Tsoy divarı (, ) — musiqiçi Viktor Tsoya və onun yaratdığı "Kino" qrupuna həsr olunmuş, Moskvada yazılar ilə bəzənmiş divar. Divar Arbat küçəsi ilə Krivoarbatski döngəsinin kəsişməsindəki 37 №-li evdə yerləşir və Moskvanın görməli yerlərindən biri hesab edilir. Tsoy fanları üçün divarın yanındakı xüsusi külqabına qırıq siqareti yandıraraq qoymaq adət halını almışdır.

Tsoy fanları tərəfindən tez-tez ziyarət edilən divar dostlar üçün bir-birlərinə göndərdikləri qeydləri gizlətmək və ya görüş təşkil etmək məkanına çevrilmişdir. Moskvadan əlavə bir neçə şəhərdə, o cümlədən Sankt-Peterburq, Xabarovsk, Dnepr, Sevastopol şəhərlərində də Tsoyun xatirəsini əbədiləşdirmək üçün belə divarlardan istifadə olunmuşdur.

Tarixi Divara yazılan ilk yazı 15 avqust 1990-cı ilə təsadüf edir və divarda qara rəng ilə "Viktor Tsoy bu gün öldü" () yazılmışdır. Ardınca isə başqa bir nəfər bu yazıya cavab olaraq yazmışdır: "Tsoy yaşayır!" (). Daha sonra bir çox əlavə yazılar, o cümlədən "Kino" qrupunun "Пачка Сигарет" () və "Муравейник" () adlı mahnılarından götürülmüş bəzi ifadələr divara həkk olunmuşdur. 2006-cı ildə divar "Art Destroy" layihəsinin üzvləri tərəfindən boyandı, lakin divar yazıları Tsoyun pərəstişkarları tərəfindən bərpa edildi. 2009-cu ildə Moskva hakimiyyəti divarın yenilənməsi ilə bağlı müəyyən planlarrın olduğunu bildirdi, lakin bu planlar skeptisizm ilə üz-üzə gəldi (şübhə ilə qarşılandı) və ləğv olundu.

Divarın yaxınlığında motosikletdə ayaqyalın oturan Tsoyun abidəsinin qurulması planlaşdırılırdı, lakin bu təklif yerli sakinlər və Tsoyun pərəstişkarları tərəfindən rədd edildi.

Həmçinin bax Viktor Tsoy Kino (musiqi qrupu)

İstinadlar

Kateqoriya:Divarlar Kateqoriya:Moskva mədəniyyəti Kateqoriya:Moskvanın görməli yerləri