Səfi xan Muğanlı () — Şahsevən elinə mənsub olan Cavad xanlığının dördüncü xanı, sərkərdə.

Rus hərb tarixçisi P. Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi — 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir.

thumb|right|Xəritədə Muğan və Rudbar mahallarının hakimləri Səfi xan və Məmməd xanın adı əks olunub.

Səfi xanın sahibi olduğu mahalda subay şəxsdən 1 rubl və çörək, evli adamdan isə 2 nəfərlik alınırdı. Qoyundan, arıdan, baldan, yağdan, qismən pendirdən vergi alınırdı. Eyni dövrdə Rudbar mahalının hakimi Məmməd xanla birgə hərbi qüvvənin sayı 550 nəfər idi. Məmməd xanla birgə gəliri 5000 rubl idi.

Həmçinin bax Azərbaycan xanlarının siyahısı

Mənbə

İstinadlar

Kateqoriya:Cavad xanlığı Kateqoriya:Muğan mahalı Kateqoriya:Cavad xanları Kateqoriya:Qalaqayında doğulanlar Kateqoriya:Sabirabad rayonunda doğulanlar Kateqoriya:Şahsevənlər