Kira Georgiyevna Andronikaşvili (, , Andronikaşvili-Pilnyak; ) — Sovet aktrisası və kinorejissor. Gürcüstan SSR əməkdar artisti (1959). Knyaz qızı.
Həyatı O, Andronikovlar knyaz nəslindən idi. Kino sənayesinə təsadüfən düşən bacısı Natonun yolu ilə gedərək kinematoqrafla məşğul olmağa başladı.
1923—1928-ci illərdə Gürcüstan Kino Sənayesinin aktrisası olmuşdur, 1929—1931-ci illərdə "Vostokfilm" kinostudiyasının aktrisası və rejissor köməkçisi idi.
1936-cı ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsini (Sergey Eyzenşteynin emalatxanası) bitirdi. Rejissor köməkçisi ("Soyuzdetfilm") və dublyaj rejissoru ("Gürcüstan-Film") kimi fəaliyyət göstərmişdir.
1937-ci ildə əri Boris Pilnyakın ardınca repressiyaya məruz qaldı. Həbsindən bir müddət əvvəl üç yaşlı oğlu Borisi Gürcüstana aparmağı bacardı və uşaq orada xalası Nata Vaçnadzenin ailəsində 7 il yaşadı.
16 may 1938-ci ildə vətən xaini ailəsinin üzvü kimi 8 il düşərgələrdə həbs cəzasına məhkum edildi. 12 iyun 1938-ci ildə Moskvadakı Butırka həbsxanasından Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə (A.L.J.İ.R.) köçürüldü və 1 may 1940-cı ilə qədər burada qaldı, sonra o, "NKVD-nin sərəncamında Moskvaya göndərildi". 1956-cı ildə bəraət qazandı.
Ailəsi
Valideynləri: Atası — Georgi Aleksandroviç Andronikov (1875—1911), knyaz, qusar polkovniki. Anası - Yekaterina Semyonovna Slivitskaya (1877—1947). Bacısı — Nato Vaçnadze (ilk soyadı Andronikaşvili olmuşdur) (1904—1953), sovet gürcü aktrisası. Əri — Boris Pilnyak (1894—1938), sovet yazıçısı Oğlu — Boris Borisoviç Andronikaşvili (ilk soyadı Pilnyak olmuşdur; 1934—1996) sovet yazıçısı, aktyor, ssenarist. Bacısı uşaqları: Eldar Şengelaya (1933), sovet və gürcü kinorejissoru. Nato Vaçnadzenin oğlu. Georgi Şengelaya (1937), sovet və gürcü kinorejissoru. Nato Vaçnadzenin oğlu. Kira Andronikaşvili (1945), sovet aktrisası. Nəvələri: Mariya Borisovna Korolyova (ilk soyadı Andronikaşvili olmuşdur; 1959—2017), Lüdmila Qurçenkonın qızı. Kira Borisovna Andronikaşvili (1970), Rusudan Xantadzenin qızı. Aleksander Borisoviç Andronikaşvili (1973), Rusudan Xantadzenin oğlu. Nəticələri: Rati Aleksandroviç Andronikaşvili (2001) Anano Çarkvianinin oğlu. Boris Aleksandroviç Andronikaşvili (2005-ci il təvəllüdlü) Yelena Çobanzadenin oğlu. Mariam Vladimirovna Darchiashvili (1997), Kira Andronikaşvilinin qızı. Yelena Vladimirovna Darchiashvili (2001), Kira Andronikaşvilinin qızı. Mark Aleksandroviç Korolyov (1982-1998), Mariya Borisovna Korolyovanın oğlu, narkotik aşırı dozasından vəfat etmişdir. Yelena Aleksandrovna Korolyova (1983), Mariya Borisovna Korolyovanın qızı.От правнучки Гурченко отказался родной отец Kötücələri Taisiya Pavlovna (2008).
Filmoqrafiyası
1924 — Müjdəçi— Katine 1926 — Natella 1928 — Eliso — Eliso 1930 — Yer susuyur — Camal 1932 — Səhra 1941 — Qara dağlarda (qısametrajlı) — Stefanın həyat yoldaşı 1943 — O, hələ qayıdacaq — ana 1945 — İnadçı qonşular 1958 — Mayakovski belə başlaylrdl… — dama 1959 — Köpək balığının dişi — Əlinin anası
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Gürcüstan aktrisaları Kateqoriya:Gürcüstan SSR əməkdar artistləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri