Valdete İdrizi (; 1973-cü il) — Kosovo qadın siyasətçisi və vətəndaş fəalı. Kosovo Demokrat Partiyasının üzvü. "Mitrovitsa cəmiyyətinin qurulması" (Community Building Mitrovica) adlı qeyri-hökumət və qeyri-kommersiya təşkilatının rəhbəri, təşkilatın məqsədləri münaqişələrin aradan qaldırılması və Kosovska-Mitrovitsa şəhərinin alban və serb diasporaları arasında dialoqun qurulmasıdır. 2008-ci ildə albanlar və serbləri barışdırmaq üçün sülhməramlı səylərə görə ABŞ Dövlət Departamentindən IWOC Beynəlxalq Cəsarət Mükafatını aldı. Soroptimist International of Europe (SIE) tərəfindən SIE Award 2009 və Women's International Film & Television Showcase tərəfindən TheWIFTS Peace Award 2016 mükafatlarını qazanmışdır.
Həyatı Kosovska-Mitrovitsanın şimal hissəsində anadan olub orada böyümüşdür. Kosovo müharibəsi zamanı serblər tərəfindən qovuldu.
Müharibədən sonra xarici investorların dəstəyi ilə "Mitrovitsa cəmiyyətinin qurulması" qeyri-kommersiya təşkilatını təsis etdi. Təşkilatın ofisi KFOR-un qorunması altında olan bufer zonada, şəhərin iki hissəsini - Cənubi Albaniya və Şimali Serbiyanı birləşdirən İbar çayı üzərindəki körpünün yanında yerləşir. Valdete İdrizi serb və alban dillərində jurnal nəşr etdirir. Kosovska-Mitrovitsa şəhərinin cənub və şimal hissələrindən olan uşaqların qatıldığı rok musiqi məktəbini qurdu. Mitrovitsanın şimalındakı Priştina Universitetində qarışıq serb-alban qrupu üçün ingilis dili kursları təşkil etdi.
22 dekabr 2011-ci ildə CiviKos Platform təşkilatının icraçı direktoru seçildi. Bu vəzifədə fəaliyyətini 16 yanvar 2012-ci ildə başladı.
2017-ci ildə Kosovo Demokrat Partiyasından bələdiyyə seçkilərinə qatıldı və ilk turda seçkilərdə qalib gəldi, ancaq ikinci turda Yeni Kosovo Alyansından namizəd olan Agim Bahtiriyə məğlub oldu.
Kosovska-Mitrovitsanın cənub hissəsində yaşayır.
İstinadlar
Kateqoriya:1973-cü ildə doğulanlar Kateqoriya:Kosovo qadınları