Hikmət İzzət oğlu Mirzəyev () — Azərbaycan hərbi xadimi, general-polkovnik (2024), Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı (2024-cü ildən), Xüsusi Təyinatlı Qüvvələrin sabiq komandanı (2014–2024), Vətən Müharibəsi Qəhrəmanı (2020).

Həyatı Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Puşkin (indiki Biləsuvar) şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlamışdır. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997–1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə təyin olunub.

Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur. 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşmüşdür.Hikmət Mirzəyevə qarşı XAİN PLAN: Şuşa fatehinin əsas düşmənləri AÇIQLANDI

O, Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşımışdır. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim etmişdir. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilmişdir.

Bundan başqa, Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olmuşdur. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik etmişdir.

2016-cı ilin Aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı təyin edilib.

7 noyabr 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi alıb.

Şəxsi həyatı Ailəlidir. İki övladı var.

Təltifləri 50px (1 yanvar 1994) — "Azərbaycan Bayrağı" ordeni 50px — "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı 50px — "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı 50px (26 iyun 2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı 50px (24 iyun 2003) — "İgidliyə görə" medalı 50px (21 iyun 2007) — "Vətən uğrunda" medalı 50px (26 iyun 2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı 50px (26 iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı 50px (24 iyun 2015) — "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni 50px (24 iyun 2015) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı 50px (26 iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı 50px (9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 50px (24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı 50px (25 dekabr 2020) — "Füzulinin azad olunmasına görə" medalı 50px (29 dekabr 2020) — "Qubadlının azad olunmasına görə" medalı 50px (29 dekabr 2020) — "Şuşanın azad olunmasına görə" medalı 50px (29 dekabr 2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı 50px (24 iyun 2021) — "Xocavəndin azad olunmasına görə" medalı 50px (7 noyabr 2023) — "Qarabağ" ordeni 50px (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

İstinadlar

Xarici keçidlər Belə işlər — Hikmət Mirzəyev

Kateqoriya:Aprel döyüşləri iştirakçıları Kateqoriya:Tovuz döyüşləri iştirakçıları Kateqoriya:2023 Xankəndi Zəfər Paradının iştirakçıları Kateqoriya:2020 Bakı Qələbə Paradının iştirakçıları Kateqoriya:Azərbaycan general-polkovnikləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri