Qazan tatarları () — tatar xalqını təşkil edən əsas etnik qruplardan biri. Türk dilləri qıpçaq qrupunun tatar dilindəki Qazan ləhcəsində danışırlar. Kazan tatarlarının etnik əsasını türklər (bulqarlar, qıpçaqlar və s.) və İmenkovski mədəniyyətinin nümayəndələri təşkil edirdi. Tarixi İlkin tarix Monqolların 1236-cı ildə İdil bulqarlarını fəth etməsindən, 1237 və 1240-cı illərdə bir sıra bolqar üsyanlarından sonra İdil bulqarları Qızıl Orda dövlətinim tərkibinə daxil olur. Sonralar Qızıl Ordanın dağılmasından və bir sıra müstəqil xanlıqların yaranmasından sonra bulqar torpaqlarında Qazan xanlığı qurulur. Bulqarların bir hissəsinin başqa qıpçaqlarla, həmçinin qismən bölgənin Fin-Uqor əhalisiУразманова, Чешко, 2001, с. 35-40. ilə birləşməsi nəticəsində Qazan tatarları yaranır.
Formalaşma 15-16 əsrlərdə Qazan tatarlarının təşəkkülü baş verir. Qazan tatarları, daha inkişaf etmiş bir iqtisadiyyat və mədəniyyətə sahib olaraq, 19-cu əsrin sonlarında burjua millətini meydana gətirdilər. Onların əsas hissəsi əkinçiliklə məşğul idi. Bununla belə bulqarlardan gələn Qazan tatarları arasında zərgərlik, habelə dəri, ağac emalı sənətkarlığı və digərləri yüksək inkişaf etmişdir. Tatarların əhəmiyyətli bir hissəsi müxtəlif sənətkarlıq və sənayesi ilə məşğul idi. Bulqarlar və yerli tayfa mədəniyyətinin elementlərindən uzun müddət formalaşan tatarların maddi mədəniyyəti Orta Asiya və digər bölgə xalqlarının mədəniyyətlərinin təsirini yaşamışdır. 16-cı əsrin sonlarından etibarən Rus mədəniyyətinin təsirinə məruz qalmışlar. Din Qazan tatarlarının böyük əksəriyyəti islam dinin sünni məzhəbimdə etiqat edir. Az sayda provaslavlara da rastlanılır.
Qazan tatarlarının atropoloji tipləri Kazan tatarlarının antropologiyası sahəsində ən əlamətdar olan 1929-1932-ci illərdə aparılmış T. A. Trofimovanın tədqiqatlarıdır. Xüsusilə 1932-ci ildə Q. Debets ilə birlikdə Tatarıstanda geniş araşdırma aparılmışdır. Arsk rayonunda 160, Yelabuqa rayonunda 146, Çistopol rayonunda 109 tatar araşdırmaya cəlb olunmuşdur. Antropoloji tədqiqatlar Qazan tatarlarında dörd əsas antropoloji tipin varlığını aşkar edir: Pont, Qafqazoid, sublaponoid, monqoloidТрофимова, 1948.. Qazan tatarlarının etnogenezi nəzəriyyəsi Tatarların etnogenezinin bir neçə nəzəriyyəsi var. Elmi ədəbiyyatda bunlardan üçü daha ətraflı təsvir edilmişdirУразманова, Чешко, 2001, с. 42-43.:
Bulqar-tatar nəzəriyyəsi Tatar-monqol nəzəriyyəsi Türk-tatar nəzəriyyəsi.
İstinadlar
Kateqoriya:Tatarlar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Türk xalqları