İfrat sağçılıq və ya ultrasağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur.
Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm".
İfrat millətçilik və irqçilik İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar. İrqçilər, əksinə, üstün hesab etdikləri irqi seqmentə mənsub bir qrupu yaşadıqları cəmiyyətdə aşağı hesab etdikləri digər seqmentlərdən ayırmaq və daha aşağı olanları sıxışdıraraq cəmiyyətlərindən çıxarmaq istəyirlər.
Fundamentalizm Fundamentalizm dini qaydalara söykənən və bu prinsiplərə ən ciddi şəkildə riayət edən, din və siyasət arasındakı fərqi rədd edən və cəmiyyətin vahid bir dinin şərtləri ilə idarə olunması prinsipini müdafiə edən bir cərəyandır. Fundamentalistlər mənsub olduqları qrupun dolayı yolla bütün ölkənin dini qaydalarla idarə olunmasını ən düzgün şərt hesab edirlər və dünyəviliyi rədd edirlər. Türkiyədə islamçı təşkilatların ən böyük nümunəsini İslamçı təşkilatlar sərgiləyir.
Qalereya
İfrat sağçı ideologiyalar Faşizm İrqçilik Nasional Sosializm Şovinizm İslamizm Fundamentalizm
Biblioqrafiya
Əlavə ədəbiyyat siyahısı Akkerman, Tjitske, Sarah L. de Lange and Matthijs Rooduijn, eds. Radical Right-Wing Populist Parties in Western Europe (2016)
Davies, Peter, and Derek Lynch, eds. The Routledge companion to fascism and the far right (Psychology Press, 2002).
Kundnani, A. Blind Spot? Security Narratives and Far-Right Violence in Europe (International Centre for Counter-TerrorismThe Hague, 2012) Lazaridis, Gabriella, Giovanna Campani, and Annie Benveniste (eds.) The Rise of the Far Right in Europe: Populist Shifts and 'Othering' (2016) Macklin, Graham. "Transnational networking on the far right: The case of Britain and Germany." West European Politics 36.1 (2013): 176–198.
Mieriņa, Inta, and Ilze Koroļeva. "Support for far right ideology and anti‐migrant attitudes among youth in Europe: A comparative analysis." Sociological Review 63 (2015): 183–205. online Mudde, Cas. Populist Radical Right Parties in Europe (2007)
Xarici keçidlər
Kateqoriya:İfrat sağçılıq Kateqoriya:Siyasi terminlər Kateqoriya:Siyasi spektr Kateqoriya:İfrat sağçı siyasi partiyalar Kateqoriya:Politologiya terminologiyası