İsmayıl Xan Naxçıvanski () — hərbi xadim, tam süvari qoşunu generalı (18.08.1908). Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Kəlbəli xan Naxçıvanskinin qardaşıdır.

Hərbi xidmətə başlaması İsmayıl xan Naxçıvanski 1819-cu ilin 5 yanvarında Naxçıvan xanının ailəsində dünyaya gəlmişdir. Atası Ehsan xan (1789–1846) Naxçıvan hakimi olmuşdur. İbtidai təhsilini Tiflis Zadəgan Gimnaziyasında almışdır. Gənc yaşlarından atasının komandanlığı altında Kəngərli Süvari Alayında xidmət etmişdir. 1837-ci ildə Kəngərli süvariləri I Nikolayın Qafqaza gəlişi zamanı şərəf konvoyunda Kəngərli süvariləri də olmuşdur. 18 yaşlı gənc İsmayıl xan da bu süvari bölməsində imperatoru müşayiət edənlərdən biri idi. Konvoyda daxil olan digərləri ilə birlikdə İsmayıl xan da üzərində gümüş medal olan Müqəddəs Vladimir ordeni ilə mükafatlandırıldı.

İsmayıl xan hərbi xidmətə 1839-cu ilin 1 mayında hərbi xidmətə başlamışdır. O, ilk hərbi xidmətə Zaqafqaziya atlı-müsəlman alayında, yəni Varşavada başlamışdır. O, bu zaman naib, yəni Sotnia komandiri vəzifəsində xidmət edirdi.Послужной список генерал-лейтенанта Исмаил Хана (он же Эксан Хан Оглы) // Российский государственный военно-исторический архив. ф. 409 (Коллекция "Послужные списки офицеров"), № 264–184, оп. 2, д. 3793, с. 18. 1840-cı ildə Varşava yaxınlığındakı təlimlər və yoxlamalar zamanı "xidmətdə fərqlənməyə görə" İsmayıl xan praporşik rütbəsinə yüksəldildi (28 oktyabr 1840). 27 dekabr 1841-ci ildə İsmayıl xan poruçik, 3 mart 1845-ci ildə ştapskapitan rütbələrinə yüksəldi. O, sonuncu rütbəni almaqla birlikdə, Qafqaz süvari ordusuna göndərildi. 19 sentyabr 1847-ci ildə İsmayıl xan Kəngərli süvarilərinin komandanı təyin olundu. Xidmətdə fərqlənməyə görə 5 fevral 1853-cü ildə o, kapitan rütbəsinə yüksəldildi.

Krım müharibəsi 16 oktyabr 1853-cü ildə Krım müharibəsi başladı. 10 noyabrda İsmayıl xan İrəvan Bəy Drujinasının komandiri təyin olundu və bu dəstə rus qoşunlarının Qafqaz korpusuna tabe edildi. 1854-cü ilin 1 mayından 5 dekabrına qədər o, IV müsəlman süvari alayının komandirinin müavini vəzifəsində xidmət etdi.Послужной список генерал-лейтенанта Исмаил Хана (он же Эксан Хан Оглы) // Российский государственный военно-исторический архив. ф. 409 (Коллекция "Послужные списки офицеров"), № 264–184, оп. 2, д. 3793, с. 18 и об. 22 apreldən 5 iyula qədər isə o, İğdır, Karvansara, Orqov bölgələrindəki döyüşlərdə iştirak etdi. 17 iyulda İrəvan alayının üzvü kimi general-leytenant Baron Karl Karloviç Vrangelin tabeliyində Çınqıl döyüşündə iştirak edərək, 12 minlik Səlim paşa tabeliyindəki Osmanlı qoşununun məğlub edilməsində iştirak etmişdir. Bu döyüşdən sonra 19 iyulda Bəyazid ələ keçirilmişdir. Müharibənin sonrakı hissələrində İsmayıl xan Abasgöl, Misun, Dutax, Diadin, Karakilsə, Alaşkert və s. bölgələrdə döyüşlərdə iştirak etdi. 4 avqust 1855-ci ildə o, Kazak dəstəsinə transfer edildi. 13 oktyabr 1856-cı ildə o, Müqəddəs Stanislav ordeni və qılıncla mükafatlandırıldı.

Müharibələr arası dövr 3 aprel 1860-cı ildə İsmayıl xan polkovnik rütbəsinə yüksəldildi. 22 sentyabr 1867-ci ildə polkovnik İsmayıl xan IV dərəcəli Müqəddəs Vladimir ordenini ilə mükafatladırıldı. Bundan əlavə, o, Qacar şahı tərəfindən II dərəcəli Şiri Xurşid ordeni ilə də mükafatlandırılmışdı. 28 sentyabr 1872-ci ildə "xidmətdə fərqlənməyə görə" o, II dərəcəli imperial taclı "Müqəddəs Stanislav" ordeni ilə mükafatlandırıldı.

Bəyazidin mühasirəsi İsmayıl xan 1877–1878 Rus-Türk müharibəsində məşhurlaşdı. 17 aprel 1877-ci ildə Arşak Ter-Qukasovun ümumi komandanlığındakı İrəvan alayının qoşunu Osmanlı sərhədini keçdilər. Çınqıl keçidindən keçən qoşun Bəyazidə çatdı. Böyük rus qoşununun gəldiyini eşidən Osmanlı ordusu Bəyazid qalasından çıxaraq, geri çəkildilər. 18 apreldə Bəyazid polkovnik-leytenant Kovalevski tərəfindən komandanlıq edilən XIX piyada diviziyasının 74-cü Stavropol piyada alayının II taboru tərəfindən ələ keçirildi. Kovalevski Bəyazid bölgəsinin komandanı təyin olundu. İrəvan alayının əsas qüvvələri hərəkatı davam etdirib, düşmən bölgəsinin içlərinə daxil oldular. 25 mayda bölgə qoşununun komandanı polkovnik-leytenant Kovalevski vəzifəsindən azad edildi və polkovnik-leytenant Patseviçlə əvəzləndi. O, eyni diviziyanın 73-cü Krım piyada alayınının 2 rotası ilə birlikdə Bəyazidə gəldi. Kapitan Stokviç qalanın komendantı təyin olundu.

5 may 1877-ci ildə Qafqaz ordusu komandanı Böyük Knyaz Mixayil Nikolayeviç əmri ilə polkovnik İsmayıl xan yeni yaradılmış İrəvan Qeyri-Nizami Süvari Alayının komandiri təyin olundu. Bu bölmə qeyri-nizami süvari alayının komandanı və İsmayıl xanın böyük qardaşı olan general-mayor Kəlbəli xana tabe idi.Послужной список генерал-лейтенанта Исмаил Хана (он же Эксан Хан Оглы) // Российский государственный военно-исторический архив. ф. 409 (Коллекция "Послужные списки офицеров"), № 264–184, оп. 2, д. 3793, с. 18 об. Bu alayın tapşırığı İrəvan quberniyası sərhədlərini mümkün düşmən hücumundan qorumaq idi.

4 iyunda general-mayor Kəlbəli xana polkovnik-leytenant Patseviçdən məlumat göndərildi ki, osmanlılar Vandan Bəyazidə doğru hərəkətə başlamışdırlar, Kəlbəli xan general Ter-Qukasovdan Bəyazidə yardım göndərilməsi üçün icazə istəsə də, onun tələbi rədd edildi. Növbəti gün Patseviç Kəlbəli xana Osmanlı süvarilərinin Bəyazid yolu üzərində kəşfiyyat apardığı məlumatını ötürdü, Kəlbəli xan bunun ardınca yenidən Ter-Qukasova Bəyazidə yardım göndərilməsi üçün müraciət etdi. Onun tələbi bu dəfə qəbul edildi və Kəlbəli xan qardaşı İsmayıl xanın komandanlığında İrəvandan 300 süvarini Bəyazidə göndərdi. 6 iyunda Patseviç kəşfiyya aparmaq qərarına gəldi və 2 piyada rotasını, 100 Kazakı Vana doğru göndərdi. Onlara komandan olaraq isə Kovalevski təyin olundu. Dəfələrlə güclü düşmən qüvvələri ilə qarşılaşan və ağır itkilərə məruz qalan Patseviç qalaya doğru geri çəkilmək qərarına gəldi. Kovalevski ciddi formada yaralandı və vəfat etdi. Bu anda yola çıxmasından bir neçə saat keçdikdən sonra İsmayıl xanın komandanlığındakı İrəvan süvariləri qalaya çatdılar və özlərindən qat-qat güclü düşmən qüvvələri ilə döyüşə girdilər.

Bəyazid qalasının komendantı kapitan Ştokviçin Qafqazın baş komandanı Mixail Nikolayeviçə yazdığı və 4 iyul 1877-ci il tarixli raportdan:

Geriyə doğru atəş aça-aça geri çəkilən rus ordusu qala qapısına yaxınlaşdığında böyük qarışıqlıqla qarşılaşdı. Belə ki, onlar şəhərdəki qıda anbarlarını qalaya daşımaq qərarına gəldikləri üçün qala qapısı qarşısında Kazakalrın atları, qıda yüklü eşşəklərə görə tıxac yarandı. Ağır düşmən atəşi altında ruslar ağır itkilərə məruz qaldılar. Ərzaqın böyük bir qismi, eşşəklər, kazakların atları və yaraqlılar Osmanlının əlinə keçdi. Ağır itkilərə baxmayaraq, Patseviçin dəstələrinin həyatda qala bilən hissəsi və İsmayıl xanın dəstəsi qala divarlarının daxilinə keçərək, qalanı qorumağa başladılar. Qalanı qoruyan rus qoşunları 6 piyada rotasından, 300 Kazakdan və İrəvan süvarilərindən ibarət idi. İtkilər nəzərə alındığı zaman, onların sayının təxminən 1.500 nəfər olduğu deyilə bilər. Qalanın komendantı su ehtiyatlarının toplanması üçün lazimi zamanda əmr verməmişdi, həmçinin ərzaq anbarları da şəhərə yerləşdirilmişdi, ərzaq lazım olduqda oradan gətirilirdi. Bütün bunlara görə, qala mühasirəyə hazır deyildi. Qaladakı ehtiyatların 3 gün bəs edəcəyi düşünülürdü. Beləliklə, 23 günlük qala mühasirəsi başladı və 28 iyunda sona çatdı. Bu hadisə tarixə "Bəyazid mühasirəsi" olaraq daxil olmuşdur. İsmayıl xanın xatirələrindən:

Mühasirənin üçüncü günündə aclıq və susuzluq mühasirədə olanları ümidsizliyə sövq etməyə başladı. Zabitlər və aşağı rütbələr qrup halında toplaşaraq vəziyyəti müzakirə edirdilər. Təslim olmağa səsləyən səslər eşidilməyə başladı. İsmayıl xanın xatirələrindən:

Polkovnik İsmayıl xanın adını xatırlaya bilmədiyi zabit XIX artilleriya alayının IV batareyasının IV tağımının komandiri leytenant Nikolay Konstantinoviç Tomaşevski idi. O, sonralar general oldu.

8 iyunun səhəri osmanlılar qalanın keçmiş komandiri Kamal Əli paşanın komandanlığında qalaya böyük hücum təşkil etdilər. Bu əsnada Patseviç digər zabitlərlə birlikdə təslim olmaq qərarına gəldi. Təslimçi zabitlərin siyahısına qalanın komendantı Ştokviç də daxil idi. Atəş dayandırıldı və qalanın üzərindən ağ bayraq qaldırıldı. İsmayıl xan bu zaman döyüşdə yaralanan İrəvan süvari alayının zabiti olan oğlu Əmanulla xan Naxçıvanskinin yanında idi. Leytenant Tomaşevski İsmayıl xanı qalanın bir qrup zabit tərəfindən təslim edilməsi barədə məlumatlandırıldı. İsmayıl xanın xatirələrindən:

O andan etibarən polkovnik İsmayıl xan polkovnik-leytenant Patseviçi komandan vəzifəsindən salaraq, özü komandanlığı əllərinə aldı. Bəyazid qarnizonunun komandanı olan İsmayıl xan hücum edən osmanlıların hücumunu dəf etdi. Hücum zamanı Patseviç arxasından ölümcül yaralandı. Bəzi məlumatlara görə o, rus ordusunun bir zabiti tərəfindən güllələnmişdir. Ağ bayraq endirildikdən və osmanlıların hücumu dəf edildikdən sonra İsmayıl xan Kuban Kazak Ordusunun II Xoperski Kazak Alayının komandiri Olimpiy Nikitiç Kvanini öz müavini təyin etdi. Qarnizon komandanlığını öz üzərinə götürən İsmayıl Xan Naxçıvanski qalanın müdafiəsini təşkil etdi və çətin şəraitdə, su və digər ehtiyac materialları olmadan rus ordusunun əsas qüvvələri yaxınlaşana qədər onu qorudu. Bu zaman qalaya Osmanlı ordusu əvvəldə qaladan qaçaraq Osmanlıya sığınmış birini elçi olaraq göndərdilər. Elçi İsmayıl xana qalanı təslim etməzsə, qalanın alınmasından sonra asılacağını bildirdi. İsmayıl xan ona əvvəlcə onun xain kimi asılacağını bildirdi. Onun bu sözləri dərhal yerinə yetirildi və həmin elçi edam edildi.Список генералам по старшинству. Исправлено по 1-е декабря. — СПб., 1881, p. 757

1877-ci ilin 19 dekabrında imperatorun əmri ilə "hərbi xidmətdə fərqlənməyə görə" İsmayıl xan general-mayor rütbəsinə yüksəldildi və 31 dekabr 1877-ci ildə "1877-ci ilin iyun ayında Bəyazidin mühasirəsi zamanı nümunəvi və cəsarətli idarəçilik göstərdiyinə görə" o, IV dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırıldı.

Sonrakı karyerası 1890-cı ilin 28 oktyarbrında İsmayıl xan Naxçıvanskinin ordudakı 50 illik yubileyi təntənəli formada qeyd edildi. Həmin gün müxtəlif təbrikləri qəbul edən generala Hərb Nazirliyindən göndərilən telegramda yazılmışdı:

Böyük knyaz Mixail Nikolayeviçin göndərdiyi telegramda deyilirdi:

14 iyun 1908-ci ildə, yəni 89 yaşında olarkən xidmətdən azad olunması xahişi ilə müraciət etdi. 18 avqust 1908-ci ildə Rusiya imperatoru uzun müddətli xidmətinə görə onu tam süvari generalı rütbəsinə yüksəldərək, forma və təqaüdlə birlikdə ordudan ayrılmasına icazə verdi.

Xidməti boyunca İsmayıl xan IV dərəcəli Müeqəddəs Georgi ordeni, II, III və IV dərəcəli Müqəddəs Stanislav ordeni, I dərəcəli Müqəddəs Anna ordeni, I və II dərəcələri imperial tac, III dərəcəlisi qılıncla olmaqla Müqəddəs Stanislav ordenləri ilə mükafatlandırılmışdı. Ona yuxarı komandanlıq tərəfindən mükafat kimi aldığı ulduzlu I, II vı III dərəcəli Şiri Xurşid ordenlərini qəbul etməyə və taxmağa icazə verilmişdi.

Bəyazid müdafiəsinin qəhrəmanı süvari generalı İsmayıl xan Naxçıvanski 10 fevral 1909-cu ildə öz vətəni olan Naxçıvanda vəfat etmişdir.

Rütbələri Xidmətə daxil olması — 1 may 1839 Praporşik (28.10.1840) Podporuçik (20.03.1844) Poruçik Ştabs-rotmistr (30.08.1847) Rotmistr (05.02.1853) Polkovnik (03.04.1860) General-mayor (19.12.1877) General-leytenant — (28.10.1890) Süvari generalı — (18.08.1908)

Mükafatları Rusiya imperiyası tərəfində verilən mükafatlar:* Müqəddəs Stanislav ordeni (III dərəcəli, qılınc ilə, 1856) Müqəddəs Vladimir ordeni (IV dərəcəli, ordu sıralarındakı 25 il münasibətilə, 1867) Müqəddəs Stanislav ordeni (II dərəcəli, imperial tac ilə, 1872) Müqəddəs Georgi ordeni (IV dərəcəli, 31 dekabr 1877) Müqəddəs Vladimir ordeni (III dərəcəli, 1883) Müqəddəs Stanislav ordeni (I dərəcəli, 1888) Müqəddəs Anna ordeni (I dərəcəli, 1901) Müqəddəs Vladimir ordeni (II dərəcəli, 1907) Müqəddəs Vladimir ordeni (II dərəcəli, 1907) "Krım müharibəsi xatirəsi" medalı "Rus-Türk (1877–1878) müharibəsi" xatirəsi medalı