Mirzə Əbdülbaqi Danişmənd () — Azərbaycan şairi

Həyatı

Həyatı haqqında məlumat azdır. Ərəb və fars dilində mükəmməl təhsil almışdır. Fəlsəfə, ədəbiyyat, ərəb dilçiliyi, riyaziyyat və s.fənləri dərindən öyrənmişdir.

Ölümü

Mirzə Əbdülbaqi Danişmənd 1629-cu ildə vəfat etmişdir.

Yaradıcılığı

Bədii yaradıcılığı

Əsərlərini farsca yazmışdır. İraq alimləri onu öz dövrünün dahisi hesab etmişlər. "Baqi" təxəllüsü ilə fəlsəfi məzmunlu qəsidə və rübailər yazmışdır. Sufiliyə meyil göstərmiş, xəlifə Əlinin "Nəhcül-bəlağə" əsərinə, "Qurana" və "Əssəhifə əl-kamilə əs-səccadiyyə" əsərinə farsca şərhlər yazmışdır. Danişmənd eyni zamanda tanınmış xəttat olmuşdur. İsfahanda Şah Abbas məscidinin kitabələrini yazmışdır.

Ədəbiyyat

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan». Bakı,1987.

İstinadlar