Terek qumuqları — Çeçenistan, Şimali Osetiya və Alaniya ərazilərində Terek çayı boyunca yaşayan qumuqların etnik qrupu. 2010-cu ildə keçirilmiş Ümumrusiya əhalinin siyahıya alınmasına görə sayları təxminən 28 min nəfərdir. İnanc olaraq müsəlman sünnidirlər. İki etnik alt qrupa bölünürlər braqunlar (Çeçenistanın Qudermes və Qroznı rayonlarında yaşayırlar) və mozdoklular (ya da mozdok qumuqları, Şimali Osetiya Alaniya respublikasında Mozdok rayonunda yaşayırlar).

Tarixi Göründüyü qədər terek qumuqları qıpçaqlara qədər Terek çayının bütün sağ sahili boyunca və Sunjey çayı arasında yaşayan tümenlərdən törəyiblər. Bütün bu ərazilər XVI əsrə qədər Tümen xanlığının ərazisinə daxil olub. XVI əsrdən XVII əsrə qədər bu ərazilər Tarku şamxallığından asılı olan və əhalisinin böyük hissəsini qumuqlar təşkil edən Braqun hakimliyinin tərkibində olub. General Yermolovun məktublarında bunlar yazılıb:

Məhz vəba vaxtilə XVII – XVIII əsrlərdə qumuqlar tərəfindən sıx məskunlaşmış qumuq düzənliklərinin boşalmasına səbəb oldu.

XVII əsrin sonu XVIII əsrdən etibarən bütün bu ərazilərə çeçenlər köçməyə başlayırlar. Qumuq əhalisinin əksəriyyəti isə bu əraziləri tərk edirlər.

Terek vilayəti bölündükdən sonra terek qumuqları əsasən Dağıstanda yaşayan qumuq etnosundan ayrı düşərək ayrıca etnik qrup kimi formalaşdılar. Onların hazırda yaşadıqları ərazilər sonradan formalaşdırılmış Çeçenistan Respublikası və Şimali Osetiya ərazisində yerləşir.

Terek qumuqlarının yaşadıqları yaşayış məskənləri Braqunlar – Braqun kəndi (qum Borağan), Vinoqradnoe (qum Bammatyurt), Darbanxi (qum İstisuv)

Mozdoklar – Qızılyar (Quçukyurt), Predqornoe (qum Borasuvotar), Malıy Malqobek (Qiççiotar) Kalininskiy

İstinadlar

Kateqoriya:Qumuqlar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Çeçenistan Kateqoriya:Türk xalqları