So Fucimoto (; ) — Yaponiya memarı.

1971-ci ildə Hokkaydoda anadan olmuş, 1994-cü ildə Tokio Universitetindən məzun olmuşdur. 2000-ci ildə Sou Fujimoto Architects adlı öz ofisini yaratmışdır.El Croquis Nr.151: Sou Fujimoto 2003–2010 Memar yüngül strukturları və keçirici əlavələri ilə tanınır. Onun 2013-cü ildə dizayn etdiyi bir neçə ev Londonda Serpentayn qalereyasının pavilyonunda müvəqqəti sərgilənmişdir.

2008-ci ildə "So Fucimoto: İbtidai gələcək" adlı kitabını nəşr etdirmişdir. Kitab həmin tarixə kimi olan işlərinin xülasələrindən və ibtidai gələcək konsepsiyasından bəhs edir.

2000-ci ildə öz ofisini yaratdıqdan sonra Yaponiya və Avropada evlər dizayn etməyə başlamışdır. Onun dizayn etdiyi bir çox tikilinin arxasında duran ideyaya görə tikilinin funksiyası insan davranışı tərəfindən müəyyən olunur. 2019-cu ildə Fucimoto Parisi yenidən kəşf etmək layihəsi üçün seçilən 23 memardan biri olmuşdur. Onun bu layihəyə töfhəsi Parisin XVII əsr planını yenidən dizayn etmək olmuşdur.

Seçilmiş işləri Final taxta ev, Kumamoto, 2005–08 Uşaqlar üçün psixiatrik sağlamlıq mərkəzi, Hokkaydo, Yaponiya, 2006 T Ev, Qunma, Yaponiya, 2006–2010 N Ev, Oyta, 2008de zeen magazine , 19 January 2012 Evin qabağında Ev, Utsunomiya, 2009Detail nr. ""House before House" in Utsunomiya" , 2009 Tokio mənzili, Tabashi-ku, Tokio, 2006–10El Croquis Nr.151: "Tokyo Apartment" , retrieved 26 February 2013 Musaşino İncəsənət Universitetinin muzeyi və kitabxanası, 2010 Təbiətdə tualet, Çiba, Yaponiya, 2012 Ev K, Nişinomiya, Hyoqo, Yaponiya, 2011–2013 Serpentayn qalereyası pavilyonu, London, 2013Serpentine Gallery Pavilion 2013 by Sou Fujimoto , 20 October 2013 Krumbaxda avtobus dayanacağı, Avstriya, 2014 Naoşima pavilyonu, Naoşima, Kaqava, Yaponiya, 2016Setouchi Triennale 2016 Artwork No. 005 Naoshima Pavilion , 28 September 2016 L'Arbre Blanc, Monpelye, Fransa, 2017Karissa Rosenfield. Sou Fujimoto-Led Team Designs Tree-Inspired Housing Tower for Montpellier . ArchDaily, 7 March 2014Focus Magazine. L’Arbre blanc à Montpellier . Focus Magazine, Montpellier (in French) Musiqi meşəsi, Budapeşt, Macarıstan, 2020 Min ağac, Paris, Fransa, 2016–2022

Mükafatlar Yeni Üz Mükafatı, 2004 Ətraf Mühit İncəsənəti Forumu üçün Beynəlxalq Dizayn Müsabiqəsi, 1-ci yer, 2004 Taxta ev müsabiqəsi, Kumamoto, 1-ci yer, 2005 Memarlıq Tənqidi Mükafatı, baş mükafat, 2006 Kennet Braun Memarlıq Mükafatı, 2007 Yaponiya Memarlıq İnstitutunun baş mükafatı, 2008 Divar kağızı Dizayn Mükafatı, 2009 Markus Memarlıq Mükafatı, 2013

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hokkaydoda doğulanlar Kateqoriya:Yaponiya memarları