Pyotr Borisoviç Yudin (; ) — sovet aktyoru. Azərbaycan SSR xalq artisti (1955), RSFSR-in əməkdar artisti (1941), Stalin mükafatı laureatı (1951).
Həyatı 25 dekabr 1892-ci ildə (6 yanvar 1893-cü il) Yeni Mərgilan şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1915-ci ildə Fərqanə şəhərində başlamışdır. Daşkənd, Aşqabad, Voronej, Yaroslavl, Arxangelsk və Kazan teatrlarında çalışmışdır. 1931—1946-cı illərdə Maksim Qorki adına Nijni Novqorod Dram Teatrında işləmişdir, 1946-cı ildə isə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında. 17 iyul 1977-ci ildə vəfat etdi. Bakıda İkinci Fəxri Xiyabanda dəfn edildi.
Filmoqrafiyası
1958 — Kölgələr sürünür — Britaniya kəşfiyyatçısı
Mükafatları
RSFSR əməkdar artisti (1941) 3-cü dərəcəli Stalin mükafatı (1951) — S. Vurğun adına AzDARDT-nin səhnəsində İ. A. Qasımovın "Xəzər dənizində tufan" pyesində Poladov rolunu canlandırdığına görə Azərbaycan SSR xalq artisti (30 aprel 1955) "Qırmızı əmək bayrağı" ordeni
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri