Avqustin Kazotiç (, ; ) — Xorvatiya orta əsr yepiskopu, dominikan rahibi. 1303–1322-ci illərdə Zaqreb yepiskopu idi.

Milliyətcə xorvat idi, təxminən 1260-cı ildə dənizkənarı Trоqirdə anadan olmuşdur. Zadəgan ailədə doğulmuşdur, lakin gənclik illərində mirasdan imtina etdi və dominikanlılar ordeninə qoşuldu. Onun Parisdə təhsil aldığı illəri Akvinalı Fomanın orada dərs dediyi zamanla üst-üstə düşür. Təhsilini bitirdikdən sonra Dalmasiyaya qayıtdı, burada parlaq xütbələri, şəxsi asketizm və dindarlığı ilə tanındı.

1303-cü ildə 19 il işlədiyi Zaqreb kafedrasına təyin edildi. Yepiskop vəzifəsində keşişlər arasında nizam-intizamı bərpa etmək üçün səyli tədbirlər gördü. Onunla əlaqəli bir sıra rəvayətlər var ki, onlarda yepiskopun möcüzəvi sağaltma vergisi haqqında bəhs edilir.

1322-ci ildə Avinyonda Papa XXII İoannı ziyarət etdi, ancaq Papa ilə Macarıstan kralı Karl Robert arasındakı mübahisə səbəbiylə Zaqrebə qayıda bilmədi. Ömrünün son ilində, İtaliyanın Luçera şəhərinin yepiskopu idi. 1702-ci lldə beatifikasiya (müqəddəsləşdirildi) olundu. Cəsədi Luçera Zaqreb kafedralında saxlanılır, cəsədin bir hissəsi Zaqreb katedralindədir.

İstinadlar

Xarici keçidlər Hagiography Circle Santi e Beati Bl. Augustin Kažotić — ususret trodnevlju BLAŽENI AUGUSTIN KAŽOTIĆ (1260./65.-1323.)

Kateqoriya:Trogirdə doğulanlar Kateqoriya:Xorvatiya müqəddəsləri Kateqoriya:Xristianlıq