left|thumb| Balkan küknarı (Pancic) İosif Pançiç ( Panosif Pančić) — Serbiyalı həkim, botanik, Serbiya Kral Akademiyasının ilk prezidenti.

Tərcümeyi-halı Pançiç Ugrini (müasir Xorvatiya ərazisi) kəndində anadan olub. O, xorvat katolik ailəsinin dördüncü övladı idi. Rəvayətə görə, Pançiçlər ailəsi Herseqovinadan gəlmişdir. İosifin valideynləri kasıb idi, lakin onun əmisi Qospiç şəhərində baş diyakon idi və o, İosifin təhsil qayğısını öz üzərinə götürmüşdü. O, ibtidai təhsili Qospiçdə, ali təhsili isə Riyekada almışdır . 1830-cu ildə İosif Riyekadan Zaqrebə köçərək təhsilini burada davam etdirir. 1842-ci ildə o tibb Fakültəsini bitirərək həkimlik ixtisasına yiyələnir.

Elmi fəaliyyəti İosif Pançiçin ən məşhur uğuru, onun nadir bir növ olan — Balkan küknarını (və ya Pancice ladin) kəşf etməsidir.

1887-ci ildə ilk 16 akademikdən biri və Serbiya Kral Akademiyasının ilk prezidenti oldu.

Adının əbədiləşdirilməsi Alimin dəfn olunduğu Kopaonikin ən yüksək zirvəsinə — onun şərəfinə Pançiçev-Vrh adı verilmişdir. Belqradda Tələbə meydanında abidə ucaldılmışdır. 1994-cü ildə Yuqoslaviyada onun təsviri olan 10 dinar nominallı əskinas buraxılmışdır. thumb| Yuqoslaviyanın 10 dinar əskinasında Pançiçin portreti., 1994

İstinadlar

Kateqoriya:Serbiya Elm və İncəsənət Akedemiyasının üzvləri Kateqoriya:Serbiya alimləri Kateqoriya:Belqradda vəfat edənlər Kateqoriya:1888-ci ildə vəfat edənlər Kateqoriya:8 martda vəfat edənlər Kateqoriya:1814-cü ildə doğulanlar Kateqoriya:17 apreldə doğulanlar Kateqoriya:Botanika taksonlarının müəllifləri Kateqoriya:Belqrad Universitetinin müəllimləri