Nişbaş () — Özbəkistanın Daşkənd vilayətində dağ çayı. Çay Ahanqaran rayonu ərazisinə daxildir və Ahanqaran çayının sol qoludurНишбошсой — Национальная энциклопедия Узбекистана. — Ташкент, 2000—2005.. Çay yuxarı axarlarında Qaşqaçay adlanır (), orta axarlarında isə — Layak adlanır ().
Ümumi məlumat Çayın uzunluğu 30 km, su toplayıcı hövzənin sahəsi isə — 180 km²-dir. Çay əsasən qar və yağış suları ilə qidalanır. Çayın orta illik su sərfi 2,55 m³/s-dir. Mart ayından iyuna kimi su həcmi 3,52 m³/s-dən 8,66 m³/s-dək artır.
Nişbaş öz başlanğıcını Kuramin silsiləsinin şimal ymacalarından götürür. Çayın mənbəyi Akşurak zirvəsinə yaxın olub Özbəkistan Tacikistan sərhəddindədir. Mənbə əsasən çox böyük olmayan buzlaqdan ibarətdir (3550 m). Çay yuxarı axarlarında Kaşqaçay adlanır (Qashqasoy/Қашқасой). Çay əsasən şimal istiqamətdə axır. Yuxarı və orta axarlarında çay dərin və dik qayalı yataq əmələ gətirir.Лист карты K-42-117 Ашт. Масштаб: 1 : 100 000. Состояние местности на 1983 год. Издание 1989 г.
İstinadlar
Kateqoriya:Özbəkistan çayları