Lui Neel ( ) – "Qatı hal fizikasında əhəmiyyətli tətbiqlərə yol açan antiferromagnetizmə və ferrimagnetizmə dair fundamental kəşflərinə və tədqiqatlarına görə" 1970-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış fransız fizik. Həyatı Lui Neel 1904-cü ilin 22 noyabr tarixində Fransanın Lion şəhərində anadan olub. Orta təhsilini Lion şəjərində başa vurduqdan sonra Parisdəki Paris Ali Normal Məktəbinə qəbul olunub. Strasburq Universitetində elmlər doktoru dərəcəsini qazanıb. 1970-ci ildə bərk cismlərin maqnit xüsusiyyətləri ilə əlaqəli qabaqcıl araşdırmalarına görə (Hannes Alfven ilə birlikdə) Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Bərk cisimlər fizikasına verdiyi töhfələri, xüsusən təkmilləşdirilmiş kompüter yaddaş vahidlərinin inkişafı da daxil olmaqla çoxsaylı faydalı tətbiqlərini tapdı. 1930-cu ildə Neel ferromaqnetizmin əksi olan (antiferromaqnetizm) yeni maqnetik xüsusiyyətin mövcud ola biləcəyini irəli sürdü. Müəyyən bir temperaturdan (Neel temperaturu) yuxarıda bu mexanizm dayanır. Neel 1948-ci ildə ferrimaqnetizm xüsusiyyətini sərgiləyən materialların mövcud ola biləcəyinə irəli sürdü. Neel, həmçinin müəyyən süxurların zəif maqnetizmini izah edərək, Yerin maqnit sahəsi tarixinin öyrənilməsinə imkan yaratdı.
Lui Neel 2000-ci ilin 17 noyabr tarixində Briv-la-Qayard şəhərində vəfat etdi.
İstinadlar
Xarici keçidlər
Louis Néel on Nobelprize.org including the Nobel Lecture, December 11, 1970 Magnetism and the Local Molecular Field
Kateqoriya:Fransalı Nobel mükafatı laureatları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Fransa fizikləri