Əhməd Yaşat — mühacir, həkim, Azərbaycan Demokrat Birliyinin üzvü, Azərbaycan Kültür Dərnəyinin sədri.
Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri.
Haqqında Əhməd Şirinzadə 1917-ci ildə Şəkidə anadan olub. İbtidai və orta təhsilini Şəkidə bitirdikdən sonra Bakıda tibb üzrə təhsil alıb.
Qış müharibəsi dövründə Əhməd Şirinzadə fin cəbhəsinə həkim kimi göndərilib.
İkinci Dünya müharibəsində ön cəbhədə həkim kimi xidmət edən Əhməd Şirinzadə xidmət etdiyi hərbi birliyin tərkibində əsir düşüb. Əsirlikdən qurtulduqdan sonra Yaşat arxa cəbhədə həkim kimi çalışıb. İkinci Dünya müharibəsi bitdikdən sonra Almaniyadakı azərbaycanlıları qorumaq və onların SSRİ-yə verilməsinin qarşısını almaq üçün Rəsulzadənin təlimatı ilə Azərbaycan Demokrat Birliyi yaradılıb. Birliyin ilk üzvlərindən biri də Əhməd Yaşat olub. Müharibədən sonra Yaşat bir müddət Hannoverdə həkimlik edib.
1948-ci ildə Türkiyəyə köçüb, burada da həkim kimi fəaliyyət göstərib. 1949-cu il fevralın 1-də Ankarada Azərbaycan Kültür Dərnəyi qurulub. Dərnək qurulanda onun idarə heyətində təmsil olunub. Daha sonra iki dəfə dərnəyin sədri seçilib. İlk sədrliyi 2 dekabr 1962-ci ildən 20 dekabr 1965-ci ilədək, ikinci sədrliyi isə 2 sentyabr 1969-cu ildən 26 dekabr 1970-ci ilədək davam edib. Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri olub.
Əhməd Yaşat 1985-ci il yanvarın 26-da vəfat edib və Ankarada dəfn olunub.
Xatirələri Qış müharibəsində iştirakı ilə bağlı xatirələri:
İkinci Dünya müharibəsində Əhməd bəy ön cəbhəyə göndərilib. Əsir düşməsi haqqında bunları deyib:
Ailəsi Əhməd Şirinzadə 1917-ci ildə Həsən Şirinzadə və Zəhra Şirinzadənin ailəsində anadan olub. Ənvər adlı qardaşı, Zərifə və Əzizə adlı bacıları olub.
Həmçinin bax Həmid Ataman Məhəmməd Kəngərli
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycan Kültür Dərnəyinin üzvləri