250px|thumb|SSRİ tərəfindən işğal edilmiş olan Finlandiya əraziləri Moskva sülh müqaviləsi, 1940-cı il martın 21-də Finlandiya Qış müharibəsində məğlubiyyətini qəbul etdikdən sonra Sovet İttifaqı ilə Finlandiya arasında imzalanmış sülh müqaviləsidir. Ancaq 25 iyun 1941-ci ildə Davam müharibəsinin başlaması ilə müqavilə qüvvədən düşmüşdür.

Müqavilədən əvvəlki hadisələr 29 yanvar 1940-cı ildə Finlandiya hökuməti Sovet İttifaqının ilk sülh təklifini aldı. Bu vaxta qədər Qırmızı Ordu Finlandiyada əsas strateji nöqtələri ələ keçirmək üçün mübarizə aparmışdı. Finlandiya Vıborq şəhəri, Ladoqa gölü və onun bir hissəsi olaraq Kareliya bölgəsində yerləşmişdi. Bundan əlavə, Hanko Yarımadası 30 il Sovet nəzarətində olacaqdı. Finlandiya hökuməti ilk sülh təklifini rədd etdi və İsveç, İngiltərə və Fransaya hərbi yardım tələblərini göndərdi. Finlandiya bu dövlətlərdən və Millətlər Liqasından dəstək almağa ümid edirdi.

Fin Ordusunun vəziyyəti getdikcə pisləşirdi. Bu vəziyyət qarşısında Karl Gustaf Emil Mannerheim Sovet İttifaqı ilə sülh danışıqlarına hazırlaşırdı. Beləliklə, Mannerheim sülh danışıqlarına başladı və 21 mart 1940-cı ildə Moskva sülh müqaviləsi imzalandı.

Həmçinin bax İkinci dünya müharibəsi dövründə Finlandiya

Kateqoriya:Sülh müqavilələri Kateqoriya:1940-cı ilin beynəlxalq müqavilələri Kateqoriya:Finlandiyanın müqavilələri Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:SSRİ-nin müqavilələri Kateqoriya:Finlandiya–SSRİ münasibətləri Kateqoriya:SSRİ tarixi Kateqoriya:İkinci Dünya müharibəsinin müqavilələri Kateqoriya:İkinci Dünya müharibəsi sənədləri