Əli Məsimli () — Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V, VI və VII çağırış deputatı, Azərbaycan Respublikasının Baş nazirinin səlahiyyətlərini icra etmiş, Azərbaycan Respublikasının Baş nazirinin sabiq birinci müavini, Azərbaycan Respublikasının sabiq iqtisadiyyat naziri, Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlama Komitəsinin sabiq sədri, Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sabiq sədri, İqtisadiyyat elmləri namizədi.
Həyatı Əli Əhməd oğlu Məsimov 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir.
1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993–2005-ci illərdə "Müstəqil İqtisadçılar Birliyi" ictimai təşkilatının prezidenti vəzifələrində çalışmışdır.
2005-ci il parlament seçkiləri ərəfəsində, 13 iyul 2005-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır. YeS-in vahid siyahısından 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə Əli Məsimli deputat seçilmişdir.
2005-ci ildən sonra partiya təsis etmək üçün Azad İqtisadçılar Birliyi Təşkilat Komitəsini yaratmış və bu quruma sədrlik etmişdir. Bu qurum partiyalaşa bilməmişdir.
Əli Məsimli Azərbaycan Xalq Cəbhəsi və ardınca Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur. 2000-ci ildəki bölünmə zamanı klassiklər qanadında təmsil olunmağa başlamışdır.
2005-ci il noyabrın 6-da 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Şəxsi həyatı Evlidir, 2 övladı var.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan baş nazirləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycanlı iqtisadçılar Kateqoriya:Azərbaycan baş nazirinin birinci müavinləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsinin sədr müavinləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları