Sikorsky S-70B/28D Sea Hawk — Sikorsky (Sikorski) tərəfindən istehsal edilən hərbi nəqliyyat və hücum vertolyotu UH-60 modelinin hərbi donanma üçün istehsal edilmiş korroziyaya davamlı gövdəyə və dəniz alətlərinə malik modelidir.

Türkiyə Hərbi Dəniz Qüvvələrinə ilk paket Sea Hawk sifarişi 2002-ci ildə təslim edilmişdir. Sahə yoxlanışı, axtarış-xilasetmə, şaquli doldurma, hücum (sualtı, suüstü) və nəqliyyat imkanlarına malikdir. Su üstü hədəflərə qarşı AGM-119 Penguin MK2 döyüş raketindən və AGM-114 Hellfire başlıqlı döyüş mərmisindən, sualtı hədəflərə qarşı MK-46/50/54 torpedalarından istifadə edə bilər və malik olduğu daldırma sonarı ilə sualtı hədəfləri skan edə bilir. 2002-ci ildə Sapanca gölündə, 2014-cü ildə isə Kartepe regionunda qəza yaşamışdır.

2012-ci ildə verilmiş 12 helikopterlik ümumi təyinatlı sifarişinin 2017-ci ildə təhvil veriləcəyi gözlənilir.

Xüsusiyyətləri

Tekniki xüsusiyyətləri: Ekipaj: 3–4 Uzunluq: 64 ft 8 in (19.75 m) Pər çapı: 53 ft 8 in (16.35 m) Hündürlük: 17 ft 2 in (5.2 m) Disk sahəsi: 2,262 ft² (210 m²) Boş çəkisi: 15,200 lb (6,895 kq) Maksimum daşıma qabiliyyəti: 17,758 lb (8,055 kq)  Daşıma qabiliyyəti: 6,684 lb (3,031 kq) Maksimum uçuş çəkisi: 21,884 lb (9,927 kq) Güc: 2 × General Electric T700-GE-401C turboshaft, 1,890 shp (1,410 kW) Maksimum sürət: 146 kn (270 km/s; 168 mph) Mənzil: kreyser sürətində 450 nmi (518 mil və ya 834 km) Xidmət tavanı: 12,000 ft (3,580 m) Dırmaşma sürəti: 1.650 ft / dəq (8.38 m/s) Silah sistemi Torpedolar: 2 x Mk 46 Döyüş raketləri: 4 x Hellfire II və ya 1 x Penguin Mk.2 Mod.7 Sensorlar: Radar: APS-124 Digər: ASQ-811(V) MAD, FLIR, LLTV

İstinadlar

Kateqoriya:Hərbi vertolyotlar

Kateqoriya: ABŞ vertolyotları