thumb|ikigaiHéctor García, Francesc Miralles『Ikigai: The Japanese Secret to a Long and Happy Life』Penguin (), 2017 Google Kitabı Şəklin tərcüməsi: Passion (), Mission (), Vocation (), Profession (), what you LOVE (), what the World NEEDS (), what you can be PAID for (), what you are GOOD at () – həyatın məna və sevincini təsvir edən yaponca bir anlayış. Sərbəst tərcümə edildikdə ikiqay "yaşamağadəyər olan bir şey/səbəb"i təsvir edir. Bu anlayış yaponca "iki" () və "qai" () sözlərindən təşkil olunub.
Yaponca ikiqay müxtəlif kontekstlərdə də istifadə olunur; bu söz böyük məqsəd və uğurları təsvir etdiyi kimi, eləcə də gündəlik həyatdakı kiçik şeyləri təsvir etdir. Bu termin Yaponiyada o qədər geniş yayılmışdır ki, insanlar ondan əsas xüsusi mənasına diqqət etmədən hər gün təsadüfü istifadə edirlər. Ən əsası odur ki, ikiqay üçün iş həyatında müvəffəqiyyətli olmaq elə də vacib deyil. Bu mənada, o həyatın cürbəcür sahələrinə nüfuz etmiş demokratik bir ifadədir. Aydındır ki, ikiqay uğura apara bilər, ancaq uğur ikiqay üçün əsas şərt deyil. O hər kəs üçün açıqdır.
İkiqayın beş sütunu bunlardır:
Kiçik başlamaq Əldən verməyi öyrənmək Hamoniyalı və davamlı yaşamaq Kiçik şeylərdə xoşbəxtlik tapmaq Hazırkı yerdə və anda olmaq
İfadənin inkişafı və mənası Zaman keçdikcə ikiqay ifadəsi bir neçə dəfə mənasını dəyişmişdir. Bu ifadəyə Taiheiki eposunda hələ 14-cü əsrdə rast gəlinir ki, sonralar Natsume Sōseki-nin Kōjin hekayəsində istifadə edilmişdir və İkinci Dünya müharibəsinə kimi Şiniqai-ə (, ) sinonim olaraq işlədilmiş və əsasən imperator və xalqla bağlı olmuşdur. 1960-ların ortalarından Yaponyada yaşam standartlarının iqtisadiyyatın inkişafı ilə yaxşılaşması nəticəsində kitablarda və jurnallarda bu günə kimi davam edən "İkiqay partlaması" meydana gəldi.Gordon Mathews: What Makes Life Worth Living? How Japanese and Americans Make Sense of Their Worlds, Kapitel 1, S. 12–26
İkiqayın iki fərqli mənası ola bilər ki, bu fərqliliklərə Yapon ədəbiyyatında da rast gəlinə bilər. Bir tərəfdən, o həyatı yaşamğa dəyərli edən xüsusi maraq obyektləri, fəaliyyətlər və ya xüsusi vəziyyətlərdir (, ikiqay taishō); ikiqayın bu mənası ilə əlaqəli aşağıdakı vizual nümunələrli göstərmək olar
Başqa tərəfdən, ikiqay həyatdan zövq aldığımız bu hala çatma hissi mənasını da verir (, ikiqay kan). Bu mənada, Qərb baxış bucağından, o subyektiv rifah hissinə uyğun gəlir ki, bu da həyatın mənası duyğusunu ("Tale") əhatə edir və "həyatda olma sevincini" özündə cəmləşdirir.Christopher Peterson: The Good Life. Positive psychology and what makes life worth living, Psychology Today
İstinadlar
Kateqoriya:Yapon dilində sözlər və ifadələr Kateqoriya:Fəlsəfə Kateqoriya:Psixoloji vəziyyət Kateqoriya:Sosioloji terminologiya Kateqoriya:Sosial problemlər