Əbu Übeydə Amir ibn Abdullah ibn Cərrah (; ) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. O, xəlifə Ömərin hakimiyyəti dövründə Raşidi ordusuna öndərlik etmişdir və Ömərin xilafətə davamçı seçdikləri adamlardan biri idi.

Həyatı Tam adı Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah ibn Hilal ibn Üheyb ibn Dəbba ibn Həris ibn Fihr ibn Məlik ibn Nədr Kuraşi Fixri təqribən 581-ci ildə Məkkədə anadan olmuşdur. Tacir olan Əbu Übeydə Banu Həris ibn Fihr qəbiləsinin Kuraşi qolundan idi. O, İslamı qəbul etməzdən əvvəl Kuraşilər arasında, o cümlədən Məkkə şəhərində tanınırdı. Əbu Übeydə İslam peyğəmbəri Məhəmmədin Məkkədə yaşadığı dövrdə, 611-ci ildə Əbu Bəkrdən sonra İslam dinini qəbul edir. Məhəmmədin digər səhabələri ilə Həbəşistana köçməli olan Əbu Übeydə Məkkəyə qayıtdıqdan sonra Mədinəyə gedir. O, Mədinə olan dövrdə gənc İslam Dövlətinin yaranmasına və möhkəmlənməsinə kömək etdi. Əbu Übeydə Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında gedən bütün döyüşlərdə iştirak edir. O, Bədr döyüşündə bütpərəstlərin tərəfində müsəlmanlara qarşı vuruşan atasını öldürür. Quranda bu hadisə belə təsvir olunub:

Əbu Übeydə 625-ci ildə baş tutmuş Uhud döyüşündə iştirak etmişdir. Döyüşün ikinci mərhələsində Xalid ibn Vəlidin süvariləri müsəlmanlara arxadan hücum edir, onları pis vəziyyətə salır. Döyüşdə müsəlman əsgərlərin çoxu meydandan qaçır, Əbu Übeydə isə Məhəmmədi qoruyan azsaylı adamlardan biri olur.

Əbu Übeydə Məhəmməd peyğəmbərin ölümündən sonra Əbu Bəkr və Ömər ilə mühacirlərə qoşulur. Səqifə Banu Səidədəki məclis Əbu Bəkri xəlifə seçir.

Əbu Übeydə xilafətin Sasanilər və Bizans imperiyası ilə olan müharibələrinin əvvəlindən cəbhədə vuruşur. O, 634–638-ci illərdə Suriya və Fələstinin fəth edilməsində ərəb ordularına rəhbərlik edir. Yərmuq döyüşündə mərkəzdəki qüvvələrinin komandiri təyin edilir. Bu qələbədən sonra Təbəqət-Fəhl və Şam ələ keçirilir. Qüds, Homs və Levantın digər şəhərləri də Əbu Übeydə tərəfindən fəth edilir.

Əbu Übeydə ibn Cərrah 638-ci ildə o dövrdə Suriyanı bürüyən taun epidemiyası nəticəsində vəfat edir.

Mənbə İstinadlar

Ədəbiyyat

Athamina, Khalil Abū ʿUbayda b. al-Jarrāḥ // Encyclopaedia of Islam, THREE

Xarici keçidlər Абу Убайда ибн аль-Джаррах — доверенный уммы // Информационно-аналитический канал ANSAR Абу Убайда ибн Аль-Джаррах на сайте islam-info.ru Абу ‘Убайда — сподвижник Пророка, мир Ему на сайте moona.ru

Kateqoriya:Səhabələr Kateqoriya:Səhabə hədis raviləri Kateqoriya:İslam tarixi Kateqoriya:Ata qətli