Maksim Marinin (; d. 23 mart 1977, Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən fiqurçu. Maksim Marinin, Totmyanina ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü, 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub.

Totmyanina və Marinin cütlüyü, həm də 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub.

Totmyanina və Marinin cütlüyü, ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Totmyanina və Marinin cütlüyü 2 dəfə Fransa Qran-Prisinin (2002 və 2005-ci illərdə), 2 dəfə Kanada Qran-Prisinin (2002 və 2003-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2003 və 2005-ci illərdə) və 1 dəfə ABŞ Qran-Prisinin (2002-ci il) qalibi olub.

Karyerası ərzində 50 yarışa qatılan Totmyanina və Marinin cütlüyü, onların 20-də qızıl medal, 8-də gümüş medal, 7-də isə bürünc medal qazanıb. 2007-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən "Şərəf" ordeni ilə təltif ediliblər.

Həyatı Maksim Marinin 1977-ci il martın 23-də Volqoqrad şəhərində anadan olub.

Maksim Marinin balerina Natalya Somova ilə ailəlidir, 2007-ci il doğumlu Artyom adında bir oğlu və 2012-ci doğumlu Ulyana adlı bir qızı var.

Karyerası

1998–1999-cu illər mövsümü: Avropa və Dünya Çempionatlarında debüt Totmyanina və Marinin cütlüyü 1998–1999-cu illər mövsümündə Fransa və Rusiya Qran-Prilərində mübarizə apardı. Totmyanina və Marinin cütlüyü əvvəlcə 20–22 noyabrda Fransanın Paris şəhərinin ev sahibliyində baş tutan ISU Fransa Qran-Prisində mübarizə apardı. Qısa və sərbəst proqramlarda beşinci pillələrin sahibi olan Totmyanina və Marinin, ümumi nəticədə 7.5 balla Fransa Qran-Prisini yeddi idmançı sırasında beşinci pillədə başa vurdu.

26–30 noyabrda isə Rusiyanın ev sahibliyində ISU Rusiya Qran-Prisi baş tutdu. Qısa və sərbəst proqramlarda altıncı pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 9.0 balla Rusiya Qran-Prisini 8 idmançı sırasında altıncı pillədə başa vurdu. Mövsüm ərzində Fransa və Rusiya Qran-Prilərində medala sahib ola bilməyən Totmyanina və Marinin cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.

Totmyanina və Marinin cütlüyü 1999-cu ilin 4–8 yanvarında baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 2-ci, sərbəst proqramda isə üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 4.0 balla Rusiya Çempionatını bürünc medalla başa vurdu. Həmin nəticəyə əsasən Totmyanina və Marinin cütlüyü, yanvarda Çexiyada baş tutacaq Avropa Çempionatına, martda isə Finlandiyada baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.

24–30 yanvarda Çexiyanın Praqa şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparan Totmyanina və Marinin cütlüyü, qısa proqramda yeddinci, sərbəst proqramda isə dördüncü pillələrin sahibi oldu. Ümumi nəticəyə əsasən isə Totmyanina və Marinin cütlüyü, 7.5 balla Avropa Çempionatını beşinci pillədə başa vurdu. Çempionatın qalibi isə Rusiya təmsilçiləri Petrova və Tixonov cütlüyü oldu.

1998–1999-cu illər mövsümünün əsas yarışı — 20–28 martda Finlandiyanın ev sahibliyində baş tutan Dünya Çempionatı oldu. Dünya Çempionatlarında debüt edən Totmyanina və Marinin cütlüyü, qısa və sərbəst proqramda yeddinci pillələrin sahibi oldu. Bu minvallada onlar ümumi nəticədə 10.5 balla Dünya Çempionatını yeddinci pillədə başa vurdu.

1999–2000-cu illər mövsümü: Fransa və Rusiya Qran-Prilərində uğurlar Totmyanina və Marinin cütlüyü 1999–2000-ci illər mövsümündə ABŞ, Fransa və Rusiya Qran-Prilərində mübarizə apardı. Totmyanina və Marinin cütlüyü əvvəlcə Birləşmiş Ştatların Kolorado ştatının Kolorado Sprinqs şəhərinin ev sahibliyində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı. Qısa proqramda 8-ci, sərbəst proqramda isə yeddinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 11.5 balla ABŞ Qran-Prisini yeddinci pillədə başa vurdu.

Daha sonra Totmyanina və Marinin cütlüyü 18–20 noyabrda Fransanın Paris şəhərinin ev sahibliyində baş tutan ISU Fransa Qran-Prisində mübarizə apardı. Qısa proqramda 3-cü, sərbəst proqramda isə 2-ci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 3.5 balla Fransa Qran-Prisinin gümüş medalına sahib oldu.

24–28 noyabrda isə Rusiyanın ev sahibliyində ISU Rusiya Qran-Prisi baş tutdu. Qısa proqramda dördüncü, sərbəst proqramda isə üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 5.0 balla Rusiya Qran-Prisinin bürünc medalına sahib oldu. Mövsüm ərzində Fransa və Rusiya Qran-Prilərində gümüş və bürünc medallara sahib olan Totmyanina və Marinin cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.

Totmyanina və Marinin cütlüyü 1999-cu ilin sonlarında baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda birinci, sərbəst proqramda isə üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 3.5 balla növbəti dəfə Rusiya Çempionatını bürünc medalla başa vurdu. Həmin nəticəyə əsasən Totmyanina və Marinin cütlüyü, fevralda Avstriyada baş tutacaq Avropa Çempionatına, martda isə Fransada baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.

6–14 fevralda Avstriyanın Vyana şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparan Totmyanina və Marinin cütlüyü, qısa və sərbəst proqramlarda altıncı pillələrin sahibi oldu. Ümumi nəticəyə əsasən isə Totmyanina və Marinin cütlüyü, 9.0 balla Avropa Çempionatını beşinci pillədə başa vurdu. Çempionatın qalibi isə növbəti dəfə Rusiya təmsilçiləri Petrova və Tixonov cütlüyü oldu.

1999–2000-ci illər mövsümünün əsas yarışı — 22 mart-4 apreldə Fransanın Nitsa şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı oldu. Ötən il Dünya Çempionatını yeddinci pillədə başa vuran Totmyanina və Marinin cütlüyü, qısa proqramda 8-ci, sərbəst proqramda isə altıncı pillələrin sahibi oldu. Bu minvallada onlar ümumi nəticədə 10.0 balla Dünya Çempionatını altıncı pillədə başa vurdu.

2000–2001-ci illər mövsümü: Avropa Çempionatında gümüş medal thumb|250x250px|alt=|Oleq Vasilyev, Totmyanina və Marinin — 2001-ci ildə Vasilyevin Totmyanina və Marinin cütlüyünün məşqçisi olmasından sonra Totmyanina & Marinin növbəti mövsümdən ciddi uğurlara imza atmağa başladı|left Totmyanina və Marinin cütlüyü 2000–2001-ci illər mövsümündə ABŞ, Almaniya və Rusiya Qran-Prilərində mübarizə apardı. Totmyanina və Marinin cütlüyü əvvəlcə Birləşmiş Ştatların Kolorado ştatının Kolorado Sprinqs şəhərinin ev sahibliyində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı. Qısa və sərbəst proqramlarda üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 4.5 balla ABŞ Qran-Prisinin bürünc medalına sahib oldu.

8–12 noyabrda Almaniyanın ev sahibliyində ISU Almaniya Qran-Prisi baş tutdu. Qısa və sərbəst proqramlarda üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 4.5 balla Almaniya Qran-Prisinin bürünc medalına sahib oldu.

Daha sonra isə 16–20 noyabrda Rusiyanın ev sahibliyində ISU Rusiya Qran-Prisi baş tutdu. Qısa proqramda 8-ci, sərbəst proqramda isə beşinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 9.0 balla Rusiya Qran-Prisini altıncı pillədə başa vurdu. Mövsüm ərzində ABŞ və Almaniya Qran-Prilərində bürünc medallara sahib olan Totmyanina və Marinin cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.

Totmyanina və Marinin cütlüyü 2000-ci ilin sonlarında baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 2-ci, sərbəst proqramda isə üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 5.0 balla üçüncü dəfə Rusiya Çempionatını bürünc medalla başa vurdu. Həmin nəticəyə əsasən Totmyanina və Marinin cütlüyü, yanvarda Bratislava şəhərində baş tutacaq Avropa Çempionatına, martda isə Kanadada baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.

20–28 yanvarda Bratislava şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparan Totmyanina və Marinin cütlüyü, qısa proqramda üçüncü, sərbəst proqramda isə 2-ci pillələrin sahibi oldu. Ümumi nəticəyə əsasən isə Totmyanina və Marinin cütlüyü, 3.5 balla Avropa Çempionatını gümüş medalla başa vurdu. Çempionatın qalibi isə Rusiya təmsilçiləri Yelena Berejnaya və Anton Sixarulidze cütlüyü oldu.

2000–2001-ci illər mövsümünün əsas yarışı — 16–25 martda Kanadanın ev sahibliyində baş tutan Dünya Çempionatı oldu. Ötən il Dünya Çempionatını altıncı pillədə başa vuran Totmyanina və Marinin cütlüyü, qısa proqramda 8-ci, sərbəst proqramda isə dördüncü pillələrin sahibi oldu. Bu minvallada onlar ümumi nəticədə 8.0 balla Dünya Çempionatını beşinci pillədə başa vurdu.

2001–2002-ci illər mövsümü: Avropa çempionluğu və Olimpiadada debüt Totmyanina və Marinin cütlüyü 2001–2002-ci illər mövsümündə ABŞ, Kanada və Fransa Qran-Prilərində mübarizə apardı. Totmyanina və Marinin cütlüyü əvvəlcə Birləşmiş Ştatların Kolorado ştatının Kolorado Sprinqs şəhərinin ev sahibliyində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı. Qısa və sərbəst proqramlarda üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 4.5 balla ABŞ Qran-Prisinin bürünc medalına sahib oldu.

1–4 noyabrda Kanadanın ev sahibliyində ISU Kanada Qran-Prisi baş tutdu. Qısa və sərbəst proqramlarda 2-ci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 3.0 balla Kanada Qran-Prisinin gümüş medalına sahib oldu.

Daha sonra isə 15–18 noyabrda Fransanın Paris şəhərinin ev sahibliyində ISU Fransa Qran-Prisi baş tutdu. Qısa proqramda üçüncü, sərbəst proqramda isə dördüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 5.5 balla Fransa Qran-Prisini dördüncü pillədə başa vurdu. Mövsüm ərzində ABŞ və Kanada Qran-Prilərində bürünc və gümüş medallara sahib olan Totmyanina və Marinin cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.

Totmyanina və Marinin cütlüyü 2001-ci ilin sonlarında baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa və sərbəst proqramlarda 2-ci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 3.0 balla Rusiya Çempionatını gümüş medalla başa vurdu. Həmin nəticəyə əsasən Totmyanina və Marinin cütlüyü, yanvarda İsveçrədə baş tutacaq Avropa Çempionatına, fevralda Kanadada baş tutacaq Olimpiya Oyunlarına, martda isə Yaponiyada baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.

14–20 yanvarda İsveçrənin Lozanna şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparan Totmyanina və Marinin cütlüyü, qısa və sərbəst proqralarmda birinci pillələrin sahibi oldu. Ümumi nəticəyə əsasən isə Totmyanina və Marinin cütlüyü, 1.5 balla Avropa Çempionatını qızıl medalla başa vurdu.

2002-ci ilin 8–24 fevralında Birləşmiş Ştatların Yuta ştatının Solt-Le-Siti şəhərinin ev sahibliyində XIX Qış Olimpiya Oyunları baş tutdu. Olimpiya Oyunlarında debüt edən Totmyanina və Marinin cütlüyü, qısa və sərbəst proqramlarda dördüncü pillələrin sahibi oldu və ümumi nəticədə 6.0 balla Olimpiadanı 20 idmançı sırasında dördüncü pillədə başa vurdu.

2001–2002-ci illər mövsümünün Olimpiadadan sonra əsas yarışı — 16–24 martda Yaponiyanın Naqano şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı oldu. Ötən il Dünya Çempionatını beşinci pillədə başa vuran Totmyanina və Marinin cütlüyü, qısa və sərbəst proqramlarda 2-ci pillələrin sahibi oldu. Bu minvallada onlar ümumi nəticədə 3.0 balla Dünya Çempionatını gümüş medalla başa vurdu.

2002–2003-cü illər mövsümü: Qran-Pri Finalıdan qələbə