Lord Bayron adına 20 nömrəli məktəb () — Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə yerləşən təhsil müəssisəsi. Məktəb 1990-cı ildə Britaniya hökuməti və cəmiyyətinin vəsaiti ilə Spitak zəlzələsi nəticəsində dağıdılmış bir təhsil müəssisəsinin yerində inşa edilmişdir.
Tarixi Məktəb 1950-ci ildə tikilmiş və yazıçı və dramaturq Qabriel Sundukyanın adını daşıyırdı.History of Gyumri 20 School 1988-ci ildə Spitak zəlzələsi zamanı məktəb binası dağıldı, dağıntılar altından 44 şagird və müəllimin cəsədləri çıxarıldı.
10 iyun 1990-cı ildə yenidən qurulan məktəbi Sovet İttifaqında ilk dəfə səfərdə olan Birləşmiş Krallığın Baş Naziri Marqaret Tetçer açdı.Armenian Embassy , accessed 30 September 2008 O vaxtdan bəri xaricdə yaşayan ermənilər də dəstək göstərməyə başladılar. Yeni qazanxana inşa edildi, oyun meydançası isə Ümumerməni Xeyriyyə Birliyi (AGBU) tərəfindən ödənildi.Armenian General Benevolent Union , accessed 30 September 2008
Tərtibatı Məktəbin dizaynı britaniya memarları tərəfindən hazırlanmışdır. Məktəbin tikilməsi üçün tələb olunan materiallar, mebel və işçi qüvvəsi Birləşmiş Krallıqdan ixrac edildi.Layout of the school , before 1992, accessed 30 September 2008
İstinadlar
Kateqoriya:Gümrü tikililəri Kateqoriya:Birləşmiş Krallıq–SSRİ münasibətləri Kateqoriya:Ermənistan məktəbləri Kateqoriya:1950-ci ildə yaradılmış təhsil müəssisələri Kateqoriya:1990-cı ildə yaradılmış təhsil müəssisələri