1988 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 33-cü Avroviziya Mahnı Müsabiqəsidir. Conni Loqanın ifa etdiyi "Hold Me Now" mahnısı ilə 1987 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1988-ci ildə İrlandiya üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində "RDS Simmonscourt Pavilion" zalında keçirilmişdir. Müsabiqə 1988-ci ilin 30 aprel tarixində baş tutmuşdur.

1988-ci ildə müsabiqədə iştirakı planlaşdıran Kiprin seçdiyi mahnı müsabiqənin qaydalarını pozduğuna görə ölkənin müsabiqədə iştirakı baş tutmamışdır. Belə ki, Kiprin müsabiqə üçün nəzərdə tutduğu mahnı bir neçə il öncə Kipr televiziyasında səslənmişdir və müsabiqənin qaydalarına görə Avroviziyada səslənilən mahnılar yalnız səkkiz ay əvvəl təqdim edilmiş ola bilər. Ümumilikdə 21 ölkənin iştirak etdiyi müsabiqədə İsveçrəni təmsil edən dünyaşöhrətli müğənni Selin Dion ifa etdiyi "Ne partez pas sans moi" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. İkinci yeri qazanan Böyük Britaniya təmsilçisini birincilikdən cəmi bir xal ayırmışdır. Bu sonuncu dəfə Avroviziyada 1956-cı ildə Liz Assianın təmsilində qalibiyyət əldə etmiş İsveçrənin müsabiqədə 32 il sonra ikinci qələbəsi idi.

Final 1988-ci ildə müsabiqənin qalibi olan İsveçrə təmsilçisi Selin Dion ilə bir səhnəni eyni zamanda məşhur müğənni Lara Fabian bölüşmüşdü. Müsabiqədə Lüksemburqu təmsil edən müğənni dördüncü yerdə qərarlaşmışdır. № Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İslandca Beathoven "Þú og þeir (Sókrates)" Siz və onlar (Sokrat) 16 20 02 İsveçcə Tommi Körberq "Stad i ljus" İşıqlar şəhəri 12 52 03 Fincə Boulevard "Nauravat silmät muistetaan" Gülərüz gözlər yaddaşda qalır 20 3 04 İngiliscə Skott Fitzjerald "Go" Get 2 136 05 Türkcə MFÖ "Sufi" Sufi 15 37 06 İspanca La Década "La chica que yo quiero (Made in Spain)" Mənim istədiyim qız (İspaniyada hazırlanıb) 11 58 07 Niderlandca Qerard Yolinq "Shangri-La" - 9 70 08 İvritcə Yardena Arazi "Ben Adam" () İnsan 7 85 09 Fransızca Selin Dion "Ne partez pas sans moi" Mənsiz yola düşməyin 1 137 10 İngiliscə Jump the Gun "Take Him Home" Onu evə aparın 8 79 11 Almanca Maksi və Kris Qarden "Lied für einen Freund" Dost üçün mahnı 14 48 12 Almanca Wilfried "Lisa Mona Lisa" Liza Mona Liza 21 0 13 Danca Kirsten və Sören "Ka' du se hva' jeg sa'?" Anlamırsan nə dediyimi? 3 92 14 Yunanca Afroditi Frida "Clown" () Kloun 17 10 15 Norveçcə Karoline Krüqer "For vår jord" Torpağımız üçün 5 88 16 Fransızca Reynaert "Laissez briller le soleil" İcazə verin günəş parlasın 18 5 17 Fransızca Lara Fabian "Croire" İnanmaq 4 90 18 İtalyanca Luka Barbarossa "Vivo (Ti scrivo)" Mən yaşayıram (Sənə yazıram) 12 52 19 Fransızca Jerar Lenorman "Chanteur de charme" Estrada müğənnisi 10 64 20 Portuqalca Dora "Voltarei" Mən qayıdacağam 18 5 21 Xorvatca Srebrna krila "Mangup" Əclaf 6 87

Nəticələr Səsvermə nəticələri Cəmi İslandiya 20 1 4 4 1 2 8 İsveç 52 3 2 8 5 8 12 1 3 10 Finlandiya 3 3 Böyük Britaniya 136 1 5 10 12 10 10 5 7 10 10 10 6 5 12 8 12 3 Türkiyə 37 4 1 5 1 8 8 4 6 İspaniya 58 2 5 2 6 8 1 8 2 6 6 8 4 Niderland 70 6 6 7 7 2 6 12 12 5 7 İsrail 85 6 6 4 6 3 10 1 5 2 3 10 5 3 10 10 1 İsveçrə 137 7 12 5 10 10 8 10 4 10 12 10 8 4 1 7 1 12 6 İrlandiya 79 7 2 3 2 12 6 4 7 6 7 7 5 4 5 2 Almaniya 48 8 5 1 3 5 6 6 4 2 8 Avstriya 0 Danimarka 92 10 3 4 1 12 6 1 4 4 12 10 7 12 6 Yunanıstan 10 3 7 Norveç 88 5 8 7 12 7 1 8 1 3 5 7 3 4 7 10 Belçika 5 5 Lüksemburq 90 4 10 12 7 5 12 12 1 2 2 6 8 2 4 3 İtaliya 52 8 4 7 8 2 5 3 2 8 5 Fransa 64 2 3 8 2 2 3 3 7 3 5 1 2 10 1 12 Portuqaliya 5 4 1 Yuqoslaviya 87 12 6 1 8 7 12 2 3 4 12 4 7 6 3

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:1988-ci ildə İrlandiya