Pembrok qalası () — Uelsdə Pembrokşir əyalətindəki Pembrok qəsəbəsində yerləşən orta əsrlərə aid qala. Qala Pembrok qraflığının mərkəzi olmuşdur və 1951-ci ildən etibarən I dərəcə olaraq qoruma altına alınmışdır. XX əsrin əvvəllərində restavrasiya edilmişdir.
Qala İngiltərənin norman işğalı ərəfəsində 1093-cü ildə Arnulf adlı normand zadəganı tərəfindən inşa edilmişdir. Təxminən 1 əsr sonra qala I Riçard tərəfindən dönəmin güclü adamlarından Uilyam Marşala verildi. O isə qalanı hal-hazırkı vəziyyətdə inşa etdirdi və həcmini böyütdü. Qala hal-hazırda xalqa açıqdır və Uelsdəki şəxsi mülkiyyətdə olan ən böyük qaladır.
Mənbə
Day, Alice; Ludlow, Neil (2016), Pembroke Castle: Geophysical Survey 2016 Bruce Sinclair (10 May 2016). "Me Before You movie release will see Pembroke on the silver screen".