Səlim Əbdülakim () — Rumıniyada hüquqşünas kimi fəaliyyət göstərən ilk Krım tatarıdır. O, həmçinin Rumıniyadakı tatarların aparıcı siyasi fiquru olmuş və etnik tatar məsələlərində aktivist kimi çıxış etmişdir.
Həyatı Səlim 1886-cı ildə anadan olmuşdur. O, Birinci Dünya müharibəsini qəhrəmanı leytenant Kazım Əbdülakimin qardaşıdır. Kazım Əbdülakim 1917-ci ildə Maraşeşti döyüşündə həyatını itirmişdir.. Səlimin bacısı Şəfiqə (həmçinin Sapiye adı ilə də tanınır) məşhur Krım şairi Mehmet Niyazinin həyat yoldaşıdır. Səlimin həyat yoldaşının adı Səidə olmuşdur.
Səlim 28 mart 1943-cü ildə Kosntansada vəfat etmiş və elə oradakı Mərkəzi Müsəlman Məzarlığında dəfn edilmişdir. Vəfatından çox keçsə də vətnində xüsusilə də gənclər tərəfindən hələ də yad edilməkdədir. Onun həyat yoldaşı — Səidə (1894–1967) də yaxınlıqda dəfn edilmişdir.
Fəaliyyəti 1911-ci ildən o, Buxarestdə hüquq fakültəsində təhsil almışdır. İki dünya müharibəsinin arasındakı zamanda Konstansadakı müsəlman icmasının prezidenti və Kosntansa bələdiyyəsi rəhbərinin köməkçisi vəzifələrində çalışmışdır. O, rumın parlamentinin üzvü olmuş və Dobruca müsəlmanlarının haqlarını müdafiə etmişdir. O, parlamentdə təkliflərinin heç birinin nəzərə alınmadığı üçün köçlərin milli təhdid səviyyəsinə çatması barədə xəbərdarlıq etmişdi.
Səlimin əsas çalışdığı sahələrdən biri də gənc insanlara yardım etmək idi. 1929-cu ildə o, Səlim Əbdülakim Müsəlman Mədəni Fondunun əsasını qoydu. Fondun əsas məqsədi orta məktəbdə və ali məktəbdə oxuyan müsəlman şəxslərə yardım etmək idi. Fondun mərkəz Konstansada Ferdinand prospekti ilə Mirkea sel Batran küçələrinin kəsişməsində yerləşirdi.
İki müharibə arasında Səlim Konstansadakı müsəlman icmasının prezidenti və Konstanta merinin müavini idi. Dobruja müsəlmanlarının hüquqlarını müdafiə etdiyi Rumıniya Parlamentinin üzvü idi. Onların istəklərinin heç biri nəzərə alınmadığı üçün mühacirətlərinin milli təhlükə olduğunu xəbərdar etmişdir.
Ədəbiyyat
Həmçinin bax Mehmet Niyazi Krım tatarları Rumıniya tatarları Kazım Əbdülakim
İstinadlar
Kateqoriya:Rumıniya tatarları Kateqoriya:Krım tatarları Kateqoriya:Rumıniya hüquqşünasları Kateqoriya:XX əsr siyasətçiləri