Natiq Qasımov (tam adı:Qasımov Natiq Əbülfəz oğlu; ) — iqtisadçı, iqtisadi elmləri doktoru, professor, Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010).
Həyatı Qasımov Natiq Əbülfəz oğlu 19 mart 1960-cı ildə Bakıda anadan olub.
Təhsili 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu iqtisadiyyat fakütləsini bitirib.
Fəaliyyəti
Əmək fəaliyyəti 1988-ci ilədək Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüafının iqtisadiyyatı və Təşkili İnstitutunda böyük elmi işçi işləmişdir. 1988–93-cü illərdə Azərbaycan İqtisadçılar İttifaqı sədr müavini olub. 1993–94-cü illərdə Azərbaycan Elmi Tədqiqat Yeyinti Sənayesi İnstitutunun direktoru olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur. 1998–2002-ci illərdə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru olub. Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010) olub.
Elmi fəaliyyəti 6 monoqrafiyanın,80-dən çox elmi məqalənin,9 kitabçanın müəllifidir. 1998-ci ildə iqtisadiyyat elmlər doktoru, 1999-cu ildə professor olub. Tədqiqatları, əsasən Azərbaycanda bazar münasibətlərinə keçid şəraitində sosial islahatlar və cəmiyyət, sosial-iqtisadi inkişaf və demoqrafik proses problemlərinə həsr edilmişdir. İqtisadçıların simpozium və konfranslarında məruzələr etmişdir.
2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Əməyin iqtisadiyyatı və təşkili" kafedrasında, 2019-cu ildən "Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə" kafedrasında çalışıb. 2022-ci ildən "İctimai idarərtmə və sosial innovasiyalar" kafedrasının professordur.
Üzvü olduğu təşkilatlar Beynəlxalq İqtisadçılar İttifaqı
İstinadlar