Xankəndi — Azərbaycan Respublikasında Qarabağ iqtisadi rayonunda şəhər ərazi vahidi. Azərbaycanda respublika tabeli şəhər. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və şəhərin cənub-qərbində yerləşən tarixi əhəmiyyətə malik Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Tarixi Qarabağ ərazisinin iqtisadi, siyasi, elm və sənət mərkəzi. İqlimi mülayimdir, dəniz səviyyəsindən 700-1000 metr hündürlükdə yerləşir. Xankəndi şəhər mərkəzi və şəhərətrafı ərazilərdən mineral maddələr, əhəngdaşı, mərmər çıxarılmışdır.

Tarixin əksər dövrlərində bura şəhər olmasa da, bir yaşayış məntəqəsi kimi varlığı Manna, Qafqaz Albaniyası, Elxanlı İmperiyası, Səfəvi İmperiyası, Qarabağ Xanlığı illərinə aid şəhər mərkəzi və şəhərətrafı ərazilərdə tapılmış tarixi abidələrdən bizə məlumdur. Lakin 1923-1991-ci illərdə bura kommunist blokunda olan Azərbaycanın digər əksər şəhərlərindən fərqli olaraq, paytaxtdan sonra xüsusi əhəmiyyətli və mərkəz olan iki şəhərindən biri idi, bu səbəbdəndir ki, bu şəhər Qarabağın mərkəzi də adlandırılır.

Paytaxt Bakı şəhərindən 327 km cənub-qərb uzaqlığında yerləşir. Ərazisinə görə respublikanın 9-cu, əhalisinə görə isə 10-cu böyük şəhər. Sahəsi 8 km²-dir. Xankəndi şəhəri Kiçik Qafqazın cənub-şərq tərəfində, Vərəndə düzənliyində, Qarqar çayının sol sahilində yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən, Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi olmuşdur.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı (min nəfər)

Şəhər 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal edilmiş və 2023-cü ildə Azərbaycan tərəfindən işğaldan azad olunana qədər Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir.

19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan əsgəri şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir. thumb|300x300px|Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını qaldırır. 15 oktyabr 2023-cü il 21 dekabr 2023-cü ildə Xankəndidə futbol üzrə Azərbaycan kubokunda turnirin 1/8 final mərhələsində Ağdamın "Qarabağ" klubu MOİK-lə qarşılaşmış və Qarabağ 1:0 hesabı ilə qələbə qazanmışdır.

Etimologiya Qarabağ xanlığı tərəfindən Xankəndi (Xanın kəndi) adıyla XVIII əsrdə quruldu.

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırılmışdır.İstiqlal fədailəri – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları (1918–1920-ci illər). Bakı: Mütərcim, 2013Erməni iddialarının "Sovet dövrü"

1991-ci ilin 26 noyabrında Azərbaycan SSR Ali Sovetinin qərarı ilə şəhərin əvvəlki — "Xankəndi" adı bərpa edilmişdir.

Lakin bu, Xanın kəndi olmazdan əvvəl burada yaşayışın olmamağı demək deyil. Məsələn, bəzi tarixi-coğrafi xəritələrdə bugünkü Xankəndi şəhərinin ərazisində Vərəndə, Kərkican, Hərbi hissə yazılmış, eləcə də, şəhər ərazisində tarixi abidələr, həyat izləri aşkarlanmışdır. Məsələn, Xankəndi şəhərinin şimalında, Xocalı ilə həmsərhəd ərazidə yerləşən kurqanlar. Burada 12 kurqan var idi. Kurqanların tarixi eradan əvvələ gedib çıxır. Bu da burada qədim yaşayış yeri olmasının əsas sübutu idi. Kurqan anlayışı ilk dəfə türk xalqları tərəfindən başa düşülüb.

Məhəllələri

Xankəndi şəhərinin 15 əsas məhəlləsi olsa da, 1918-1920-ci illərə qədər şəhər bir qədər böyüdüldü və məhəllələrin sayı 37-yə çatdı.

Xankəndində Qara Hüseyn, Məcidli, Alış, Yaşıl, Siyafur, İmam Əli, Xarrat usta Qulu, Ərminavan, Əyridam, Çaykənarı, Səmirabad, Sarı, Biləndərli, Yurdyer, Böyük, Mirzələr, Kiçik adlı ümumilikdə 15 məscid fəaliyyət göstərib.

Şəhər yaxınlığındakı qəbiristanlıqlarda 17 türbə, Möminə Xatın və Otludərə məbədləri kimi memarlıq abidələri, eyni zamanda, Seyid Məhəmməd, Kərki, Qala piri, Xəlifə İbrahim Vəliullah ocağı, Böyük Pir ziyarətgahı kimi inanc yerləri olub.

Mərkəzşəhər, Seyid Məhəmməd, Mahallı, Məcidli, Saatlı, Yazarlarar, Tarzənlər, Ağa, Xanbağı, Böyükbazar, Tacirlər, Yuxarı, Dağ, Aşağı, Baiqar və Üçyol Qurdları məhəllələri Xankəndi şəhərində ilk salınan 15 əsas məhəllə sayılır.

Məşədi Əsədulla, Qayabaşı, Zəngəzurlular, Ozan, Qala, Təzə, Çaparxanlı, Xərratlar, Orta, Zadəganlar, Qarqar, Cüdürxan, Alakeşlər, Allahgərək, Kotanqaya, Böyük, Kiçik, Biləndərlilər, Qabıcıq-Hökmavar, Qoyqəşəm, Poylu və Şingədan kimi məhəllələr isə sonradan salınıb.

Bu məhəllər sovet dövründə ermənilər tərəfindən “şəhərsalma” adı ilə məhv edilib. 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi olan Levon Mirzoyan (1926-1929-cu illər) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Aleksandr Tumanyan adlı bir memarı dəvət edir. Bu da Azərbaycanın tarixinə məxsus qədim adları və tikililəri, məhəlləri və sairəni tarixdən silmək üçün plan hazırlayır.

Tarixi thumb|240px|Yelizavetpol quberniyasının 1903-cü ilin xəritəsində Qarabağ ərazisi Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının — xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə bağışlanmışdıİltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013

Rusiya işğalı dövrü Qarabağ xanlığını zorla Rusiya İmperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir. Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlayır. Onların biri də Xankəndidə yerləşdirilir. Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə saxlamaq mümkün idi. Digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi. Çar çinovniklərinə digər bölgələrdə olmasa da, Xankəndidə etnik proporsiyanı müəyyən qədər pozmaq mümkün oldu. 1813-cü ildə Xankəndidə heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi. Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini "qərargah" adlandırsalar da, 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilir, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 1900-cü ildə Xankəndidə artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəliyyət göstərirdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilir. Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndidə erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndidə ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.

Cümhuriyyət dönəmi 1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndidən də yan ötmədi . XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları qətliam edirdilər. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur. Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndidə də baş verirdi. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndidə yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da onlar bu metodu təkrarlayaraq Xankəndidə yerləşən dağılan Sovet ordusunun 366-cı polkundan istifadə edərək Xocalı soyqırımını törətdilər. 1918–1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu.

SSRİ dövrü