"Sitarə: Qızlar xəyal edəcək" filmi () — Şərmin Obeyd-Çinoyun 2020-ci ildə çəkdiyi Pakistan 3D cizgi filmi.
Məzmun Qısametrajlı film köhnə Lahor şəhərindən bəhs edir. Burada 14 yaşlı qız olan Sitarə pilot olmağı arzulayır. Onun Mehr və Pəri adlı bacıları var. Lakin, onun bütün xəyalları uşaq evliliyi ilə uçub gedir. Bu film qızların hələ də xəyallarını tam reallaşdırmaq üçün mübarizə apardıqları bir mədəniyyətin təsirini vurğulayan səssiz bir filmdirStream It Or Skip It: "Sitara: Let Girls Dream" on Netflix, a Short Animated Film About a Pakistani Child Bride . Decider. İstifadə tarixi 18 iyun 2020.
Film haqqında "Sitarə: Qızlar xəyal edəcək" filmi 2020-ci ilin 8 martı Beynəlxalq Qadınlar Günü münasibətilə Netflix-də yayımlanmışdır. Film ilk Pakistan-Netflix istehsalıdır.
Film festivalları
Los-Anceles Animasiya Festivalı Film 2019-cu ilin 8 dekabrında Los-Anceles Animasiya Festivalında Ən yaxşı İstehsal edilən Ssenari, Ən Yaxşı Musiqi və Humanitar Mükafat nominasiyaları üzrə 3 mükafat qazanmışdır. Rekord qıran film Pakistanın ilk filmidir ki, Los-Anceles Animasiya Festivalında mükafatlar qazanmışdır.
Sandens Festivalı Gucci #LetGirlsDream kampaniyası ilə əlaqədar olaraq film üçün 2020 Sandens Festivalında xüsusi nümayiş keçirdi.
İstinadlar
Xarici keçidlər Netflix-də "Sitarə: Qızlar xəyal edəcək" filmi IMDB-də "Sitarə: Qızlar xəyal edəcək" filmi
Kateqoriya:Cizgi filmləri Kateqoriya:Pakistan filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:Pakistan cizgi filmləri Kateqoriya:Netflix orijinal filmləri Kateqoriya:Feminizm və incəsənət Kateqoriya:2020-ci ilin filmləri Kateqoriya:2020-ci ilin cizgi filmləri