1593-1606-cı il Osmanlı-Avstriya müharibəsi və ya 13 illik müharibə Valaxiya,Transilvaniya və Moldaviya uğrunda Habsburq monarxiyası ilə Osmanlı imperiyası arasındakı müharibə.

1593-cü ildən 1606-cı ilədək aparılmış bu müharibə,Avropada bəzən 1591–92-ci illərdə Osmanlılar tərəfindən Bixaçın ələ keçirilməsinə görə On beş illik müharibə də adlanır.

Avropadakı Osmanlı müharibələri sırasında,Osmanlı-Venesiya müharibəsi (1570-73) ilə Girit müharibəsi (1645-69) arasında ən böyük güc sınağı hesab olunan müharibə oldu. Osmanlı-Habsburqlar müharibələri sırasında,novbəti böyük müharibə 1663-1664-cü illərdəki Osmanlı-Avstriya müharibəsi idi. Ümumiyyətlə,münaqişə çox sayda güc itkisinə səbəb döyüş və mühasirədən ibarət idi,lakin hər iki tərəf üçün çox az nəticə əldə edildi.

Müharibənin səbəbləri Osmanlı İmperiyasının Səfəvilər üzərində qələbəsindən sonra qərbdə bəzi məsələlər istiqamətində proseslər baş verdi. Avstriya illik vergilərini gecikdirir və sərhəd zonalarda ixtişaşlar törədirdi. Buna görə Bosniya əyalətinin valisi Telli Həsən Paşa Avstriyaya bir səfər təşkil etdi. 1000 əsir,12 top və bir çox qənimətlə geri qayıtdı. Ancaq bu,Avstriya ilə münasibətlərini daha da pisləşdirdi. Beləliklə, Avstriya hücumlara başladı. Daha sonra Telli Həsən Paşanın komandanlığı altındakı Osmanlı ordusunu Sisak-Moslavina adlanan yerdə pusquya düşərək,demək olar ki,tamamilə darmadağın edildilər (Sisak döyüşü). Bunun nəticəsində Osmanlı divanında müharibəyə qərar verildi. Ancaq demək olar ki,bütün Avropa ölkələri Avstriyanı dəstəklədi.

Müharibənin gedişatı 1593-cü il 19 iyulda İstanbuldan hərəkətə keçən sədrəzəm Qoca Sənan Paşa,səfər mövsümü baxımından 4 sentyabrın sonlarında Belqrada gəldi. Müqəddəs Roma İmperiyasında Yanıqqala ətrafında təxminən 20.000 nəfərlik ordu toplanmışdı. Buda bəylərbəyi Həsən Paşanın əsgərləri orduya qoşulduqdan sonra Türk ordusu sərhəd bölgəsinə yürüdü və 10 oktyabrda Vespremi mühasirəyə aldı. 3 gün dayana bilən qala qarnizonu 13 oktyabrda təslim oldu. Sonra 19 oktyabrda Palota mühasirəyə alındı ​​və 21 oktyabrda bu qala da təslim oldu. Türk qoşunlarının Vyanaya çatma məsafəsi 200 kilometrə yaxın idi.

Əsirlərdən Yanıqqala yaxınlığındakı Alman ordusunun Sekeşfexervara yürüş edəcəyi eşidilsə də,noyabr ayının yaxınlaşması səbəbi ilə qışlağa çəkilib,sonrakı yazda əməliyyatı davam etdirmək fikri hakim idi.

Türk ordusunun hər hansı bir döyüşə girmədən qışlamaq üçün Budaya geri çəkilməsinə görə,sərbəst qalan Alman ordusu gözlənildiyi üzrə Sekeşfexervara doğru irəlilədi. Bu ordunu qarşılamaq üçün,düşüncəsiz bir şəkildə bölgəyə gedən Buda bəylərbəyi Həsən Paşa,say və texnika baxımından,qarşı tərəfdən zəif olmasına baxmayaraq hücuma keçdi və 4 noyabrdakı döyüşdə ağır məğlubiyyətə uğradı.

Bu müharibəylə Sisak döyüşündəki məğlubiyyətindən sonra eyni ildə,türk qoşunlarına ikinci böyük məğlubiyyəti yaşadan Alman ordusu, Slovakiya bölgəsindəki Osmanlı qalalarına yürüş etdi və noyabr ayında Fülek,Kekko,Dvin,Somosko,Devam,Boyak,Seçen,Dregeli və Hajnatskayı aldı. Avstriya hersoqu Mattiasın komandanlığındakı ordu isə Novqorodu tutdu.

1594-cü il Sədrəzəm Qoca Sənan Paşa,Vesprem və Palota asanlıqla alındıqdan sonra İstanbula bir zəfərnamə göndərdi,lakin sonrakı itkilər nəticəsində ordu möhkəmlənməli idi. Bu möhkəmləndirmə gözlənilsə də,Alman ordusu mövsümün əvvəlində hərəkətə keçdi. 4 mayda Avstriya hersoqluğunun komandanlığı altında olan korpus Eszterqomu,Ştiriya ordusunun komandiri Toyfenbaxın rəhbərliyindəki birliklər Hatvanı mühasirəyə aldı. Ancaq Rumeli bəylərbəyi Mehmet Paşa və Buda bəylərbəyi Həsən Paşanın komandanlığı altında əyalət əsgərləri Hatvana kömək etməyə gəldilər və qala mühafizi olan Aslan bəyin xarici bağlantılarının köməyi ilə Toyfenbax qoşunlarını,mühasirəni aradan qaldıraraq geri çəkilməyə məcbur etdilər. Eszterqom qarşısında məğlubiyyətə uğrayan Avstriya qoşunları,Qoca Sənan Paşanın komandanlığı altındakı Türk ordusunun yaxınlaşdığını eşitdikləri halda, geri çəkildilərsə də,1 iyunda qalada Türk birliklərinin hücumu ilə ağır itkilər verdilər.

6 mayda Belqraddan hərəkətə keçən Qoca Sənan Paşanın komandanlığı altındakı Türk ordusu,Estergomun qarşısına gəldikdən sonra Tata və Sent Marton qalalarını mühasirəyə aldı. 7 avqustda mühasirəyə alınan 12.000 əsgərdən ibarət qarnizona sahib olan Yanıqqala,27 sentyabrda təslim oldu. Avstriya hersoqu Mattiasın komandirliyindəki 50.000-dən çox əsgər qüvvəsi olan Alman ordusunun məğlubiyyətə uğradılaraq,onların qaladan geri çəkilməyə məcbur buraxılması bu mühüm müvəffəqiyyətdə pay sahibi idi. Paytaxt Vyanadan 120 kilometrlik məsafədə olan bu önəmli yerin,Osmanlı İmperiyasının əlinə keçməsi Müqəddəs Roma İmperiyasında səs-küyə səbəb oldu.

16-22 oktyabr tarixlərində Komarnonun mühasirəsinə baxmayaraq,onu ala bilməyən Türk ordusu mühasirəni dayandırdıqdan sonra qışlamaq üçün Budaya çəkildi.

Transilvaniya,Valaxiya,Moldoviya knyazlıqlarının üsyanları Türk ordusu 1594-cü ildə əməliyyatdan müvəffəqiyyətlə döndükdən sonra,Osmanlı İmperiyası bu dəfə Rumıniyanı meydana gətirən üç vassal dövlətin (Valaxiya, Moldaviya və Transilvaniya) qiyamı ilə sarsıldı. Transilvaniya voyvodası Müqəddəs Roma İmperatoru II Rudolfu hamisi olaraq qəbul edərkən, Moldoviya voyvodası Aron Rudolfu hamisi olaraq tanımayaraq üsyan etdi,üzərinə göndərilən Maraş bəylərbəyi Mustafa Paşanın komandanlığı altındakı birlikləri dəf etdi. Valaxiya voyvodası,Mixailin qiyamı daha dağıdıcı oldu. 1594-cü ilin noyabr ayında Buxarestdə Türk tacirlərini edam edən və oradakı təxminən 2000 nəfərlik Türk qarnizonunu məhv edən Mixail,daha sonra Curcunu yandırdığı kimi və 1 yanvar 1595-ci ildə mühasirəyə aldığı Breila qalasını da 16 yanvarda ələ keçirdi. Dobrucaya girərək,Silistranı ələ keçirmək istəyən,4000 Valaxiya əsgərini qılıncdan keçirən Mixaili,Silistra bəyi dayandıra bilmişdi.

1595-96-cı illər və Osmanlı dövlətində taxt dəyişikliyi 1595-ci ildə Osmanlı İmparatorluğuna qarşı Papa VIII Klement tərəfindən (Papa VIII Klementin Müqəddəs İttifaqı) xristian Avropa güclərinin ittifaqı təşkil edildi; Müqəddəs Roma İmperatoru,II Rudolf və Transilvanya hersoqu Siqmund Batori tərəfindən Praqada bir ittifaq müqaviləsi imzalandı. Moldaviya knyazı Aron Tiran və Valaxiya knyazı Cəsur Mixay eyni ildə ittifaqa qatıldı. İspan Habsburqları,Macarıstandakı əməliyyatların komandanlığını öz üzərinə götürən İspaniya Flandriya Ordusunun baş komandanı Karl fon Mansfeldin başçılığı ilə Hollandiyadan 6000 təcrübəli piyada və 2000 süvari ordu göndərdi.Mugnai, Bruno; Flaherty, Christopher (2014). Der Lange Türkenkrieg (1593-1606): The long Turkish War, Vol. 1 (Ebook). Soldiershop Publishing. , p. 67

Habsburq monarxiyası,Osmanlı İmperiyası tərəfindən idarə olunan Macarıstan krallığının mərkəzi ərazilərini geri almaq istəyərkən Osmanlıların müharibə məqsədi Vyananı ələ keçirmək idi. Dunay xəttinə nəzarət və orada yerləşən qalalara sahib olmaq çox vacib idi. Müharibə əsasən Kral Macarıstanda (əksərən günümüzün qərbi Macarıstanı və Cənubi Slovakiyası),Transdunay,Xorvatiya krallığı və Slavoniyada, Osmanlı İmperiyasında (Rumeli - indiki Bolqarıstan və Serbiya) və Valaxiyada (indiki Cənubi Rumıniyada) aparıldı.

thumb|left|Habsburq qoşunları 1596-cı ildə Hatvan qalasına girdi 1595-ci ildə Mansfeldin rəhbərliyi ilə xristianlar,Dunay çayı üzərindəki strateji qalalar olan Esterqon və Vişeqradı ələ keçirdilər,lakin açar qala hesab olunan Buda qalasını bir o qədər mühasirədə saxlamadılar. Osmanlılar Əyri qalasının mühasirəsini başlatdı və 1596-cı ildə qalanı fəth etdilər.

Balkanlarda, 1595-ci ildə Neapol və Siciliyadan olan Villafranka markizi,Pedro de Toledonun rəhbərlik etdiyi İspan donanmaları,İtalyan sahillərinə edilən basqınlara cavab olaraq Osmanlı İmperatorluğunu Rumeli əyalətindəki Patrasdan qovdular.Braudel, Fernand (1995). The Mediterranean and the Mediterranean World in the Age of Philip II, Volume 2. Berkeley: University of California Press. , p. 1229 Basqın o qədər güclü idi ki,Sultan III Murad İstanbul xristianlarının intiqam almaq üçün məhv edilməsini müzakirə etdiyi bütün evlənməmiş yunanların,nəhayət şəhərdən çıxarılması barədə qərar verdi.Hutton, William Holden (1900): Constantinople: the story of the old capital of the empire. London: J.M. Dent & Co, p. 172. Sonrakı illərdə İspan donanmaları Levant sularına basqını davam etdirdi,lakin xristianlarla Osmanlılar arasındakı genişmiqyaslı dəniz müharibəsinin bir cavab tədbiri olmadı.Teneti, Alberto (1967). Piracy and the Decline of Venice, 1580-1615. Berkeley: University of California Press, p. 47 Bunun əvəzində,Alonso de Contreras kimi Osmanlı yelkənlərinə hücum etməyi özünə missiya edən piratlar var idi.

Müharibənin şərq cəbhəsində,Valaxiya şahzadəsi olan Cəsur Mixay,Moldaviyanın müttəfiqləri,Yassı ve Moldoviyanın digər bölgələrində Osmanlı ordularını məğlub edərkən,1594-cü ilin payızında Curcu,Breila,Harşova və Silistra da daxil olmaqla Aşağı Dunay yaxınlığındakı bir neçə qalanı fəth edərək Osmanlılara qarşı ittifaq yaratdı.Constantin C. Giurescu, Istoria Românilor. Bucharest: Editura All, 2007 (Romanian), p. 183. Mixay,Niğbolu(, , Nikopol),Ribnik ve Çiliya qalalarını alaraq,Coln, Emporungen so sich in Konigereich Ungarn, auch in Siebenburgen Moldau, in der der bergischen Walachay und anderen Oerten zugetragen haben, 1596 hətta Ədirnəyə qədər irəliləyərək Osmanlı İmperatorluğunun daxilinə hücumlarını davam etdirdi.Marco Venier, correspondence with the Doge of Venice, 16 July 1595 Onun döyüş qüvvələri Osmanlının paytaxtı İstanbuldan cəmi 24 kilometrlik (15 mil) məsafədə idi. thumb|1600-cü ildə baş qaldıran Valloniya muzdlu əsgərlərinin edamı Ancaq Dunay çayından geri dönmək məcburiyyətində qaldı,Osmanlılar da öz növbəsində ələ keçirdikləri mülkləri geri almaqla yanaşı həm də Valaxiyanı birdəfəlik fəth etməyi hədəfləyən kütləvi əks hücuma (100.000 güclü) cəhd etdilər. Basqın əvvəlcə uğurlu alındı və Keluqerenidəki (23 avqust,1595) şiddətli müqavimətə baxmayaraq yalnız Curcunu deyil,Buxarest və Tarqovişteni də ələ keçirməyə müvəffəq oldu. Bu qələbədən sonra Osmanlı komandanlığı arxayınlaşaraq geri çəkilən Valaxiya ordusunu təqib etməyi dayandırdı, bunun əvəzinə Tarqovişte və Buxaresti möhkəmləndirməyə yönəldilər. Mixay müttəfiqlərindən gələn kömək üçün təxminən iki ay gözləməli idi,lakin əks hücumu Osmanlılara sürpriz oldu və ardıcıl üç döyüş sahəsindəki Tarqovişte (18 oktyabr),Buxarest (22 oktyabr) və Curcu (26 oktyabr) meydanlarında Osmanlı müdafiəsini keçməyi bacardı. Xüsusilə Curcu döyüşü dağınıq şəkildə Dunaydan geri çəkilməli olan Osmanlı qüvvələri üçün böyük zərbə oldu.Florin Constantiniu, "O istorie sinceră a poporului român", . Bucharest: Editura Univers Enciclopedic, 2002 (Romanian), p. 128-129.

Valaxiya ilə Osmanlı arasındakı müharibə,1599-cu ilin sonlarına qədər davam etdi,Mixay müttəfiqlərinin zəif dəstəyi səbəbiylə müharibəni davam etdirə bilmədi.

Müharibənin dönüş nöqtəsi,1596-cı il 24-26 oktyabr tarixlərində Macarıstan ərazisində baş verən Xaçova döyüşü idi. 45-50.000 qoşundan ibarət birləşmiş Habsburq-Transilvaniya qüvvəsi Osmanlı ordusu tərəfindən məğlub edildi. Xristian əsgərləri döyüşdə qalib gəldiklərini düşünərək Osmanlı düşərgəsini talan etmək üçün mübarizəni dayandırdıqda döyüşün gedişatı Osmanlıların lehinə çöndü. Bu qələbəyə baxmayaraq,Osmanlılar ilk dəfə Qərb hərbi texnikasının Osmanlı silahlarından üstünlüyünü dərk etdilər. Bu döyüş, Mohac döyüşündən sonra Mərkəzi Avropada böyük xristian ordusu ilə Osmanlı türk ordusu arasında ilk əhəmiyyətli hərbi qarşılaşma idi. Buna baxmayaraq, avstriyalılar Dyör və Komaromu 1598-ci ildə geri aldılar.