilənir.
Kadıköyün yaranması İstanbulun yaranmasından xeyli qədim dövrlərə gedib çıxır. Fikirtepədə 1942–1952-ci illər arasında aparılan qazıntılar zamanı e.ə. 3000-ci illərə aid alətlər və insan skeletləri aşkar edilmişdir. Bundan əlavə, balıq, it, qoyun və keçi sümüklərinə də rast gəlinmişdir. Aşkar edilən əşyalar arasında daş çəkiclər, sümük və keramika nümunələri, daş əyircəklər, tunc məmulatlar, muncuqlar və firuzə daşından hazırlanmış əşyalar da vardır. Moda burnunda, Kalkedon şəhərində finikiyalılara aid çıraqlar, vaza qırıqları, öküz heykəli, bişmiş gildən hazırlanmış saqqallı kişi başı və Kalkedon kitabəsinin yazıldığı tunc lövhə aşkar edilmişdir.
Fikirtepədəki Karhadon və Moda burnundakı Kalkedon şəhərləri finikiyalıların Qara dəniz sahillərində saldıqları şəhərlərə getmək üçün dayanacaq və ehtiyaclarını təmin etdikləri mərkəzlər idi.
Antik Yunan xalqlarından Megara mərkəzli meqarlılar bugünkü Moda, Bahariye məhəllələri və Mühürdar küçəsinin yerləşdiyi ərazidə Kalkedon şəhərini salmışlar. Bu barədə Antik dövrün müəlliflərindən Fukidid, Plini, Herodot və Ksenofont öz əsərlərində məlumat vermişlər.
İoniyadan (Anadolunun Egey dənizi sahillərindən) gələn və Yunanıstana enən Akalıların bir qolu təxminən e.ə. 675-ci ildə Fikirtepe və Modadakı iki Finikiya şəhərini ələ keçirdi. Onlar bu gün Bahariye, Mühürdar və Moda məhəllələrinin yerləşdiyi ərazilərdə məskunlaşdılar və Kalkedon şəhərini genişləndirdilər. Qısa müddət ərzində İzmitə qədər uzanan əraziləri ələ keçirərək burada Kalkedon dövlətini qurdular. Anadolunun daxili bölgələrindən gələn əhali də bu torpaqlarda məskunlaşdırıldı. Dövlətin paytaxtı Kalkedon (Kadıköy) oldu və ölkə Kalkedoniya adlandırılırdı. Kalkedonlular döyüşkən və sivilizasiya baxımından inkişaf etmiş bir xalq kimi tanınırdılar.
Kalkedonlular bugünkü Haliçin Unkapanı ilə Eyüpsultan arasındakı ərazidə məskunlaşan traklarla, Finikiya şəhərləri ilə, İzmitdə yaşayan bitiniyalılarla və Perqamon dövləti ilə ticarət əlaqələri saxlayırdılar.
Haydarpaşa dərəsinin düzənliklərində hipodromlar və məbədlər yerləşirdi. E.ə. V əsrdə Kral Periyut “talen” adlanan metal sikkələr buraxmışdı. Kalkedonlular şəhərin müdafiəsini də nəzərə almışdılar. Farslardan, bitiniyalılardan və qotlardan qorunmaq üçün Haydarpaşa çayırı ilə Kuşdili çayırı arasında bir qala inşa etmişdilər. Sonralar şərqdən və qərbdən gələnlər buradakı qala divarlarını və digər tikililəri dağıtmışlar.
Kalkedonlular şüşə məmulatlar, qızıldan sırğa, üzük və digər bəzək əşyaları hazırlamağı, həmçinin mərməri emal etməyi yaxşı bacarırdılar. Şəhərlərinin giriş qapısına üzərində “Khalkedon” yazılmış kitabələr asırdılar.
E.ə.658-ci illərdə Yunanıstanda Korinf kanalının ətrafındakı ərazilərdən çıxaraq daha məhsuldar torpaqlarda yaşamaq üçün özlərinə yeni yurd axtarmağa başladılar. Delf məbədinin kahini Megara kralı Vizasa “Korlar ölkəsinin qarşısındakı ərazilər sizin yurdunuz olacaq” dedi.
Kral Vizas xalqı ilə birlikdə yeni yurd axtarmağa çıxdı. E.ə.650-ci ildə Sarayburnuna gəldi. Buradan ətrafa baxarkən ərazinin gözəlliyinə heyran qaldı. Kalkedonluların belə gözəl və yaşayış üçün əlverişli bir ərazini görməyərək boş buraxdıqlarına əsaslanaraq onların kor olduqlarını düşündü. Kahinin söylədiyi “korlar ölkəsinin qarşısındakı yer”in məhz burası olduğuna qərar verərək Sarayburnunda məskunlaşdı. E.ə. 608–600-cü illər arasında Sarayburnunda öz adını verdiyi “Bizans” şəhərini saldı.
Fars kralı I Dara İskitlərlə müharibəyə gedərkən Kalkedoniyanı da ələ keçirdi. Bunun üzərinə Kalkedonlular Bizanslılarla birlikdə Dara qarşı mübarizə apardılar. Dara Kalkedonluların evlərini, məbədlərini və şəhərlərini yandırıb dağıtdı. Dara finikiyalılarla ittifaq qurdu. Kalkedonlular əvvəlcə İoniyalılarla, daha sonra isə Bizanslılarla birləşərək yenidən müharibəyə başladılar. Lakin Kalkedonlular döyüş meydanını tərk edərək qaçdılar. Finikiyalılar donanmaları ilə Bizanslılara hücum etdilər və Kalkedoniyanı yandırıb dağıdaraq ələ keçirdilər.
Kalkedoniya farsların hakimiyyəti altına keçmişdi. Makedoniya kralı İsgəndər farsları məğlub edərək fars şəhərləri ilə birlikdə Kalkedoniyanı da ələ keçirdi.
E.ə. 281-ci ildə bitiniyalılar Mərmərə dənizi sahilindəki şəhərlərin əksəriyyətini ələ keçirdilər. Kalkedoniyanı da öz hakimiyyətləri altına aldılar. Kalkedoniya bir müddət müstəqil qalsa da, çox keçmədən romalıların hakimiyyəti altına keçdi. Makedoniya müharibəsi zamanı Kalkedonlularla romalılar arasında razılaşma əldə edildi. Romalılar Kalkedonlulara döyüş gəmiləri göndərərək hərbi yardım göstərdilər.
Kalkedoniya 561-ci il martın 21-də ərəblərin hücumuna məruz qaldı. 667-ci ildə ərəblər yenidən İstanbul sahillərində göründülər. Sahil şəhərlərindən çoxlu sayda əsir götürərək öz ölkələrinə qayıtdılar.
Səlib yürüşləri zamanı da səlibçi orduları bir neçə dəfə Kalkedoniya ərazisindən keçmişlər.
781-ci ildə Abbasi xəlifəsi Harun ər-Rəşidin sərkərdələrindən olan Malatyalı Battal Qazi Kalkedoniyanı ələ keçirdi. Bu tarixdən sonra Kalkedoniya adı əvəzinə Qaziköy adından istifadə olunmağa başlandı.
Kutalmışoğlu Süleyman Şah 1080-ci ildə Kalkedoniyanı Anadolu Səlcuq dövlətinin ərazisinə qatdı. Lakin bir müddət sonra ərazi sonuncu dəfə Bizanslıların hakimiyyəti altına keçdi. 1096-cı ildə səlibçi orduları Kalkedoniyadan keçərək Asiyaya keçdilər. Daha sonra səlibçi orduları 1204-cü ildə İstanbul ilə birlikdə Kalkedoniyanı da işğal etdilər. Ərazini yandırıb dağıtdılar, talan etdilər və abidələrdəki qiymətli metalları söküb apardılar.
Kalkedon şəhərinin tikililəri və tarixi Antik mənbələrə görə, Xalkedon şəhərinin dörd limanı vardı. Bunlardan biri bugünkü Kadıköy meydanında, ikincisi Fenerbahçe burnundakı Hiera limanı, üçüncüsü Fenerbahçe burnunun şimal tərəfində yerləşən Eutropo, dördüncüsü isə Kurbağalıdere ətrafından Kalamış körfəzinə doğru uzanan hissədə yerləşirdi. Bundan əlavə, şəhərdə teatr, hipodrom, Konstantiy sarayı, Ayia Eufemia və Ayios Yeoryios kilsələri, eləcə də müxtəlif tikililərin mövcud olduğu məlum olsa da, onların heç bir yerüstü qalıqları günümüzə qədər gəlib çatmamışdır. Lakin Altıyol ətrafında, həmçinin 1970-ci illərdə Osmanağa məscidinin yaxınlığında aparılan müxtəlif tikinti qazıntıları zamanı bişmiş torpaq və mərmərdən hazırlanmış su kəmərlərinə, eləcə də qala divarlarının qalıqlarına rast gəlinmişdir. Bəzi infrastruktur və tikinti işləri zamanı aşkar edilən arxeoloji qalıqlar səbəbindən İstanbul Arxeologiya Muzeyləri tərəfindən az sayda xilasetmə qazıntısı aparılmışdır. Bu qazıntılar nəticəsində e.ə. VI əsrə (Arxaik dövr) və Roma dövrünə (e.ə. I – b.e. IV əsrləri) aid çoxsaylı əsərlər aşkar edilmişdir. Onların bir hissəsi hazırda da muzeyin “Əsrlər boyu İstanbul” sərgi salonunda nümayiş etdirilir. 1987-ci ildə Altıyolda Arxeologiya Muzeyləri tərəfindən aparılan xilasetmə qazıntıları zamanı 6 sarkofaqla yanaşı, bir podium, çoxsaylı saxlama və mətbəx qabları da aşkar edilmişdir.
Arxeoloqlar Dərnəyinin 2013-cü ildə hazırladığı hesabatda Fenerbahçe Şükrü Saracoğlu stadionunun yerləşdiyi ərazinin SİT ərazisi elan edilərək xilasetmə qazıntılarının aparılması tələb olunur. Hesabatda qeyd edilir: “Tarix səhnəsində mühüm yer tutan qədim Xalkedon şəhərində sistemli şəkildə heç bir araşdırma aparılmamışdır. Qədim şəhərin ərazisində həyata keçirilən heç bir tikinti fəaliyyəti nəzarət altında aparılmamışdır. Çox az sayda məlumatlandırma nəticəsində həyata keçirilən qazıntılar istisna olmaqla, hər hansı qazıntı işləri aparılmamışdır. Böyük hissəsi dağıdılmış şəhərdə ən azı bundan sonra nəzarətli tikinti fəaliyyətinin həyata keçirilməsi təmin edilməli və şəhərlə bağlı məlumatlar toplanmalıdır. Qədim Xalkedonun sərhədləri dəqiq müəyyənləşdirilməli, ərazi III dərəcəli arxeoloji SİT elan edilməli və tikinti fəaliyyətlərinin nəzarət altında həyata keçirilməsi təmin olunmalıdır.
Stadion köhnə xəritələrə əsasən qədim Xalkedon şəhərinin tam mərkəzində yerləşirdi. Qədim şəhərə aid saray, məbəd və hipodrom qalıqları da bu ərazidə yerləşirdi. E.ə.1000-ci illər ətrafında finikiyalılar tərəfindən Fikirtepədə müxtəlif mənbələrdə “Harhadon” adı ilə qeyd olunan ticarət koloniyasının salındığı da məlumdur.
Arxeoloqlar Dərnəyinin hesabatında ərazi belə təsvir edilir:
“Bu dövrdə Kuşdili dərəsi estuar formasında idi və sahil xətti indiki vəziyyətə nisbətən daha içəridə yerləşərək Fikirtepe–Hasanpaşa arasına qədər uzanırdı. Daha sonra bu yaşayış məskəninin qarşısında, Moda burnu ilə Yoğurtçu arasındakı ərazidə “Khalkedon” (“Mis ölkəsi”) adı ilə ikinci bir yaşayış məskəni də formalaşmışdır. Kahinlik mərkəzi olan Apollon məbədi ilə məşhurlaşan Khalkedonun mərkəzini təşkil edən ərazi bu gün Kalamış və Haydarpaşa körfəzləri arasındakı təpəlik burun üzərində yerləşir. Yaşayış məskəninin qala divarlarının bu gün Altıyol, Sakızağacı, Mühürdar və Söğütlüçeşme arasında, təxminən düzbucaqlı forma yaradacaq şəkildə uzandığı düşünülür. Ehtimal ki, Altıyol ətrafında bir giriş qapısı yerləşirdi və şəhərin Kalamış körfəzinə baxan hissəsində də qəbiristanlıqlar mövcud idi."
Osmanlı dövründə Kadıköy thumb|1857-ci ildə Kadıköydən Səlimiyə Kışlasının görünüşü.