Vitali Vladimiroviç Kutuzov (; doğ. 20 mart 1980, Pinsk, Brest vilayəti) — Belarus futbolçusu. 2002-ci ildə milli komandanın üzvü.
Bioqrafiyası DYSŞH3 (Pinsk) yetirməsi olmuşdur. İlk məşqçiSİ Aleksandır Şevelyançikdir. 1998-ci ildə, 18 yaşında, BATE klubun gəldi. Yuri Puntus ilk mövsümdə Kutuzovu əsasən əvəz edici kimi oynadırdı. "Molodeçno" ya qarşı debüt matçında (2: 1) o, fasilədən sonra Vadim Skripçenkonun əvəzinə meydana çıxdı və penalti qazandı. Bu qol komandasına qələbə gətirdi.
21 İyun 2000-ci ildə BATE tarixində ilk dəfə bir liqa matçında poker edən ilk futbolçu oldu. Gənclər yığmasının liderlərindən biri oldu. 2001-ci ildə Minsk "Torpedo-MAZ" ilə oyunda (5: 2) ikinci pokerini etdi. 18 çempionat oyununda 14 qol vurdu. UEFA kubokunda Tbilisi Dinamosunun qapısına qol vura bildi. Növbəti turda rəqib "Milan" klubu idi və fasilə zamanı klub rəhbərliyi Kutuzovun transferinə razılıq verdilər.
"Milan" klubunda Kutuzov cəmi iki oyun keçirdi. 2002/03 mövsümü Kriştiano Ronaldonun yer aldığı Lissabonun "Sporting" klubuna icarəyə verildi. Əsas heyətdə 24 oyun keçirib və 3 qol vurudu. 2003/04 mövsümündə "Avellino" da, 2004-2006-cı illərdə isə "Sampdoriya" da oynadı. 2006-cı ildə "Parma" ilə üç illik müqavilə bağladı. 2007/08 mövsümü üçün Pizaya icarəyə verildi. Üç mövsümdən sonra Bari klubuna gədi.
2012-ci ildə danışılmış oyunlarında iştirak etdiyi üçün 3 il müddətinə diskvalifikasiya edildi, bu da karyerasının başa çatmasına səbəb oldu..
2017-ci ildə məşqiçilik lisenziyası aldı. 2019 -cu ildə VK1 Global Sports Investment şirkətinin qurucusu və prezidenti oldu.
İstinadlar
Kateqoriya:Belarus futbolçuları Kateqoriya:Legioner Belarus futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Avellino FK futbolçuları Kateqoriya:Sampdoriya FK futbolçuları Kateqoriya:Parma FK futbolçuları Kateqoriya:Piza FK futbolçuları Kateqoriya:Bari FK futbolçuları Kateqoriya:Sportinq Lissabon FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:BATE Borisov FK futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular