Fabri Zoltan (15.10.1917, Budapeşt – 23.8.1994, Budapeşt) – Macar teatr və kino rejissoru, ssenarist, aktyor.

Həyatı Fabri erkən yaşlarından rəssam olmağı arzulayırdı. O, rəsm çəkməyi öyrənibdir və Macar İncəsənət Kollecini bitirmişdir. 1950-ci ildə macar kino sənayesində quruluşçu dizayner kimi fəaliyyətə başlamışdır. O, ilk "fırtına" filmini 1951-ci ildə çəkmişdir. 1956-cı ildə özünün üçüncü "Şən karusel" filmi ilə dünya şöhrətli rejissor olmuşdur. O, 1980-ci illərin əvvəllərinədək rejissor və ssenarist kimi işləməyə davam etmişdir. Kino sənayesindən ayrıldıqdan sonra, Fabri Macarıstanın teatr və kino sənəti Universitetində müəllimlik etmişdir. Həyatının son illərində o, ssenari yazıb, lakin onlar hələ də işıq üzü görməyib. Fabri 1959-cu ildən 1981-ci ilə qədər Macarıstan kino İttifaqının prezidenti olmuşdur. Bir çox filmi beynəlxalq kino festivallarında mükafata layiq görülmüşdür.

Kateqoriya:Macarlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Macarıstanın "Xidmətlərə görə" ordeninin komandorları