Amor fati — latınca tale sevgisi və ya birinin taleyinə duyduğu sevgi kimi tərcümə olunan ifadə. Bu ifadənin özündə ehtiva etdiyi yanaşma tərzinə əsasən həyatda insanın başına gələn hər bir şey, hətta iztirab və itki belə mühüm əhəmiyyət daşıyır. Amor fati Nitsşenin ədəbi təkrarlanma adı verilən konsepsiyası ilə bağlıdır. Onun fikrincə, hər şey sonsuz bir zaman müddətində sonsuz sayda yenidən təkrarlanır. Buradan da o, özünə ucsuz-bucaqsız zaman ərzində eyni həyatı olduğu kimi təkrar-təkrar yenidən yaşamaq arzusunu aşılayır (...bu əbədi təsdiqlənmədən və damğadan başqa heç nəyi belə atəşli dərəcədə arzulamamaq).The Gay Science IV, §341

Nitsşe Amor fati konsepsiyası Epiktetin adıEnchiridion of Epictetus Ch. VIII: "Do not seek for things to happen the way you want them to; rather, wish that what happens happen the way it happens: then you will be happy."—as quoted in Pierre Hadot (1998), The Inner Citadel: The Meditations of Marcus Aurelius , p. 143., eləcə də Mark Avrelinin yazıları iləMeditations IV.23: "All that is in accord with you is in accord with me, O World! Nothing which occurs at the right time for you comes too soon or too late for me. All that your seasons produce, O Nature, is fruit for me. It is from you that all things come: all things are within you, and all things move toward you." — as quoted in Hadot (1998), p. 143. (o, latınca yox, yunanca yazdığından yazılarında bu sözləri işlətməmişdi) əlaqələndirilsə də, ən geniş ifadəsini Nitsşedə tapdı. Tale sevgisi onun fəlsəfəsinin mərkəzində yer alırdı. O, "Ecce Homo" əsərinin "Niyə belə ağıllıyam?" adlı 10-cu hissəsində belə yazır:Basic Writings of Nietzsche. trans. and ed. by Walter Kaufmann (1967), p. 714.

Bu ifadəyə Nitsşenin başqa əsərlərində də rast gəlinir. "Şən elm" əsərinin 276-cı hissəsində o, həyata olan ümumi münasibətini belə ifadə edir:

Nitsşe "hə" deyən ifadəsini hər hansı siyasi və ya sosial vəziyyətlə bağlı işlətmir. O, burada xoşagəlməz reallığı qəbul edə bilən insana istinad edir.

İztirab Nitsşenin taleyə olan sevgisi onu əzabın real olduğu gerçəyi ilə radikal şəkildə qarşı-qarşıya qoyur. Həyatdakı yaxşı şeylərlə yanaşı, pisləri də sevmək öz-özlüyündə yetərli deyil. Vacib olanı sevmək bizdən eyni zamanda onların bir-birinə ayrılmaz şəkildə bağlı olduğunu qəbul etməyimizi tələb edir. Nitsşe "Şən elm" əsərinin ön sözünün 3-cü hissəsində yazır:

Nitsşe əzabın özünü yaxşı bir şey kimi qələmə vermir. Sadəcə olaraq, onu yaxşılığın ilkin şərti hesab edir. Yaxşılığın "tək bir anı" pisliyin sonsuzluğuna haqq qazandırır, lakin onların biri olmazsa, digəri məna kəsb edə bilməz. O, "Güc istəyi" əsərində qeyd edir:The Will to Power (manuscript) §1032, Trans. by Walter Kaufman and R. J. Holdingdale. Vintage Books, 1968.

Müasir yanaşma Fransız filosofu Albert Kamyu asanlıqla yanaşı, çətinliyi də qəbul etmək, hətta onu sevmək istəyindən danışır. Çətinliyi sevməsək belə, ən azından ona əhəmiyyət verməli olduğumuzu bildirir. "Sizif mifi" adlı əsərində ("Tipasaya qayıdış") belə yazır:

Nitsşe kimi Kamyu da tale ideyasını həm fəlsəfəsinin, həm də həyatının mərkəzinə qoymuşdu. "Tipasaya qayıdış"dakı sözləri ilə həyata olan ümumi mövqeyini ortaya qoyan Kamyu daha sonralar bu sözləri işlətmişdir:

Həmçinin bax

Fatalizm Zərdüşt belə deyirdi Stoaçılıq

İstinadlar

Kateqoriya:İfadələr Kateqoriya:Latın dilində sözlər və ifadələr Kateqoriya:Tale Kateqoriya:Fəlsəfi anlayışlar