Oymyakon ulusu () — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Ust Nera qəsəbəsidir. Coğrafiyası Ulusun sahəsi 92,3 min km²-dir. Saxanın şərqində yerləşir. Bu Saxa Respublikasında ən böyük uluslar arasında 14-cüdür. Cənub-qərbdən Ust-May ulusu ilə, qərbdən Tompon ulusu ilə, şimaldan Muom ulusu, şərqdən Magadan vilayəti və cənubdan Xabarovsk diyarı ilə həmsərhəddir.

Təbii şərait Relyefi dağlıqdır. Ulusun şərqində Nerskoye yaylası; mərkəzi hissədə Tas-Kistabıt silsiləsi; qərbdə Oymyakon dağları, Elqa yaylası, Suntar-Xayat silsiləsi; şimalda Çerski dağ sisteminin silsilələri. Ulusun bütün ərazisi İndigirka çayı hövzəsində yerləşir.

Oymyakon kəndində, şimal yarımkürəsində ən aşağı temperaturdan biri (−71.2 ° C.) qeydə alınmışdır. Tarixi Oymyakon rayonu 20 may 1931-ci ildə qurulmuşdur. 28 iyun 1920-ci ildə Oymyakon volostu, Yakut Rayrevkomun 28 iyun 1920-ci il tarixli 17 nömrəli iclasının protokolları əsasında Bayaqantay volostundan ayrılır.

1954-cü ildə rayon mərkəzi Oymyakon kəndindən Ust-Nera kəndinə köçürülürВедомости Верховного Совета СССР. № 12 (806), 1954 г..

1990-cı ildə Yuçyugey naleqi Boroqonski 2-ci naleqindən ayrılır.

2001-ci ildə Arqa-Moyskinin bir kəndindən ibarət olan Arqa-Moy naleqi ləğv edilir.

2002-ci ildə "Olçan kəndi" (Olçan və Oktyabr kəndlərindən ibarət), "Sarılax kəndi" inzibati ərazi vahidləri ləğv edilir. Əhalisi Milli tərkib Əhalinin əksəriyyəti ruslar (57%) və saxalar (23%) təşkil edir. Urbanizasiya Şəhər şəraitində (Ust-Nera kəndi və Artık şəhər tipli qəsəbəsi) ulus əhalisinin 65,81 % -i yaşayır. Yerli özünü idarəetmə Oymyakon ulusu ərazisinə 2 şəhər və 5 kənd inzibati vahidliyinə ümumilikdə 16 yaşayış məntəqəsi daxildir.

İqtisadiyyat Ulusda qızıl, gümüş, qalay, volfram, qurğuşun, sink, stibium yataqları var. 1990-cı illərdə ulusdakı mədənlərin köhnəlməsi başlayır. Bununla birlikdə, son illərdə qızıl mədən sənayesində yüksəliş var. Sbitium sənayesinin inkişafı və digər faydalı qazıntıların hasilatı istiqamətində aktiv işlər görülür.

Ulusda kənd təsərrüfatının əsası atçılıq və maralçılıqdır (şimal maralı). Nəqliyyat "Kolıma" federal magistral yolu ulus ərazisindən keçir. 2008-ci ildə magistral yoldakı son boşluq bağlandı və ulus sakinləri il boyu respublikanın paytaxtı Yakutsk şəhərinə səyahət etmək imkanı əldə etdi.

Ust-Nerada bir hava limanı vardır.

İstinadlar

Kateqoriya:1931-ci ildə yaranmış dövlətlər və ərazilər