Zeynal Abbas oğlu Zeynalov - (6 dekabr 1979, Bakı, Azərbaycan SSR) — Azərbaycan futbolçusu. Yarımmüdafiəçi. Futbol üzrə Azərbaycan milli yığmasında və çimərlik futbolu üzrə Azərbaycan yığma komandasında çıxış etmişdir.
Tərçümeyi halı Zeynal Abbasov futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında öz debutunu 1997-1998-ci il mövsümündə "Bakı fəhləsi klubunun heyətində keçirmiş, 2 oyunda iştirak etmişdir.
1999-2000-ci il mövsümündən başlayaraq Dinamo (Bakı) klubunun şərəfini qorumuşdur.
Z.Zeynalov 2004-cü ildə İmişlinin "MKT-Araz" futbol komandasına keçmişdir. Yeni klubda o, 3 mövsüm ərzində çıxış etmiş, 2006-2007-ci il mövsümündə komandanın kapitanı olmuşdur. Komandanın baş məşqçisi İqor Nakoneçnı ilə münasibətlərini nizama sala bilmədiyinə görə komandanı tərk etmiş və "Neftçi" Bakı komandası ilə bir illik müqavilə imzalamışdır.. Lakin o, "Neftçi" Bakı komandasının heyətində cəmi 1 oyun oynamış və 2007-2008-ci il mövsümünün qış fasiləsində Yevlağın "Karvan" komandasına keçmişdir.
Z.Zeynalov 2008-ci ildə futbolçu kimi karyerasını Salyanın "Muğan" komandasının heyətində davam etdirmişdir. Futbol üzrə XII Azərbaycan çempionatının birinci dairəsi başa çatdıqdan sonra 30 noyabr 2008-ci ildə "Muğan" komandasının baş məşqçisinin tələbi ilə komandanın 12 üzvü, o cümlədən Zeynal Zeynalov transfer edilən futbolçuların siyahısina daxil edilmişdir.Наставник «Мугана» по окончании первого круга пошел на радикальные меры, выставив на трансфер 12 футболистов və son nəticədə o, Bakının "Standart" klubunun heyətinə keçmişdir. Burada Z.Zeynalov 2 mövsüm ərzində çıxış etmişdir və bundan sonra o, öz fəaliyyətini futzala həsr etmişdir.Зейнал Зейналов: Наверное, это анормально.
Futbol üzrə Azərbaycan milli yığma komandasında Zeynal Zeynalov 2003-2008-ci illərdə Futbol üzrə milli yığma komandasının oyunlarına cəlb olunmuşdur. Bu müddət ərzində mülli komandanın heyətində 13 oyun keçirmiş və yeganə qolunu 15 oktyabr 2008-ci ildə Bəhreyn yığma komandası ilə keçirilən yoldaşlıq görüşündə rəqib qapısına vurmuşdur. Manamada keçirilən bu görüşdə Azərbaycan millisi 2:1 hesabı ilə qələbə qazanmışdır.
Çimərlik futbolu üzrə Azərbaycan yığma komandasında Zeynal Zeynalov 2009-cu il 10 apreldən 17 aprelədək Bakı şəhərində keçirilən çimərlik futbolu üzrə Azərbaycan milli komandasının tərkibində təlim-məşq toplantısına çağrılmışdır..
Xarici keçidlər
Profil na Transfermarkt
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:6 dekabrda doğulanlar Kateqoriya:1979-cu ildə doğulanlar Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Muğan Salyan FK futbolçuları Kateqoriya:Standard Sumqayıt FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:İmişli FK futbolçuları Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri