Symere Woods və ya səhnə adı ilə Lil Uzi Vert () — Amerikalı repçi, müğənni və söz yazıçısı. Filadelfiyada anadan olan Lil Uzi ilk dəfə 2015-ci ildə Atlantic Recordsa məxsus olan DJ Dramanın da sahib olduğu Generation Now etiketi ilə yayımladığı mixtape albomu Luv Is Rage ilə tanındı. 2016-cı ildə ilk single mahnısı "Money Longer" Billboard Hot 100 siyahısında 54-cü yeri tutur və bununla RIAAda 4x-Platinum mükafatını qazanır.

Mahnı 2016-cı ildə Lil Uzinin növbəti albomu olan Lil Uzi Vert vs. the Worldda aparıcı rol oynayır. Alboma daxil olan digər mahnı "You Was Right" Hot 100-də 40-cı yerə sahib olur, albom isə Billboard 200-də 37-ci yeri tutur. 2016-cı ilin sonunda isə Migos qrupu ilə birgə yayımladıqları "Bad and Boujee" Billboardda 1-ci nömrə oldu. 2017-ci idə yayımlanan və Billboard 200-də 1-ci yeri ələ keçirən Luv Is Rage 2 adlı ikinci studiya albomunda yer alan "XO Tour Lif3", "The Way Life Goes" və Sauce It Up" Uzinin hit mahnılarından bəziləri oldu. 60-cı Grammy mükafatında Ən Yaxşı Rep İfası və Ən Yaxşı Yeni Sənətçi mükafatı’na namizəd göstərilən repçi, 2020-ci ildə sürpriz bir albom olaraq Eternal Atakei yayımladı.

Diskoqrafiya

Studiya albomları Luv Is Rage 2 (2017) Eternal Atake (2020) Pink Tape (2023)

EPləri Purple Thoughtz EP Vol. 1 (2014) 1017 vs. The World (2016) (Gucci Mane ilə) Luv Is Rage 1.5 (2017)

Mixtapeləri The Real Uzi (2014) Luv Is Rage (2015) Lil Uzi Vert vs. the World (2016) The Perfect LUV Tape (2016)

İstinadlar

Kateqoriya:ABŞ repçiləri Kateqoriya:Atlantic Records artistləri Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:LGBT müğənnilər Kateqoriya:Afroamerikalılar Kateqoriya:XXI əsr ABŞ repçiləri