İbrahim Şulan oğlu Qədimov () — Hüquqşünas.

Həyatı İbrahim Qədimov 1949-cu il avqustun 5-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası Şulan İbrahim oğlu Qədimov, anası Şükufə Bəhmən qızı Qədimova. (1908–1918-ci illərdə Naxçıvanda qəza rəisi olan İbrahim Bəy Qədimovun nəvəsidir).

Orta məktəbi bitirdikdən sonra, 1965–1970-ci illərdə "Araz"-Naxçıvan futbol komandasının müdafiəçisi olmuşdur. 1970-ci ildə "Neftçi" futbol komandasının oyunçusu olub.

1967–1972-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən tərbiyyəsi institutunda təhsil alıb.

1972–1973-cü illərdə Sovet İttifaqı Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.

1975–1978 N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib.

1980–1984 SSSR-i Daxil İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb.

1990–1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir.

1974–2009-cu illərdə AR DİN-də müxtəlif vəzifələrdə xidmət etmişdir.

1989–1992-ci illərdə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı olaraq, müxtəlif hadisələrdə iştirakına görə, 1999-cu ildən AR-nın müharibə veteranı hesab edilir.

Hərbi xidmət 1972–1973 Sovet ordusu (Raket diviziyası)

İş fəaliyyəti 1974-cü ildən Daxili İşlər Orqanlarına qəbul edilmişdir

1974–1975-ci illərdə – Naxçıvan şəhəri, azyaşlılarla iş üzrə müfəttiş

1975–1976-cı illərdə – Naxçıvan şəhəri, sahə müvəkkili

1976–1979-cu illərdə — NMR DİN cinayət-axtarış şöbəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili

1979–1984-cü illərdə — NMR Naxçıvan şəhər milis idarəsinin rəisi

1984–1985-ci illərdə — Abşeron r-n Polis şöbəsində əməliyyat müvəkkili

1985–1988-ci illərdə — Yevlax r-n Polis şöbəsində cinayət-axtarış şöbəsinin rəisi

1988 il — Bakı şəhər polis idarəsində ölüm şöbəsində baş əməliyyat müvəkkili

1988 il – Culfa r-n polis şöbəsinin rəisi

1989–1991-ci illərdə — Naxçıvan şəhər polis şöbəsinin rəisi

1991–1997-ci illərdə — Bakı şəhəri Nəsimi r-n polis idarəsinin əməliyyat işləri üzləri müavin

1997–1998-ci illərdə — Nizami r-n 24-cü polis bölməsinin rəisi

1998–2000-ci illərdə — Nərimanov r-n 18-ci polis bölməsinin rəisi

2000–2009-cu illərdə — Əzizbəyov r-n polis idarəsində rəis müavini

2009 ildən – daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüddədir

Mükafatları 1975-ci ildə — "Xidməti vəzifələrinin icrasına vicdanlı münasibətə görə" Fəxri fərman – ASSR DİN

1978-ci ildə — "Milis əlaçısı" ("Отличник милиции") Döş nişanı –Naxçıvan ASSRİ DIN

1980-ci ildə — "SSSRİ Dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" Medalı

"Sərhəd Qoşunlarının əlaçısı" I dərəcə Döş nişanı – SSSR-i DTK-i

1988-ci ildə — "Qüsursuz xidmətə görə" Medalı

1989-cu ildə — "İctimai asayişin qorunmasında fəal iştirakına görə" Fəxri fərman ASSR DİN

1990-cı ildə — "Xidmətdə fərqləndiyinə görə" ("За отличие в службе") Döş nişanı – SSSR-i DİN Dövlət Daxili İşlər İdaəsi

1991-ci ildə — "Xidməti borcun vicdanla yerinə yetirilməsinə və cinayətin açılması zamanı yüksək peşəkarlıq məharətinə görə" Fəxri fərman – AR DİN

2007-ci ildə — "Qüsursuz ximətə görə" I dərəcə Medalı AR DİN

Ailəsi İbrahim Qədimov ailəlidir, 2 övladı var. Oğlu – Qədimov Emil İbrahim oğlu (d.1971) – Bakı şəhər Prokurorloğunda Böyük prokuror. Qızı – Qədimova Şükufə İbrahim qızı (d.1976) – Bakı Dövlət Universitetinin dosenti, filologiya elmləri doktoru.

İstinadlar

Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XII çağırış deputatları