Dəmir (II) oksidi — dəmir (II) və oksigenin mürəkkəb qeyri-üzvi birləşməsidir. Təbiətdə vüstit mineralı kimi mövcuddur.

Fiziki xassələri

Dəmir (II) oksid – qara rəngdə bərk birləşmədir. Yalnız yüksək temperaturda sabit vəziyyətdə olur.

Alınması Dəmir (III) oksidin hydrogen ilə reduksiyaedici reaksiyası zamanı almaq olar: Fe2O3 + 3H2 → 2FeO + 3H2O

Dəmir (III) oksidin dəm qazı ilə reduksiyaedici reaksiyası zamanı:

Fe2O3 + CO → 2FeO + CO2

Dəmir(III) oksidin dəmir ilə reaksiyası zamanı:

Fe2O3 + Fe → 3FeO

Dəmirin oksigenlə aşağı təzyiq altında qızdırılması zamanı:

2Fe + O2 → 2FeO

Dəmir oksalatın vakuumda parçalanması zamanı:

FeC2O4 →t FeO + CO↑ + CO2↑

Kimyəvi xassələri

Dəmir (II) oksid reaksiya zamanı əsası xassələr göstərir. Suda həll olunmur, oksidləşməyən turşularda asanlıqla həll olunur: FeO + 2HCl → FeCl2 + H2O

Reduksiyaedici xassələr göstərir:

FeO + 4HNO3 → NO2 + Fe(NO3)3 + 2H2O

Dəmir(II) oksidin oksigenlə oksidləşmə reaksiyası:

4FeO + 3O2 → 2Fe2O3

Natriun hidroksidlə birgə əriməsı reaksiyası

FeO + 4NaOH →Na4FeO3 + 2H2O

Oksigenlə reaksiyası: 4FeO + 2nH2O + O2 → 2(Fe2O3 ⋅ nH2O)

6FeO + O2 →300−500 0C 2Fe3O4

Hidrogen sulfid ilə reaksiyası:

FeO + H2S →500 0C FeS + H2O

Tətbiqi Keramika və mineral boyaların tərkib hissəsi kimi istifadə olunur. E172 nömrəsi altında qida rəngi kimi qida sənayesində geniş istifadə olunur.

Toksikliyi Dəmir (II) oksidi zəhərli deyil. Buna baxmayaraq, dəmir (II) oksidin aerozollarına (toz, tüstü) uzun müddət məruz qaldıqdan sonra ağciyərlərdə çökür və pnevmokoniozun bir növü olan sideroza səbəb olur. Mənbə Волков А. И., Жарский И. М. Большой химический справочник. Современная школа, 2005. — 608 с. Лидин Р. А. Справочник школьника. Химия. — М: 2003.

İstinadlar

Kateqoriya:Dəmir (II) birləşmələri Kateqoriya:Oksidlər Kateqoriya:Kubik sinqoniya kristalları