Məşədi İbad () — Azərbaycan əsilli İran rejissoru Səməd Sabahi tərəfindən 1953-cü ildə çəkilmiş musiqili komediya filmi. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" adlı operettası əsasında çəkilmişdir.
Süjet Filmin adını daşıyan baş qəhrəman Məşədi İbad qoca kişidir. O, müflisləşmiş tacir Rüstəm bəyin qızı Gülnara aşiq olub. Rüstəm bəy borclarını ödəməyə bir yol axtarır və buna görə də onların evliliyinə razı olur, ancaq Gülnar Sərvər adlı gənc oğlanı sevir. Məşədi İbad Gülnar ilə evlənməyə hazırlaşır. Evlilik günündə qarışıqlıq baş verir və Sərvər Məşədi İbadı həm biabır edir, həm də ki Rüstəm bəyin borclarını ödəməsinə vadar edir.
Həmçinin bax O olmasın, bu olsun (film, 1956)
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:1953-cü ilin filmləri Kateqoriya:İran filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Səməd Sabahinin filmləri