Call of Cthulhu (; həmçinin CoC) — H.F. Lavkraftın yazdığı "Ktulhunun çağırışı" hekayəsi və Ktulhu mifologiyası əsasında yaradılmış, qorxu janrında olan stolüstü rol oyunu. Oyun "Chaosium" tərəfindən ilk dəfə 1981-ci ildə nəşr edilmişdir və hal-hazırda yeddi buraxılışı mövcuddur. Oyun Təməl rol oyunu sistemindən istifadə edir.
Tarix "Call of Cthulhu" oyununun ilk konsepsiyası "Dark Worlds" – "Chaosium" tərəfindən planlaşdırılan, ancaq nəşr edilməyən bir oyun idi. Sendi Petersen "RuneQuest" fentezi oyunu üçün Lavkraftın Yuxu diyarı dünyasında cərəyan edən əlavə buraxılış üçün ssenari yazmağı düşünürdü.
Buraxılışlar Petersen "Chaosium" nəşriyyatını tərk etdikdən sonra "Call of Cthulhu" oyununun inkişafı Linn Uillisə verilmişdir. Son illərdə Pol Friker və Mayk Mason da bu heyətə qoşulmuşdur.
Buraxılış İl Format Qeyd Birinci 1981 Qutulu set Əsas qayda kitabına əlavə olaraq, on altı səhifəlik Təməl rol oyunu kitabçası. İkinci 1983 Qutulu set Tək qayda kitabçası; qaydalara kiçik dəyişiklər. Üçüncü 1986 Qutulu set Qaydaları "Tədqiqatçının kitabı"və "Mühafizəçi kitabı" kitabçalarına ayırır. Dördüncü 1989 Yüngül örtük "Cthulhu Companion" və "Fragments of Fear: The Second Cthulhu Companion" əlavə buraxılışlarından məzmun. Beşinci 1992 Yüngül örtük Lin Uillisi müəlliflər siyahısında qeyd edən ilk buraxılış. Beş tam onda beşinci 1998 Yüngül örtük Beşinci buraxılışın yenidən formalaşmış və yenilənmiş versiyası. İyirminci yubiley 2001 Üstü dərili yüngül örtük Yaşıl dərili örtükə malik mhdud buraxılış. Altıncı 2004 Sərt örtük, yüngül örtük və ya PDF faylı İyirminci yubiley buraxılışı ilə eyni örtük və məzmun. Yeddinci 2014 Sərt örtük, yüngül örtük və ya elektron fayk Qaydalar Pol Friker və Mayk Mason tərəfindən əhəmiyyətli dərəcədə dəyişdirilmişdir.
Əlavə məzmunlar "Shadows of Yog-Sothoth" (1982) "Fungi from Yuggoth" (1984) "Masks of Nyarlathotep" (1984) "Spawn of Azathoth" (1986) "Horror on the Orient Express" (1991) "Beyond the Mountains of Madness" (1999)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ rol oyunları Kateqoriya:Təməl rol oyunu sistemi Kateqoriya:Ktulhu mifologiyası oyunları Kateqoriya:Qorxu rol oyunları