Cilovluq, Cilovluq faciəsi və ya Cilovluq soyqırımı — 1918-ci ilin mart ayında minlərlə Azərbaycan türklərinin, xüsusilə Urmiya, Xoy və Salmas şəhərlərində yaşayanların ermənilər və Kürdlər cilovlar/cilolar (aysorlar) tərəfindən qırğınlara məruz qaldıqları hadisə nəzərdə tutulur.
Bu qırğınlar zamanı 300,000 min Azərbaycan türkləriqətlə yetirildiyi iddia edilməkdədir. Bu say o zaman Cənubi Azərbaycanda yaşayanları təxminən 15 faizini təşkil etməkdə idi.
Cilov sözü Cilo sözündən gəlməkdədir. Cilo Van gölünün cənubunda, müasir Türkiyənin Hakkari vilayəti ərazisində yerləşmiş bir inzibati vahiddir. Burada əsasən aysorlar, bir qədər də kürd məskunlaşmışdı. Birinci Dünya müharibəsinin başlamasından sonra aysorlar Rusiya imperiyası ilə ittifaqa girdilər və buna görə də Osmanlı imperiyası tərəfindən bu bölgədən sürgün edildilər. Bundan sonra aysorların əsas hissəsi İrana, əsasən də İran Azərbaycanına qaçdı. Onları təqib edən Osmanlı imperiyası və onunla ittifaqda olan kürd tayfaları İran Azərbaycanının qərbinə daxil oldular.
Bu hadisələr zamanı aysorlar ermənilər ilə ittifaq formalaşdırılaraq, Rusiya, İngiltərə və Fransadan dəstək alaraq İran Azərbaycanın qərbində yaşayan əsasən Azərbaycan türklərinə qarşı qırğınlar təşkil etdilər.
Zəmin thumb|367x367px|1910–1915-ci illərdə İranda olan aysor-nestorian yepiskop və qulluqçuları
1900-cü illərin əvvəllərində erməni millətçiləri ilə Rusiya arasındakı gərginlik artmasına baxmayaraq, Birinci Dünya müharibəsinin başlanması və Osmanlıdakı ermənilərin sürgünü bu gərginliyi arxa plana keçirdi. Osmanlının düşməni olan Rusiya təbii olaraq erməni millətçilərinin müttəfiqi hesab olunurdu. Ruslar 1914–1915-ci illər arasında Osmanlıdan yeni işğal edilmiş ərazilərdə, Van gölü ətrafında, ermənilər üçün bir dövlət qurmağa cəhd göstərdilər. Müharibə zamanı ermənilər Rusiyanı dəstəkləyirdilər ki, bu da Osmanlının narahatlığına səbəb oldu.
Şimal-qərbi İranda, Osmanlı ordusunun son qalıqları ilə rusların döyüşdüyü ərazilərdə yaşayan xristian aysorlar da çətin vəziyyətlərlə üzləşirdilər. Urmiya, Nestoriyan aysorların bir icmasına sahib idi və bu əhali Osmanlı ilə döyüşən rus qüvvələri tərəfindən qorunurdu. Bundan əlavə, Urmiyada Fransız və Amerika missioner təşkilatlarının təşviqi ilə Osmanlının şərq əyalətlərindən xeyli sayda aysor, Qərbi [Cənubi] Azərbaycan bölgəsinə sığınmışdı. Onların sayı təxminən 50 min nəfərə çatırdı.
Rus inqilabından sonra aysorlar himayəsiz qaldılar. Aysorları mühüm silahlı dəstələri olmasına baxmayaraq, onlar yenə də nizamlı Osmanlı ordusu və qeyri-nizami kürd qüvvələrinə qarşı müqavimət göstərə bilmək üçün böyük bir gücün dəstəyinə ehtiyac duyurdular. Aysor ordusu Osmanlı ordusunun şimal cinahını ciddi şəkildə təhdid etdiyi üçün, İngiltərə aysorların dəstəkləyicisi rolunu öz üzərinə götürdü. İngilislər aysorları öz məqsədlərinə cəlb etmək üçün müstəqil Aysor dövləti qurulmasını vəd etməyə hazır idilər. Mar Şimon qeyd edir ki, "Britaniya hökuməti xüsusi olaraq Aysor xalqını türklərə qarşı müqavimət təşkil etməyə təşviq etmək məqsədilə, Kapitan George F. Gracey vasitəsilə (o, İntelligence Service-in nəzarətində fəaliyyət göstərirdi), 1917-ci ilin dekabrında və ya 1918-ci ilin əvvəllərində təşkil olunan bir toplantıda, aysor əsgərlərin təchizat və maaşlarını təmin etməyə və aysor xalqını dəstəkləməyə söz vermişdi".
İranın o zaman Milli Şura Məclisinin nümayəndələrindən olan Yəhya Dövlətabadi belə yazır:
İllər boyu Osmanlı dövlətinin erməniləri, yəni (Daşnaksütyun firqəsi) Osmanlı dövlətinə qarşı fəaliyyət və iş aparıblar. Osmanlı dövləti onların törətdiyi fəsadlara qarşı çıxıb, onların hərəkətlərinin qarşısını alıb. Neçə il bundan öncə Van döyüşündə Osmanlı qoşunu ermənilərin hücumu ilə üzbəüz oldu. Bu hücumlar rusların himayəsi ilə ermənilərin uğuru ilə başa çatdı. Bu döyüşdə ruslar qazandıqdan sonra müsəlmanları öldürüb, onların yurdlarını talayıb, onların namuslarına təcavüz etdilər. Osmanlı qoşunu da onların intiqamı üçün ruslarla iş birliyi edən erməniləri tutub, onları qovdu.
Azərbaycan türkcəsində və Osmanlı türkcəsində cilo/cilov adlanan Türkiyə aysorları və ermənilər, Birinci Dünya müharibəsində Osmanlı hökumətinə zərbə vurmaq məqsədilə ruslarla əlbir olub Osmanlı hökumətinə qarşı çıxdılar. Osmanlı hökuməti bundan xəbərdar olub qarşıdurmanı yatırdıqdan sonra qalan aysorlar və erməniləri müasir Qərbi Azərbaycan ostanına yerləşdilər. Bu bölgəyə yerləşdirildikdən sonra onlar öz aralarından nizami qüvvələr təşkil etdilər. İlk növbədə Rusiya imperiyasına, Rusiya imperiyası orduları Azərbaycan ərazisini tərk etdikdən sonra Böyük Britaniyanın köməkliyi ilə 10 min nəfərlik ordu formalaşdırdılar. Bu formalaşdırılan ordu Qacar İranın zəifliyindən istifadə edərək Şəmsi 1396-cı ildə Urmiya şəhərini ələ keçirdilər.Majmūʿa-yi Mujalladāt-i Mīrāth-i Islāmī, bih Kushish-i Rasūl Jaʿfariyān, Jild-i Dahum, (Bakhsh-i Tārīkh-i Tahājumāt va Jināyāt-i Arāmana, Ismāʿīl Sīmiṭuqū va Sardār Māʿkī dar Āzarbāyjān, Taʾlīf-i Mīrzā Abū al-Qāsim Amīn al-Sharʿ Khūʾī, bih Kushish-i ʿAlī Ṣadrāʾī Khūʾī), Qum, Kitābkhāna-yi Ḥaẓrat Āyatullāh al-ʿUẓmā Marʿashī Najafī (Q), az Ṣafḥa-yi 13 tā Ṣafḥa-yi 80.
Rusların bölgədə möhkəmlənməsindən sonra Urmiya xristianları onlarla yaxınlaşdılar və əvvəlki dövrlərdə kürdlərin onlara etdikləri zülmə görə şəhər və kəndlərdə müsəlmanları incidməyə başladılar. Bu hadisələr bölgə müsəlmanları arasında ciddi narahatlığa yol açsa da, rusların qorxusundan bu məsələni dilə gətirmək də mümkün olmamışdı.
Vasili Nikitin, rus konsulu Urmiya şəhərində ermənilər və ciloların Osmanlıdan gəlmələrini "İran" kitabında belə yazıb:
Asurilərin ruhani başçıları Mar Şimon adıyla bir adam idi. Bu zaman rus generalını görmək, onunla əlbir olub və türklərə qarşı olan savaşlarda iştirak etmək üçün gəlmişdi. Nestorian qəbilələrinin ruhani başçısı Mar Şimondur. Bunlar Sancaq, Gəvər və Van vilayətində yaşamaqdadırlar. Nesturilərin ictimai baxımından öz qonşuları olan kürdlərlə elə bir fərqləri yoxdur. Fərqlilik sadəcə bundadır ki, hər tayfanın başında bir keşiş var və onların hökumət təşkilatları təxminən ruhanidir və aşirət şəklində yaşayırlar. Hər qəbilənin özünə aid bir rəisi var, məlik adlanır. Bu qəbilələr heç bir zaman sayıla bilməyib və həmişə Türkiyənin iqtidar məmurlarından uzaq gəzir və dağların əlçatmaz yerlərində yaşayırlar. Bunların sayı bəlkə 30 ilə 50 min nəfər ola. thumb|367x367px|Urmiyada Əsgrxan qapısının qarşısında sılna məşrutəçilər və Balu kəndən olan hacılar.
thumb|367x367px|Andranikin komandanlığı altında erməni könüllü dəstəsinin 1-ci batalyonu
Urmiyada xristianların etdiyi qırğınlar 1916-cı ildə Osmanlı dövlətinin Hakkari bölgəsində yaşayan aysorlar Rusiyanın dəstəyinə arxalanaraq öz dövlətinə qarşı qiyam qaldırdılar. Lakin onlar Osmanlı qüvvələrinin qarşısında uzun müddət davam gətirə bilmədilər. Rusiyanın köməyi on minlərlə aysor (yerli əhali onları "cilov" adlandırırdı) öz ailələri ilə birgə Cənubi Azərbaycanın Urmiya və Səlmas bölgəsinə köçürüldü.
Böyük Britaniya və Fransa rusların İranda Osmanlı və Alman imperiyaları qarşısında dayana bilməyəcəklərini anladıqdan sonra aysorların lideri Mar Şimon ilə İran və Osmanlı ermənilərin də daxil olduğu dəstələr formalaşdırmaq barədə danışıqlara başladılar. Onlar bu məqsəd üçün Culfa vasitəsilə Urmiyaya getdilər. Urmiyada amerikan missionerlər də onlara bu işdə yardım edirdilər. Missionerlərin istifadəsində olan və ABŞ-dan yardım üçün göndərilən pullar aysor və erməni hərbi dəstələr formalaşdırılmasına yönəldildi.
1917-ci ilin sentyabrında Fransa Rusiyaya Osmanlıya qarşı döyüşdə yaralananların müalicəsinə yardım üçün mobil ambulans göndərdi. İlk əvvəllərdə Tiflisdə yerləşdirilən bu tibbi yardım mərkəzi sonradan Urmiyaya göndərildi. Rusiyanın bölgədən geri çəkilməsindən sonra bu qurum yerli xristian silahlı dəstələr üçün hərbi və tibbi yardım göstərməyə başladı. Lazaristlər, yəni Fransız Katolik Kilsəsi missonerləri təbiətlərinə uyğun olaraq qatı katolik idilər və protestantlara, dünyəvi şəxslərə düşmən mövqedə idilər. Fransız hökumətinin dünyəvi olmasına baxmayaraq, dövlət katolik missiyalardan İrana təsir etmək üçün istifadə edirdi. Amerikan missiyasınnı rəhbəri və 1918-ci ilin yanvarından etibarən rəsmi olaraq Amerikanın Urmiyadakı konsul köməkçisi olan Dr. Şedd dini yardım qaynaqlarının müharibə ehtiyacları üçün sərf edilməsini əsaslandırmaq üçün bildirirdi ki, bu xərclər sonradan Britaniya hərbi dairələri tərəfindən ödəniləcəkdir. Əvvəlcə Britaniya Xarici İşlər Nazirliyi bu xərcləri ödəməkdən imtina etdi, lakin nəticədə kapitan Qreysinin erməni-assuriya ordusuna verdiyi vədlərə dair sübutlar ortaya çıxandan sonra ödədi.
Nəticədə Mar Şimon və digər aysorlar özləri üçün Urmiya bölgəsində müstəqil aysor dövlətinin yaradıla biləcəyi barədə ümidlənməyə başladılar.
Mar Şimon, Ağa Petros və digər aysor liderləri Şedd ilə birlikdə və Nikitinin köməkliyi ilə Hacı Mostaşarın mülküntə hərbi birlik formalaşdırdılar və yerlilərdən əsgər toplamağa başladılar. Fevra ayında (bəhmən ayı) bir aysor iki müsəlmanı və bir yəhudini bazarda qətlə yetirdi və bu toqquşmaya səbəb oldu. Nəticədə daha dörd nəfər də öldürüldü. Bundan sonra silahlı aysorlar Urmiyanın ətrafındakı kəndlərə hücumlar etməyə başladılar və nəticədə yüzlərlə insan həyatını itirdi. İki nəfərin şəhəri kənarında öldürülərək meyidi ortalıqda buraxılmış şəxsi dəfn etməyə çalışması tam həcmli toqquşmaların meydana çıxması ilə nəticələndi. Xristianlar şəhərdə qarşılarına çıxan hər kəsi güllələməyə başladılar və aysorlar şəhəri topa tutdular. Sonda bir nümayəndə heyəti rus konsulluğuna Mar Şimon ilə görüşməyə göndərildi.
Şəhərdə rus zabitin komandanlığında olan kazaklar ağ bayraq qaldıraraq aysorların daha da cəsarətlənməsinə səbəb oldular. Bundan sonra kazakların binası da aysorların hücuma məruz qaldı. Aysorlar tapa bildikləri bütün kazakları qətlə yetirdilər. Bütün Urmiyanı əhatə edən qırğınlar zamanı qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 10 min insan qətlə yetirildi. Bu rəqəm sadəcə Urmiya şəhərini əhatə etməkdədir. Halbuki ətraf kəndlərdə də qırğınlar həyata keçirilmişdi.
Bundan sonra Mar Şimun diqqətini Salmas üzərinə dikərək, onu öz nəzarəti altına almağa çalışır. Aysorların və ermənilərin məhdud sayda olduğunu dərk edərək Simko ilə müttəfiq olmağa çalışırdı.
Rus inqilabının təsirləri
Fevral inqilabı 1917-ci ildə Rusiya inqilabı baş verdi və İranda ruslar tərəfindən dəstəklənən qüvvələr üçün vəziyyət anidən pisləşdi. İranda yerləşdirilmiş bir çox rus döyüşçüsü öz komandanlarının əmrlərini dinləməməyə başlamışdılar və yaşayış məntəqələrində yağmalar həyata keçirməyə başlamışdılar. Məsələn, 14 tir tarixində Urmiyada bazar qarət edildi. Qarət zamanı 3 nəfər öldürüldü və bazarın özü də yandırıldı.
Kəndlərdə aysorlar təkcə yağma etmədilər, eyni zamanda qırğınlar törətməyə də başladılar. Mordad ayının ortalarında, ermənilər, başıboş rus əsgərləri və aysorlar birlikdə Nazlıçay bölgəsində kütləvi qırğınlara başladılar. Bu proses zamanı 8 və ya 9 kənd dağıdıldı və kütləvi qırğınlar həyata keçirildi.
Aban ayında ruslar və aysorlar öz fəaliyyətlərini davam etdirməkdə idilər. Hətta bu zaman onlar Aşura mərasimi zamanı ələ salmaq üçün bir nəfəri öldürüb, beş nəfəri də yandırmışdılar.
Oktyabr inqilabı 1917-ci ilin Oktyabr İnqilabından qısa bir müddət sonra Urmiyada aysorlar "Azad Urmiya Assurilərinin Birləşməsi və İttifaqı Manifesti" adlı bəyanət dərc etdilər. Manifestin birinci fəslində müstəqil bir Aysor milli dövlətinin ərazi sərhədləri "Urmiya, Mosul, Tur Abdin, Nuseybin, Cizrə və Cularməg" kimi müəyyən olunmuşdu. Bəyanat, iqtisadiyyat, ticarət və, əlbəttə ki, hərbi sahələrdə azad Rusiya (yəni Çar Rusiyasından sonrakı Rusiya) ilə əməkdaşlıq tələb edir və Rusiya ilə ittifaq istəklərini ifadə edirdi.
Mar Şimonun ölümü thumb|367x367px|Ölənlərin basdırılması