VIII sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalə.

Ümumi məlumat Manefonun yazılarında bu sülalə Qədim Padşahlığa aid edilsə də müasir dövrdə birinci aralıq zamanda hökm etdikləri qəbul edilir. Bu zaman artıq mərkəzi dövlət dağılmış və ayrı-ayrı müstəqil nomlar yaranmışdı. Onların VI sülalə ilə qohum olduqları göstərilir. Bəzən mövcud olduğu şübhə doğuran yeddinci sülalə ilə səkkizinci ilə birləşdirilir.

Misiroloqlar hesab edirlər ki, səkkizinci sülalə Misiri təxminən 20–45 il idarə edib. İllər intervalı bir neçədir: e.ə. 2190–2165 e.ə. 2181–2160 e.ə. 2191–2145 e.ə. 2150– 2118Thomas Schneider in Erik Hornung, Rolf Krauss and David A. Warburton (editors): Ancient Egyptian Chronology, Handbook of Oriental Studies, Brill 2012, , available online copyright-free, see p. 491

Birinci aralıq dövrü nomlar arası savaşlarla, aclıqla xarakterikdir. Böyük dağıntılara görə bu illərdən indiki zamana çox az artefakt gəlib çatıb. Aparılan tədqiqatlar VIII sülalənin ancaq Memfis və onun ətrafında hakim olduqlarını göstərir. Bu illərdə Uaset (Tebes) və Naret-henetet (Herakleopol) nomları yaradıldı. VII sülalə Naret-henetet nomarxı və IX sülalənin banisi I Xeti tərəfindən süquta uğradılıb.

Fironlar Sülaləyə mənsub fironların dəqiq siyahısını mənbələrin olmaması səbəbindən müəyyən etmək çətindir: Ad<center>Netcerkara<center><center>Menkara<center><center>II Neferkara<center><center>Neferkara Nebi<center><center>Dcedkara Şemay<center><center>Neferkara Xendu<center><center>Merenxor<center><center>Neferkamin<center><center>Nikara<center><center>Neferkara Tereru<center><center>Neferkahor<center><center>Neferkara Pepiseneb<center><center>Neferkamin Anu<center><center>Kakaura İbi<center><center>Neferkaura<center><center>Neferkauhor Xuiuxapi<center><center>Neferirkara<center>

İstinadlar Kateqoriya:Qədim Misir sülalələri Kateqoriya:Qədim Misir Kateqoriya:Qədim Misir tarixi