Qaqauziya (qaqauz. Gagauz Yeri/Gagauziya; mold. Găgăuzia) və ya rəsmi olaraq Qaqauz Yeri Muxtar Bölgəsi (qaqauz. Avtonom Territorial Bölümlüü Gagauz Yeri; mold. Unitatea Teritorială Autonomă Găgăuzia) — Moldova Respublikasının tərkibində muxtar ərazi. Qaqauziya Moldovanın cənubunda yerləşir. Paytaxtı Komrat şəhəri, ümumi sahəsi 1,832 kvadrat kilometrdir.

Tarix

Orta əsrlərdə

Qaqauzlar ortodoks xristian mənşəli etnik türklərdir. Bizans yazılı mənbələrində Oğuzlar XI əsrdə Dunay çayını keçib Balkanlardakı Makedoniya, Paristrione, Yunanıstan və Bolqarıstanda yerləşən köçəri tayfalar olaraq qeyd edilmişdir. Bəzi müəlliflərə görə qədim Kutriqurların davamçılarıdır.Стойков, Руси. Селища и демографски облик в Североизточна България и Южна Добруджа, Известия на Варненското археологическо дружество, т. ХV, 1964, с. 98. Necə yarandıqları haqqında 19 fərqli iddia var. XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslavlığı qəbul etmişlər daha sonra Osmanlı hakimiyyəti altında qalmışlar. Tadeuş Yan Kovalskinin fikrincə Qaqauzlar Səlcuq sultanı II Keykavusla birlikdə Dobruca bölgəsinə gəlmiş, zamanla xristianlığı qəbul etmişlər. Bu ideyaya görə "Qaqauz" adı elə Keykavusdan gəlir. Başqa bir iddiaya görə Qaqauzlar özünü əsl bulqar və ya slavyan olmayan bulqar kimi görürdülər və buna görə də onlar qədim bulqarlardır. Qaqauz sözü, kök oğuz sözünün dəyişməsidir.

Müstəqilliyədək Əsasən 1812-ci ildə Bolqarıstandan Moldovaya köçürülmüşdülər. 1906-cı ildə Andrey Qalaçanın başçılıq etdiyi kəndli üsyanı başlamış və Bender uyezdində cəmi 5 gün həyat sürmüş Komrat Respublikası elan edilmişdi.Первухин В. Ф. Комратская республика. — Одесса, 2006 1917-ci ilədək Rusiya imperiyası tərkibində olmuşdur. Bu tarixdən sonra Rumıniya (1918–1944) və Moldova SSR (1944–1991) tərkibində olmuşdur. 1994-cü ilədək Moldova hökuməti Qaqauziyaya muxtariyyət verməmiş, 23 dekabr 1994-cü ildə isə Qaqauziya muxtar torpağı yaratmalı olmuşdur.

İnzibati bölgü Qaqauziya üç rayona bölünür: Komrat rayonu — mərkəzi Komrat şəhəridir. Çadır-Lunq rayonu — mərkəzi Çadır şəhəridir. Vulkaneşti rayonu — mərkəzi Valkaneş şəhəridir.

İdarəetmə Qaqauziyanın muxtariyyəti Moldova konstitusiyası ilə qorunur və Moldova xalqı hər hansı bir dövlətə (məsələn, Rumıniya) birləşmək istəsə Qaqauziyanın müstəqilliyini elan etmə hüququ var. Əsas qanunverici orqan Qaqauziya Xalq Məclisidir. Muxtar bölgənin rəhbəri Qaqauziya Başqanı adlanır, 4 ildən bir seçilir. Bundan əlavə, o Moldova hökumətinin bir üzvü sayılır. Başqanlıq seçkilərinə qatılmaq üçün Qaqauz dilini səlis bilmək, Moldova vətəndaşı olmaq və ən azından 35 yaşına çatmaq lazımdır. Əsas hökumət orqanı Qaqauziya Nazirlər Komitəsi sayılır, üzvləri ya başqan ya da xalq məclisi təyin edir. Qaqauziyanın öz polis təşkilatı mövcuddur.aqauziyanın leqal statusu haqda sənəd (Rumınca) Hazırkı başqan İrina Vlahdır.

İqtisadiyyat Qaqauziyanın iqtisadiyyatı kənd təsərrüfatından asılı olub, üzümçülüyün inkişaf etdiyi bölgələrdəndir. Əsas ixracatı şərab, günəbaxan yağı, alkoqolsuz içki, yun və dəri məmulatlarıdır. 12 şərab, 2 yağ, 2 xalça, 1 ət, 1 spirtsiz içki fabrik və zavodu var.

Demoqrafiya 2015-ci ilə aid statistikaya görə 161,800 nəfər əhalisi var. Bunlardan 40,4% şəhər, 59,6% kənd yerlərində yaşayır.

Əhalinin təkrar artımı 2013Say1000 nəfərəDoğum189711.7Ölüm16059.9Artım2922.2

Etnik qruplar Etnik qrupSayı%Qaqauzlar127 83582.14Bolqarlar8 0135.15Moldovanlar7 4814.81Ruslar5 9413.82Ukraynalılar4 9193.16Rumınlar380.02Digərləri1 4090.91

Dinlər Əhalinin mütləq əksəriyyəti (96%) xristiandır, 93% pravoslav, 3% isə protestantdır. Digər dinlər üzvləri 2,2%, dinsizlər 1,6%, ateistlər isə 0,2% təşkil edir.

Mədəniyyət Qaqauziyada 33 məktəb, Komrat Pedaqoji Kolleci və Komrat Dövlət Universiteti var.

Media Qaqauziyada əsas fəaliyyət göstərən telekanal Qaqauziya Teleradio Şirkətidir (GRT). Kütləvi informasiya vasitələri əsasən rusca və qaqauzca yayım aparırlar.

Həmçinin bax Qaqauziya Respublikası

Xarici keçidlər Qaqauziyanın rəsmi saytı (rusca) Budjak – Qaqauz xəbərləri

İstinadlar

Kateqoriya:Qaqauziya Kateqoriya:Muxtar bölgələr Kateqoriya:Avropa regionları Kateqoriya:Yaranmamış dövlətlər Kateqoriya:1995-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1994-cü ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Hökumət